"Prezident İlham Əliyevin AMEA-dakı çıxışı elmin inkişafına dövlətin dəstəyinin ifadəsi idi" - Pərvanə Vəliyeva

"Prezident İlham Əliyevin AMEA-dakı çıxışı elmin inkişafına dövlətin dəstəyinin ifadəsi idi" - Pərvanə Vəliyeva"Prezident İlham Əliyevin AMEA-dakı çıxışı elmin inkişafına dövlətin dəstəyinin ifadəsi idi. Elm adamlarını ruhlandırmaq, onları dövlət qurumları ilə sıx işləməyə səsləmək, Qarabağ və Şərqi Zəngəzurda geoloji işlərə Azərbaycanlı alimlərin cəlb edilməsi mesajını verməklə, Prezident bu sahədə səmərəli əməkdaşlığa ehtiyaca diqqət çəkdi. Həmçinin, dövlət qurumlarını alimlərlə işləməyə, onların tədqiqatlarından yararlanmağa və elmi bilikləri sahədə də tətbiq etməyə çağırdı. Elmin nailiyyətləri, tədqiqatlardan əldə olunan sübut-əsaslı nəticələr istənilən sahədə dövlət qurumuna dəstəkdir. Əldə olunan tapıntılar yeni siyasətlər hazırlamağa, cavab tədbirlərini gücləndirməyə, həmçinin mövcud siyasətləri korrektə etməyə imkan verir. Elmi sübutlara əsaslanaraq hazırlanmış istənilən siyasət uğurludur və dəqiqdir. Prezident elmin praktiki nəticələrinin olmasının, onun təkcə əsərlərdə qalmamasının vacibliyini vurğuladı".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin də apardığı dövlət siyasətinin başlıca hədəflərindən biri də elmin inkişafı, bu sahəyə dövlət dəstəyinin artırılması idi:

"Onun Sovet dövründə Azərbaycana rəhbərlik etdiyi vaxtda ölkədə 5 yeni ali təhsil müəssisəsi fəaliyyətə başlamış, ali məktəblərdə təhsil alan tələbələrin sayı 70 mindən 100 minə qədər artmışdı. Böyük lider azərbaycanlı gənclərin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almasına xüsusi diqqət yetirərək bu sahədə əsaslı dönüş yaratmışdır. Onun təşəbbüsü və dəstəyi ilə 1970-ci ildən etibarən hər il 800–900 nəfər gənc SSRİ-nin qabaqcıl ali təhsil ocaqlarına göndərilmiş, bu da respublikanın milli kadr potensialının əhəmiyyətli dərəcədə güclənməsinə şərait yaratmışdır.

Müstəqillik illərində də Ulu öndər Heydər Əliyev təhsilin inkişafını daim diqqət mərkəzində saxlamışdır. O, təhsil sahəsində mövcud problemlərin aradan qaldırılması, eləcə də Azərbaycanın inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanan müasir təhsil strategiyasının həyata keçirilməsi məqsədilə mühüm addımlar atmış, əhəmiyyətli fərman və sərəncamlar imzalamışdır.

Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin də dövlət idarəçiliyində elmin inkişafı prioritet vəzifələrdən biri kimi qoyulub. Son 10 ildə elmə ayrılan vəsait iki dəfədən çox artırılıb. Akademiyanın maddi-texniki bazası möhkəmləndirilmişdir, yeni böyük elmi kitabxana inşa edilmişdir. Milli Ensiklopediya üçün yeni bina inşa edilmişdir. Elmi-tədqiqat institutları təmir edilmiş və avadanlıqlarla təchiz edilmişdir. 2009-cu ildə Elm Fondu yaradılmışdır. Bu Fondun yaradılmasının əsas məqsədi Azərbaycan alimlərinə maddi dəstək vermək, elmin inkişafına qrantlar çərçivəsində təkan vermək idi. Bundan başqa, Elmin inkişafı üzrə Milli Strategiya qəbul edilmişdir. "Elm haqqında" Qanun qəbul edilmişdir və Dövlət Proqramı hazırlanmış və tətbiq edilmişdir. Daha bir çox işlərin də görülməsi planlaşdırılır".

Deputat onu da vurğuladı ki, Prezidentin çıxışı Azərbaycanın tarixi yaddaşının qorunması və gələcək nəsillərə doğru şəkildə çatdırılması baxımından dərin məna daşıyır:

"O, Qarabağ və Şərqi Zəngəzur mövzusundan söz açarkən qeyd edir ki, bu bölgələr barədə danışmaq əslində bütövlükdə Azərbaycan tarixindən danışmaq deməkdir. Çünki xalqımızın çoxəsrlik dövlətçilik ənənələri və mədəni irsi bu torpaqlarla sıx bağlıdır. Təəssüf ki, uzun illər ərzində Ermənistan və erməni diasporu Azərbaycanın tarixini saxtalaşdırmaq, həqiqətləri təhrif etmək istiqamətində məqsədyönlü fəaliyyət aparmış, bu təbliğat bu gün də davam edir. Prezident bildirir ki, bu cür saxtakarlıqlara qarşı ən güclü silah Azərbaycanın öz həqiqətləridir və bu həqiqətlər elmi əsaslarla dünyaya təqdim edilməlidir.

Dövlət başçısı xüsusilə alimlərin və elmi ictimaiyyətin bu sahədə rolunu vurğulayır. Onun sözlərinə görə, Azərbaycan tarixinin araşdırılması və təbliği istiqamətində daha çox elmi əsərlərin, sərgilərin, təqdimatların, xəritələrin və hətta qısa bukletlərin hazırlanmasına ehtiyac var. Bu, həm Azərbaycan gənclərinin öz köklərini daha yaxşı tanıması, həm də beynəlxalq ictimaiyyətin ölkəmizin tarixi reallıqlarını doğru anlaması üçün vacibdir. Prezidentin diqqət çəkdiyi mühüm məqamlardan biri də tarixi xəritələrin əhəmiyyətidir. O, qeyd edir ki, çar Rusiyası dövründə tərtib edilmiş xəritələrdə bu gün Ermənistan adlanan ərazilərdəki toponimlərin böyük əksəriyyəti Azərbaycan mənşəlidir. Bu, həmin torpaqlarda azərbaycanlıların tarixi varlığını və mədəni izlərini sübut edən faktlardandır.

Prezident həmçinin vurğulayır ki, azərbaycanlılar əsrlər boyu bu ərazilərdə yaşayıb, lakin zorla qovulublar. O, bununla belə, gələcəyə ümidlə baxaraq bildirir ki, azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı qaçılmazdır. Lakin bu qayıdış hərbi yolla deyil, sülh və ədalət prinsiplərinə əsaslanmalıdır. Onun məşhur ifadəsi ilə desək, "biz oraya tanklarla yox, avtomobillərlə qayıdacağıq". Prezident çıxışında xalqımızın tolerantlıq, əməksevərlik və dövlətə sədaqət kimi dəyərlərə daim töhfə verdiyini bildirdi.

Beləliklə, Prezidentin çıxışı həm tarixi yaddaşın qorunmasına, həm də elmi ictimaiyyət və cəmiyyət üçün məqsəd kimi Azərbaycan tarixinin saxtakarlıqlardan təmizlənməsi, həqiqətlərin elmi əsaslarla dünyaya çatdırılması və gənc nəsildə milli kimlik şüurunun daha da möhkəmləndirilməsinə bir çağırış idi".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 983   Tarix: 04 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql

14 oktyabr
.

Sergey Lavrov Bakıya gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib. 12:46. Rusiyanın xarici işlər nazir

14 oktyabr
.

İlham Əliyev Emoməli Rəhmon ilə görüşüb

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və qonaqpərvərliy

14 oktyabr
.

İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - Foto

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Dövlətimizin başçısı tədbirdə çıxı

15 oktyabr
.

Liderlərin səmimi görüntüləri - Video - Fotolar

Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri

15 oktyabr
.

Prezident: "Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir"

"Böyük Qayıdışa dair Dövlət Proqramının növbəti ikinci mərhələsində əsas məqsəd yaradılmış imkanlar əsasında özəl investisiyaları, daimi məşğulluğu və ixracyönümlü istehsalı daha da genişləndirmək, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatında yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir"

14 oktyabr
.

"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə

Türkiyə Prezidentinin Ali Məsləhətləşmə Şurasının (Cumhurbaşkanlığı Yüksek İstişare Kurulu) üzvü, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri və keçmiş TBMM sədri Binəli Yıldırım Azərbaycan mediasına müsahibə verib. xəbər verir ki, B.Yıldırım tanınmış jurnalist

14 oktyabr
.

Bəhruz Quliyev: Azərbaycan-Türkiyə münasibətlərində qardaşlıq qarşılıqlı hörmətə və suverenliyə ehtirama əsaslanmalıdır

Azərbaycan-Türkiyə münasibətləri tarixi qardaşlığa, ortaq milli-mənəvi dəyərlərə və strateji müttəfiqliyə söykənir. Bu münasibətlərin gücü yalnız ortaq tariximizdə deyil, həm də bir-birimizin dövlətçilik maraqlarına, suveren hüquqlarına və milli seçimlərinə hörmətlə yanaşmağımızdadır. Məhz buna gör

15 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətləri niyə hədəfə çevrilir?

Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında diplomatik əməkdaşlıq deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə və strateji maraqlara söykənən qardaşlıq modelidir. Məhz bu münasibətlərin xüsusi xarakteri Türkiyənin sosial media məkanında Azərbaycana qarşı səsləndirilən ittihamları, tanınmı

15 oktyabr