İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib

İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, nümayəndə heyətinə İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir, OPEC Fondunun prezidenti Əbdülhəmid Əl-Xəlifə, Əbu-Dabi İnkişaf Fondunun Baş direktoru, Əbu-Dabi İxracat Ofisinin (ADEX) İcraiyyə Komitəsinin sədri Məhəmməd Saif Əl-Süveydi, Səudiyyə İnkişaf Fondunun Baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşad və Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun Baş direktoru vəzifəsini icra edən Valed Əl-Bahar daxildir.

Dövlətimizin başçısı Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların xüsusilə indiki dövrdə - Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-tikinti işləri apardığı zaman ölkəmizdə sosial infrastrukturun inkişafı ilə bağlı layihələrə dəstək vermək niyyətini yüksək qiymətləndirib. Prezident İlham Əliyev vurğulayıb ki, bütün bunlar qonaqların təmsil etdikləri maliyyə institutları və ölkələrin xalqları ilə qardaşlıq, dostluq münasibətlərimizi genişləndirir.

Azərbaycanda əsas infrastruktur layihələrinin artıq tamamlandığını deyən dövlətimizin başçısı su, nəqliyyat və digər sahələr üzrə dövlət proqramlarının icra edildiyini və gələcəkdə də müxtəlif istiqamətlər üzrə dövlət proqramlarının qəbul olunacağını vurğulayıb.

Görüşə görə nümayəndə heyətinin adından dövlətimizin başçısına təşəkkür edən İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir işğaldan azad edilmiş Qarabağda, Şuşada olmaqdan məmnunluğunu bildirib, orada aparılan işlərin dərin təəssürat hissi doğurduğunu deyib.

Söhbət zamanı Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında uğurlu və səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulandı, ölkəmizdə yaradılan əlverişli investisiya və biznes mühitinə toxunulub, əməkdaşlığın perspektivləri müzakirə edilib. Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edibİlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edibİlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edibİlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edibİlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edibİlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edibİlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 581   Tarix: 05 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql

14 oktyabr
.

Sergey Lavrov Bakıya gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib. 12:46. Rusiyanın xarici işlər nazir

14 oktyabr
.

İlham Əliyev Emoməli Rəhmon ilə görüşüb

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və qonaqpərvərliy

14 oktyabr
.

İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - Foto

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Dövlətimizin başçısı tədbirdə çıxı

15 oktyabr
.

Liderlərin səmimi görüntüləri - Video - Fotolar

Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri

15 oktyabr
.

Prezident: "Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir"

"Böyük Qayıdışa dair Dövlət Proqramının növbəti ikinci mərhələsində əsas məqsəd yaradılmış imkanlar əsasında özəl investisiyaları, daimi məşğulluğu və ixracyönümlü istehsalı daha da genişləndirmək, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatında yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir"

14 oktyabr
.

"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə

Türkiyə Prezidentinin Ali Məsləhətləşmə Şurasının (Cumhurbaşkanlığı Yüksek İstişare Kurulu) üzvü, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri və keçmiş TBMM sədri Binəli Yıldırım Azərbaycan mediasına müsahibə verib. xəbər verir ki, B.Yıldırım tanınmış jurnalist

14 oktyabr
.

Bəhruz Quliyev: Azərbaycan-Türkiyə münasibətlərində qardaşlıq qarşılıqlı hörmətə və suverenliyə ehtirama əsaslanmalıdır

Azərbaycan-Türkiyə münasibətləri tarixi qardaşlığa, ortaq milli-mənəvi dəyərlərə və strateji müttəfiqliyə söykənir. Bu münasibətlərin gücü yalnız ortaq tariximizdə deyil, həm də bir-birimizin dövlətçilik maraqlarına, suveren hüquqlarına və milli seçimlərinə hörmətlə yanaşmağımızdadır. Məhz buna gör

15 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətləri niyə hədəfə çevrilir?

Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında diplomatik əməkdaşlıq deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə və strateji maraqlara söykənən qardaşlıq modelidir. Məhz bu münasibətlərin xüsusi xarakteri Türkiyənin sosial media məkanında Azərbaycana qarşı səsləndirilən ittihamları, tanınmı

15 oktyabr