"Qurban Qurbanovun eyni klubda 17 il işləməsi..." - "Çelsi"nin baş məşqçisi

"Qurban Qurbanovun eyni klubda 17 il işləməsi..." - "Çelsi"nin baş məşqçisi"Çelsi"nin baş məşqçisi Enso Mareska bu gün Londonda mətbuat konfransı keçirib.

"Qafqazinfo" xəbər verir ki, o, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində "Qarabağ"la keçiriləcək oyun barədə fikirlərini bölüşüb.

45 yaşlı italiyalı mütəxəssis "Qarabağ" haqda müsbət fikirlər səsləndirib: "Onlar yaxşı komandadırlar. "Benfika" və "Kopenhagen"i məğlub ediblər. "Bilbao"ya da qalib gələ bilərdilər, amma sonda uduzdular. Fərqli səbəblərə görə bu, şübhəsiz ki, çətin oyun olacaq. "Qarabağ" həm çox güclü, həm də çox enerjili komandadır. Onların pressinq tərzi və uzun illərdir eyni baş məşqçi ilə işləmələri bu fikri daha da möhkəmləndirir. Ev oyunlarında xüsusilə daha aqressiv və intensiv çıxış edirlər. Qarşılaşmaya gəldikdə isə bu oyun bizə Çempionlar Liqasında ardıcıl üçüncü qələbəni qazandıra bilər. Əlbəttə, bəzi futbolçuları rotasiyaya etmək lazım olacaq. Çünki cümə günü səhər saat 6-da Londona qayıdacağıq və şənbə günü oyun var. Biz uyğunlaşmağa və əlimizdən gələni etməyə çalışacağıq".

Çalışdırıcı həmçinin Qurban Qurbanov barədə danışıb: "Qarabağ"ın baş məşqçisinin uzunmüddətli fəaliyyətinə gəlincə, bu, mənim indiyə qədər gördüyüm bir şey deyil. Sadəcə inanılmazdır. Eyni klubda 17 il işləmək bu, həqiqətən heyrətamizdir. Burada (Kobhamda) olmaq vacib idi. Həm oyuna hazırlaşmaq, həm də uçuşu nəzərə alaraq bütün enerjini bərpa etmək baxımından hər iki vəziyyəti tarazlaşdırmağa çalışırıq. Biz İngiltərə vaxtına uyğun qalacağıq. "Qarabağ da bizim kimi iki qələbə qazanıb. Onlar çox yaxşı və təşkilatlanmış komandadır. Bu, çətin oyun olacaq".

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 929   Tarix: 04 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın futzal millisinin Çexiya ilə oyun üçün heyəti açıqlanıb

Azərbaycanın futzal üzrə millisinin dünya çempionatının əsas mərhələsində Çexiyaya qarşı oyun üçün heyəti bəlli olub. xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Yığmaya 14 oyunçu dəvət alıb. Xatırladaq ki, Azərbaycan komandası DÇ-2028-in əsas mərhələsində Çexiya ilə oktyabrın 16-da üz-üzə gələcək

14 oktyabr
.

"Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb

Türkiyə Superliqasının IX turunda keçiriləcək "Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. İstanbul derbisi FIFA referisi Atilla Karaoğlana tapşırılıb. Xatırladaq ki, "Qalatasaray"

22 oktyabr
.

Çempionlar Liqası: "Sabah" Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin II turunda Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda

20 oktyabr
.

Azərbaycan klubları Çexiya təmsilçiləri ilə əvvəlki 12 oyunda qələbə qazana bilməyib

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda bu gün keçiriləcək "Sabah" - "Slaviya" oyunu Azərbaycan və Çexiya təmsilçilərinin avrokuboklardakı 13-cü matçı olacaq. -ın məlumatına görə, indiyədək ölkə komandalarından "Qarabağ", "Şəmkir" və "Karvan-Yevlax"

13 oktyabr
.

FIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır

Azərbaycan U-15 dünya çempionatına və festivalına hazırdır. xəbər verir ki, bu barədə FIFA sosial şəbəkə hesabından paylaşım edib. Ali futbol qurumu Bakıda keçiriləcək turnirlə bağlı post paylaşıb və Hövsan Yarış Kompleksinin hazır vəziyyətə gətirildiyini diqqətə çatdırıb:. "Bura 66 günə AFFA tərəfində

22 oktyabr
.

Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub

Qılıncoynatmanın sablya və şpaqa növləri üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Bu barədə -a Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında Azərbaycan Qılıncoynatma Federasiyası və Bakı Şəhə

12 oktyabr
.

"Sabah" - "Barselona" matçının biletləri satışda

UEFA Çempionlar Liqasının liqa mərhələsində "Barselona" ilə qarşılaşacaq "Sabah"ın ev oyununun biletləri satışa çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti yayıb. Görüşün bilet satışı " vasitəsilə həyata keçirilir. Qarşılaşma noyabrın 25-d

19 oktyabr
.

Asif Məmmədov Premyer Liqada son 18 mövsümün rekordunu qırıb

"Qəbələ"nin futbolçusu Asif Məmmədov Azərbaycan Premyer Liqasında son 18 mövsümün rekordunu qırıb. Bu barədə -a Peşəkar Futbol Liqasından məlumat verilib. Bölgə təmsilçisinin kapitanı VII turda "Sabah"la ev matçının son anlarında meydana daxil olaraq mövsümdə ilk dəfə şans qazanıb

19 oktyabr
.

Azərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazandı

Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) bürünc mükafata sahib çıxıblar

18 oktyabr