"Bu gün qalib Azərbaycan var və regionda icra olunan bütün layihələr ölkəmizin iştirakı ilə həyata keçirilir" - DEPUTAT
"Artıq 5 ildir ki, Azərbaycan xalqı 8 Noyabr tarixini Zəfər Günü kimi qeyd edir. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gündən sonra başa çatan Vətən müharibəsi zamanı Ali Baş Komandanın əzəmətli sərkərdəliyi, dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın birliyi, şəhidlərimizin qanı və qazilərimizin fədakarlığı ilə erməni işğalına son qoyuldu. Qarabağ münaqişəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycan dövləti və xalqı qalib olaraq dünya tarixinə öz möhürünü vurdu".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb.
O, açıqlamasında qeyd edib ki, noyabrın 8-də üçrəngli bayrağımızın Qarabağın döyünən ürəyində — mədəniyyətimizin beşiyi olan Şuşada dalğalanması hər birimizi qürurlandırdı:
"Şuşanın işğaldan azad olunması Ermənistanın bir əsrə yaxın əsirinə çevrildiyi "Dənizdən dənizə — böyük Ermənistan" xülyasını tamamilə iflasa uğratdı, yüz illik anti-türk siyasətinə sarsıdıcı zərbə vurdu, erməni diaspor və lobbi təşkilatlarının ümidlərini puç etdi. Bu qələbə regionumuzda yeni tarixi, siyasi və iqtisadi reallıqlar yaratdı.
2003-cü ildə Prezident seçilərkən cənab İlham Əliyevin qarşıya qoyduğu əsas hədəflər Azərbaycan dövlətini inkişaf etdirmək, xalqın rifahını yaxşılaşdırmaq, milli birliyi möhkəmləndirmək, ordunu gücləndirmək və torpaqlarımızı erməni işğalından azad edərək bütün ərazilərdə suverenliyi bərpa etmək olmuşdur. Bu məqsədlərə çatmaq üçün 17 illik uzun bir yol getməli olduq. Azərbaycan dünya siyasi arenalarında heç nədən çəkinməyərək öz qətiyyətli mövqeyini ortaya qoydu və dünya birliyini Ermənistanın özbaşınalıqlarına son qoymağa çağırdı. Azərbaycan bütün beynəlxalq tribunalardan ərazilərimizin Ermənistan tərəfindən işğalı ilə heç vaxt barışmayacağını bəyan edir və haqq səsimizi beynəlxalq platformalarda qəbul etdirirdi. Şanlı ordumuz Ali Baş Komandanın rəhbərliyi altında ərazilərimizi azad etməklə düşmənin çirkin planlarına birdəfəlik son qoydu.
Beləliklə, son beş ildə işğaldan azad olunmuş ərazilər yenidən qurulur və bərpa olunur. *"Böyük Qayıdış"*a dair Dövlət Proqramı sürətlə icra olunur və keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Şəhər və kəndlərin baş planları təsdiqlənərək tikinti işləri yüksək keyfiyyətlə aparılır. İşğaldan azad olunmuş ərazilərdə yenidən salınan şəhərlərimizin təməlqoyma və açılış günləri bayram təntənəsi ilə qeyd olunur. Bu gün qalib Azərbaycan var və regionda icra olunan bütün layihələr ölkəmizin iştirakı ilə həyata keçirilir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasından məhrum edildi
Bir sıra şəxslərin iş və istirahət vaxtı dəyişir
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"