"Cəmiyyət sağlam və məsuliyyətli sosial media platformalarını, səhifələrini izləməlidir" - AÇIQLAMA
Bundan sonra sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik və qeyri-etik paylaşımlar edənlər cərimələnəcək.
Bəs görəsən, bu, cəmiyyəti narahat edən bir qisim kütlənin mənfi davranışların qarşısını almaq üçün yaxşı addımdır?
Bu barədə sosioloq Elçin Bayramlı Sonxeber.az -a açıqlama verib:
"Bu dəyişikliyi ümumilikdə müsbət qiymətləndirirəm. Bu cür yanaşma bir çox ölkələrdə artıq tətbiq olunur. Çünki ictimai və etik normalar var və bu normaların qorunması sağlam cəmiyyətin əsas şərtlərindən biridir. Təəssüf ki, sosial şəbəkələrdə milli-mənəvi dəyərlərə, dövlət atributlarına, tanınmış şəxslərə qarşı təhqirlər, əxlaqsız məzmunun yayılması, zərərli materialların ötürülməsi və psixoloji təsir yaradan paylaşımlar demək olar ki, tam sərbəstdir. Kim nə istəyir, düşünmədən və məsuliyyət hiss etmədən paylaşıb yayır.
Mediada belə məqamlar demək olar ki, yoxdur, çünki medianın özünün etik kodeksi, peşəkar çərçivələri və məsuliyyəti var. Lakin sosial şəbəkələrdə bu xaos artıq dözülməz həddə çatıb. Buna görə də müəyyən cəzaların və cərimələrin tətbiqi vacibdir. Çünki belə əməllər həm gənclərin psixologiyasına mənfi təsir edir, həm də milli-mənəvi dəyərlərin "müasirlik" adı altında gözdən salınmasına gətirib çıxarır.
Bu tip hallara görə həbslər yersizdir, çünki bunlar inzibati xarakterli məsələlərdir. Ən uyğun və balanslı addım cərimələrin tətbiqidir. Eyni zamanda cəmiyyətin özü də bu davranışlara reaksiya verməlidir. Belə şəxsləri izləməmək, bu cür hesabları boykot etmək, onlara diqqət ayırmamaq ən effektiv ictimai qınaq formalarından biridir. Cəmiyyət sağlam informasiya oxumalı, sağlam və məsuliyyətli sosial media platformalarını, səhifələrini izləməlidir.
Məsələ təkcə dövlətin nəzarəti ilə bitmir; həm ictimai qınaq, həm də dövlət tərəfindən müəyyənləşdirilmiş normalar birlikdə tətbiq olunarsa, nəticə daha effektiv olar. Bu, uzunmüddətli perspektivdə həm sosial mühitin, həm də informasiya məkanının sağlamlaşmasına gətirib çıxaracaq."
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 842 Tarix: 28 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
2 noyabrBakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi
2 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabrSərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabrSabah bu yolun bir hissəsi bağlanacaq
Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir
2 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabr