"Şuşa bu gün təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət mərkəzi kimi inkişaf edir" - DEPUTAT

"Şuşa bu gün təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət mərkəzi kimi inkişaf edir" - DEPUTAT"Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Bu tarixi sözlər Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 noyabr 2020-ci ildə Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə səsləndirdiyi qürur dolu bəyanatdır. Bu çağırış həm qələbə sevincinin, həm də illər boyu ürəklərdə yaşayan intizarın sonu idi. Azərbaycan xalqı bu sözlərlə yalnız bir şəhərin azadlığını deyil, bütöv bir tarixinin, mədəniyyətinin və milli qürurunun bərpasını qeyd etdi. Qarabağ Zəfərinin başlanğıc nöqtəsi Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasında qoyulmuşdu. O, müstəqil Azərbaycan dövlətinin əsasını yaradaraq, gələcək hərbi-siyasi qələbələr üçün güclü təməl formalaşdırdı. 1990-cı illərin mürəkkəb şəraitində o, dövlət institutlarını bərpa etdi, ordu quruculuğuna, milli həmrəyliyin möhkəmlənməsinə və diplomatik təmkinə xüsusi önəm verdi. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş imicini qazandı, regionda balanslı siyasət yürüdən müstəqil dövlətə çevrildi. Prezident İlham Əliyev məhz bu möhkəm təməldən çıxış edərək, ölkəni yeni inkişaf mərhələsinə yüksəltdi. Onun rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar, iqtisadi və hərbi potensialın gücləndirilməsi, diplomatik fəaliyyətin genişləndirilməsi Azərbaycanı regionun lider dövlətinə çevirdi".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Şahin Seyidzadə danışıb.

"Şuşa bu gün təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət mərkəzi kimi inkişaf edir" - DEPUTATO, açıqlamasında qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsi İlham Əliyev dövründə qələbəyə gedən yolun ideoloji, mənəvi və strateji əsasını təşkil etdi:

"Prezident İlham Əliyev hakimiyyətinin ilk illərindən etibarən milli ordunun inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etmişdi. Ordunun müasir texnologiyalarla təchizatı, hərbi təlimlərin intensivləşdirilməsi, zabit və əsgər heyətinin döyüş hazırlığının artırılması istiqamətində sistemli tədbirlər həyata keçirildi. Azərbaycan Ordusu 2003–2020-ci illər ərzində dünya standartlarına uyğun modernləşərək, regionun ən güclü hərbi qüvvələrindən birinə çevrildi. Bu illər ərzində ordu ilə xalq arasında yaranan mənəvi bağ da qələbənin mühüm amillərindən biri oldu. Prezident İlham Əliyevin "dəmir yumruq" ifadəsi təkcə hərbi gücün simvolu deyildi, həm də milli birliyin, həmrəyliyin rəmzinə çevrildi. Xalq öz Liderinə inandı, Ordusuna güvəndi və bu inam nəticəsində bütün Azərbaycan bir amal uğrunda birləşdi – torpaqların azadlığı! Vətən müharibəsinin gedişi zamanı Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, "Şuşasız bizim işimiz yarımçıq qalar". Bu sözlər Azərbaycanın hərbi strategiyasının əsas hədəfini və dövlət başçısının qətiyyətli mövqeyini nümayiş etdirirdi. 44 gün davam edən Vətən müharibəsində ordumuz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər rayonları azad etdikdən sonra əməliyyatların strateji zirvəsi – Şuşa əməliyyatı başladı. 8 noyabr 2020-ci il tarixində Şuşa şəhərinin işğaldan azad olunması Azərbaycan tarixində yeni bir səhifə açdı. Qəhrəman əsgər və zabitlərimiz sıldırım qayalardan, meşələrdən və dərələrdən keçərək, düşmənin mövqelərini sarsıtdı, şəhəri addım-addım geri aldı. Şuşa əməliyyatı dünya hərb tarixində misli görünməmiş taktiki ustalıq nümunəsi kimi qiymətləndirilir. Ordumuz bu əməliyyatda müasir döyüş taktikasının bütün elementlərini tətbiq edərək, qısa müddətdə hədəfə çatdı. Şuşanın azad edilməsi yalnız bir şəhərin qaytarılması deyildi – bu, 30 illik ədalətsizliyə son qoyulması, Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan haqq mübarizəsinin təntənəsi idi. Məhz bu səbəbdən Prezident İlham Əliyevin Sərəncamı ilə 8 noyabr tarixi Zəfər Günü elan olundu. Bu gün hər il böyük coşqu və qürurla qeyd edilir, xalqımızın qəhrəmanlıq dastanı nəsillərdən-nəsillərə ötürülür. 2021-ci il yanvarın 14-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşada Azərbaycan bayrağını ucaldaraq bildirdi: "Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən demişdim ki, bu münaqişənin hərbi həlli var və bu gün biz bunu sübut etdik." Bu sözlər qələbənin hərbi-siyasi əsasını tam şəkildə ifadə edir. Azərbaycan dövləti diplomatik və hüquqi yollarla uzun illər həll olunmayan məsələni öz gücü, iradəsi və ədalətli mövqeyi ilə həll etdi. 2020-ci il Zəfəri Azərbaycanın dövlət qüdrətinin təcəssümü olsa da, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı bu qətiyyətin davamı kimi tarixə düşdü. Cəmi 23 saat 48 dəqiqə davam edən əməliyyat nəticəsində Qarabağdakı qanunsuz silahlı birləşmələr tam tərksilah edildi, separatçılığa son qoyuldu. Bu hadisə Azərbaycanın suverenliyinin bərpasının tam yekunlaşdığını göstərdi. Prezident İlham Əliyevin dəmir iradəsi, xalqın dəstəyi və ordunun peşəkarlığı bir daha sübut etdi ki, Azərbaycanın ərazi bütövlüyü dönməzdir. Şuşa hər bir azərbaycanlının qəlbində təkcə bir şəhər deyil, həm də milli kimliyimizin, mədəniyyətimizin, musiqimizin və mənəviyyatımızın təcəssümüdür. Buranın azad olunması xalqımızın ruhunun dirçəlişi, tarixi ədalətin bərpası demək idi. Şuşa qalası üzərində dalğalanan üçrəngli bayraq yalnız bir şəhərin deyil, bütün Azərbaycanın başı üzərində qürurla dalğalanan azadlıq rəmzidir. Prezident İlham Əliyevin siyasi və hərbi uzaqgörənliyi sayəsində Azərbaycan tarixinin ən parlaq səhifəsi yazıldı. Qələbə həm də regionda yeni reallıqlar yaratdı, Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirdi".

"Deputat onu da vurğuladı ki, Azərbaycanın qazandığı qələbə təkcə hərbi deyil, həm də beynəlxalq hüquq və ədalət uğrunda bir zəfər idi:

"BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, lakin uzun illər icra olunmayan 4 qətnaməsini Azərbaycan özü yerinə yetirdi. Bu, beynəlxalq hüququn reallıqda bərqərar olunması demək idi. Dünya ictimaiyyəti Azərbaycanın apardığı azadlıq mübarizəsini ədalətli və qanuni saydı. Çünki Azərbaycan öz torpaqlarında, öz suveren hüquqları çərçivəsində əməliyyatlar aparırdı. Bu reallıq regionda sülhün, sabitliyin və əməkdaşlığın əsas şərtinə çevrildi. Şuşa Zəfəri təkcə hərbi qələbə ilə yekunlaşmadı, o, həm də yeni inkişaf mərhələsinin başlanğıcı oldu. Azad edilmiş torpaqlarda, xüsusən də Şuşada bərpa və quruculuq işləri geniş vüsət aldı. "Zəfər Yolu"nun çəkilməsi, şəhərin yenidən dirçəldilməsi və tarixi abidələrin bərpası Azərbaycan dövlətinin mədəni irsə olan münasibətinin bariz nümunəsidir. Prezident İlham Əliyevin dediyi kimi: "Biz Şuşanı dirçəldəcəyik!" – bu, sadəcə bir bəyanat deyil, dövlət proqramına çevrilmiş milli missiyadır. Şuşa bu gün təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət mərkəzi kimi inkişaf edir. 8 noyabr 2020-ci il – Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu gün xalqın qürurunun, birliyinin, dövlətin qüdrətinin simvoluna çevrilib. Şuşanın azad olunması ilə Azərbaycan öz tarixi ədalətini bərpa etdi, millətin mənəvi dayaqları möhkəmləndi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı və xalqın birliyi sayəsində Azərbaycan müasir tarixində misilsiz bir möcüzə – Şuşa Zəfərini yaratdı. Bu Zəfər – təkcə bir döyüşün deyil, yüzillik arzunun gerçəkləşməsi idi. Şuşanın azadlığı Azərbaycan xalqının əzmini, dövlətimizin gücünü və Liderin müdrikliyini bütün dünyaya nümayiş etdirdi. Bu gün biz fəxrlə deyirik: "Əziz Şuşa, sən azadsan! Qarabağ Azərbaycandır!""

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 621   Tarix: 05 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Elçin Əmirbəyov: "Cənubi Qafqaz Avropa ilə Mərkəzi Asiya arasında əsas enerji dəhlizinə çevrilir"

"Cənubi Qafqazın cənubunda və şimalında geosiyasi qeyri-sabitlik - İran ətrafındakı vəziyyət, eləcə də Rusiya-Ukrayna müharibəsi - bir çox müşahidəçiləri və maraqlı tərəfləri tərəfdaşlıqların və enerji mənbələrinin diversifikasiyası barədə ciddi düşünməyə vadar etdi. Və təbii ki, buna görə Bakıd

6 iyun
.

"Paşinyanın qələbəsi ona Azərbaycanla sülh müqaviləsinin yekunlaşdırılması istiqamətində daha güclü siyasi mandat verir" - AÇIQLAMA

"Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri göstərdi ki, Nikol Paşinyan hələ də ölkənin siyasi gündəmini müəyyənləşdirən əsas fiqur olaraq qalır. İlkin rəsmi nəticələrə görə, onun rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası səslərin təxminən 49,8 faizini toplayaraq seçkilərin qalib

8 iyun
.

"Bəyannamə regionda sülh və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir" - DEPUTAT

"2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" təkcə iki qardaş dövlət arasında münasibətlərin inkişafında deyil, bütövlükd

11 iyun
.

"Cəmiyyətin sülhə hazır olması diplomatik qələbənin arxasında dayanan ən böyük mənəvi gücdür" - AÇIQLAMA

Azərbaycanın təklif etdiyi sülh gündəliyi həm Ermənistan, həm də digər dövlətlər tərəfindən yeni formalaşan geosiyasi reallıqlar fonunda qəbul edilib. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Mətin Məmmədli "Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sül

11 iyun
.

"Silahlı Qüvvələr Günü tam suverenliyin təntənəsi kimi qeyd olunur" - AÇIQLAMA

"26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü müasir Azərbaycan dövlətçiliyinin suverenlik, hərbi qüdrət və milli qürur kontekstində ən rəmzi və strateji əhəmiyyətli tarixlərindən biridir. Siyasi-strateji nöqteyi-nəzərdən bu tarix sadəcə bir təqvim günü deyil, Azərbaycanın müstəqi

24 iyun
.

Azərbaycanda bir sıra qanunlar "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılıb

Prezident İlham Əliyev Milli Məclisin mayın 26-da qəbul etdiyi bir sıra qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. "Report"a istinadən xəbər verir ki, söhbət Mülki Məcəllə, Vergi Məcəlləsi, Rəqabət Məcəlləsi, "Müflisləşmə və iflas haqqında", "Taxıl haqqında"

25 iyun
.

Hacı Həssənal Bolkiah İlham Əliyevə məktub göndərdi

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Respublikası Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqda

11 iyun
.

Qardaşlığın rəmzi - Şuşa Bəyannaməsi

Bu gün Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bütün dünya ölkələri arasında mövcud olan tərəfdaşlıq əlaqələrinə nümunə təşkil edir. Hazırda dünyada bu cür münasibətlərə malik olan iki dövlət tapmaq mümkün deyildir. Hətta, eyni təşkilat, yaxud ideologiya ətrafında birləşmiş dövlətlər arasında bel

9 iyun
.

Prezident İlham Əliyevdən şəhid hərbçilərlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, Sərəncam

25 iyun