İtkin şəhidlərimiz dəfn olundu - Fotolar - Yenilənib
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Azər Zirəddin oğlu Bayramovla vida mərasimi keçirilib.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, Bakının Xətai rayonunda mərhumun ailə üzvlərinə məxsus evdə baş tutan vida mərasimində şəhidin yaxınları, eləcə də dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bu gün eyni zamanda digər itkin-şəhidlər Əliyar Fərrux oğlu Əliyev və İlham İmdad oğlu Mehdiyevlə də vida mərasimi keçirilib.
Mərasimlər başa çatdıqdan sonra onların nəşinin qalıqları Suraxanı rayonu "Dədə Qorquq" qəbiristanlığındakı Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, şəhidlər Azər Bayramov, Əliyar Əliyev və İlham Mehdiyev Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak ediblər. A.Bayramov 8 may və Ə.Əliyev 5 may 1992-ci ildə Şuşa şəhərində, İ.Mehdiyev isə 26 fevral 1992-ci ildə Xocalı şəhərində itkin düşmüş hesab edilirdi.
***
33 il sonra tapılan itkin şəhidlər dəfn olunublar.
Şəhidlərin nəşlərinin qalıqları Suraxanı rayonu "Dədə Qorquq" qəbiristanlığındakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində onların yaxınları, dövlət, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.






Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 885 Tarix: 29 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql
14 oktyabrSergey Lavrov Bakıya gəldi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib. 12:46. Rusiyanın xarici işlər nazir
14 oktyabrİlham Əliyev Emoməli Rəhmon ilə görüşüb
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və qonaqpərvərliy
14 oktyabrİlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - Foto
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Dövlətimizin başçısı tədbirdə çıxı
15 oktyabrLiderlərin səmimi görüntüləri - Video - Fotolar
Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri
15 oktyabr