"Azərbaycan xalqına qarşı cinayət törədən hər kəs qanun qarşısında cavab verəcək" - Günay Ağamalı
"Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikasının vətəndaşları barəsində aparılan məhkəmə prosesinin davam etməsi, 30 ilə yaxın müddətdə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi qiymət verilməsi baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Çünki, erməni lobbisi ilə sıx əlaqədə olan müxtəlif xarici dairələr xalqımıza qarşı qətliamlar və ağlasığmaz vəhşiliklər törətmiş şəxslər üzərindən ölkəmizə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edirlər. Bilinməlidir ki, Levon Mnatsakyan, David Manukyan, Arayik Harutunyan və digərləri hərbi əsir deyil. Onlar müharibə cinayətkarlarıdır və hər biri öz layiqli cəzasın almalıdır".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.
O, açıqlamasında qeyd edib ki, bunlar illərdir bildiyimiz reallıqlardır və həmin şəxslərin cinayətlərini əks etdirən faktlar kifayət qədərdir:
"Lakin keçən müddət ərzində beynəlxalq hüququn heçə sayılması və ikili standartlar nəticəsində adları qeyd edilən şəxslər cəzasızlıq mühitində öz fəaliyyətini davam etdirmişdir. Təbii ki, haq- ədalət mütləq öz yerini tapır və həmin şəxslərin törətdikləri əməllərə görə bu gün hakim qarşısında cavab verməsi ilk növbədə ilhahi ədalətin təcəllisidir. Azərbaycan dövləti beynəlxalq hüquqa sadiqliyini bir daha nümayiş etdirir və hətta ən ağır cinayətlərdə ittiham olunan şəxslərə belə, ədalətli məhkəmə araşdırması üçün bütün hüquqi təminatları yaradır. Bu Azərbaycanın humanist və hüquq dövlətinin prinsiplərinə sadiqliyinin bariz göstəricisidir. Ermənistanın hərbi təcavüzü nəticəsində törədilən soyqırımı, müharibə və insanlıq əleyhinə cinayətlər unudulmayacaq. Azərbaycan xalqına qarşı cinayət törədən hər kəs qanun qarşısında cavab verəcək. Tarixi həqiqət bir daha öz təsdiqini tapacaq, günahsız insanların qanı yerdə qalmayacaq".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasından məhrum edildi
Bir sıra şəxslərin iş və istirahət vaxtı dəyişir
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"