"8 Noyabr Azərbaycan xalqının əyilməz ruhunun, sarsılmaz iradəsinin, dövlətinə və Prezidentinə sonsuz sədaqətinin rəmzidir" - DEPUTAT
"8 Noyabr Zəfər Günü Azərbaycan xalqının tarixində ən şanlı, ən qürurlu səhifələrdən biridir. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı Zəfər hərbi, siyasi gücümüzün, milli birliyimizin, prezident-xalq-ordu həmrəyliyinin parlaq təntənəsidir".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.
O, açıqlamasında qeyd edib ki, tarixi qələbəmiz dövlət başçımızın qətiyyətli siyasətinin, torpaqlarımızın azadlığı, şəhidlərimizin müqəddəs qanı və qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində qazanıldı:
"8 Noyabr Azərbaycan xalqının əyilməz ruhunun, sarsılmaz iradəsinin, dövlətinə və Prezidentinə sonsuz sədaqətinin rəmzidir.
Qazandığımız qələbənin böyüklüyünü, əzəmətini dərk etmək üçün hesab edirəm ki, son beş ildə regionda baş verən geosiyasi və geoiqtisadi proseslərə diqqət ayırmaq kifayətdir. Məhz 44 günlük Vətən Müharibəsinin hökmü ilə Cənubi Qafqazda bir çağ sona çatdı, yeni bir çağ başladıldı. Bu regionda tarixin seyrini dəyişdirən dönüş nöqtəsidir.
Bu gün biz Zəfəri artıq 5 ildir ki, yaşayırıq, qoruyuruq və gələcək nəsillərə ötürürük. Azərbaycanın gücü, əzmi və birliyi sayəsində Qarabağ və Şərqi Zəngəzur torpaqları əbədi olaraq vətənimizin ayrılmaz hissəsi olacaqdır".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1343 Tarix: 07 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql
14 oktyabrSergey Lavrov Bakıya gəldi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib. 12:46. Rusiyanın xarici işlər nazir
14 oktyabrİlham Əliyev Emoməli Rəhmon ilə görüşüb
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və qonaqpərvərliy
14 oktyabrİlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - Foto
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Dövlətimizin başçısı tədbirdə çıxı
15 oktyabrLiderlərin səmimi görüntüləri - Video - Fotolar
Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri
15 oktyabr