"Keçmişə qayıtmağa ehtiyac yoxdur" - Qurban Qurbanov+Video
"Qarabağ" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Karvan-Yevlax"ı 3:0 hesabı ilə məğlub edərək növbəti raunda yüksəlib.
"Qafqazinfo" xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçularımı təbrik edirəm. Çox intizamlı oynadılar. Belə oyunlarda səbirli olmaq çox vacibdir. Oyun intizamını pozmamaq lazımdır. Xüsusilə də kubok matçında. Bu rəqiblə 4 gün əvvəl oynamışdıq. Bizi çox yaxşı təhlil etmişdilər. 80-ci dəqiqəyə kimi qol vura bilmədik. İmkanlarımız var idi, dəqiqlik çatmadı. Belə oyunlar bəzən futbolçular üçün böyük fayda verir. Rəqib səni yaxşı tanıyır, sənə oynamaq imkanı vermir. Sən də axtarışda olursan ki, rəqibi səhvə məcbur edəsən. Buna nail olanda razı qalırsan. Maraqlı oyun oldu. Hər iki komanda intizamlı oynadı. Azarkeşlərimizə təşəkkür edirəm. "Karvan-Yevlax"a və Füzuli Məmmədova uğurlar arzulayıram.
- Ötən həftə "Qarabağ"da 800-cü oyununuza çıxdınız. Qurban Qurbanov hansı hissləri keçirir və 1000-ci matç sizin üçün prinsipialdır?
- Özüm heç vaxt hesablamıram. Sadəcə bəlkə daha da həvəsli oluram. Belə uğurlu statistika varsa, sevinməliyəm. Yəqin ki, hər futbolçunun arzuladığı rəqəm var. Məşqçilərin də arzuladığı karyera var. Əgər uğurlu 200-300 oyun keçirirəmsə, istəyərəm 1000-ə çatsın. Uğursuz olsa, bəlkə maraqsız olar. Hər bir halda, üzərimizə düşən vəzifəni yerinə yetirməliyik. Qarşıdakı illərdə də çalışacağıq ki, daha intizamlı, məsuliyyətli olaq.
- Avrokubok matçlarınıza baxanda, görünür ki, "Qarabağ" 65-70-ci dəqiqələrdə daha çox qol buraxıb. Həmin periodda təzyiq çox olur deyə, komanda qollar buraxır?
- Hər hansı səbəbi yoxdur. Ola bilər ki, rəqib daha çox hücumda olur, bizi məcbur edir səhv buraxmağa. Həmişə bildirmişəm ki, 90 dəqiqə oyundan qopmamalıyıq, konsentrasiyamız qaydasında olmalıdır. Götür-qoy etməmişəm bu barədə.
- Ramin Musayev müsahibəsində bildirib ki, 2007-ci ildə "Neftçi"nin büdcəsi azaldığı üçün komandadan getmisiz, lakin Vlastimil Petrjala daha aşağı maaşa komandada qalıb. Doğru məlumatdır?
- Bəlkə də orada anlaşılmazlıq olub. Keçmişə qayıtmağa ehtiyac yoxdur.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 641 Tarix: 03 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Neftçi" Kenan Piriçlə müqaviləyə xitam verib
"Neftçi" qapıçısı Kenan Piriçlə yolları ayırıb. Bu barədə -a Bakı klubunun mətbuat xidmətindən bildirlib. Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Qeyd edək ki, ötən ilin yayında transfer olunan bosniya və herseqovinalı qapıçı paytaxt təmsilçisinin heyətində 2
2 sentyabrBenzema bu klubda pulsuz oynamağa razı oldu
Səudiyyəlilər oyunçunu buraxmaqdan imtina ediblər və bu da hücumçunun doğma çempionatına potensial qayıtmasına mane olub. -ın xarici mediaya istinadən məlumatına görə, fransız hücumçusu Kərim Benzema Liona qayıtmaq niyyətindədir. Xatırladaq ki, 38 yaşlı oyunçu "Lion"un gənclər sisteminin yetirməsidi
7 sentyabrFrenki de Yonq qışda "Barselona"dan ayrıla bilər
Niderland millisinin futbolçusu Frenki de Yonq qış transfer dönəmində İspaniyanın "Barselona" klubundan ayrıla bilər. xəbər verir ki, bu barədə "De Telegraaf" nəşri məlumat yayıb. Kataloniya təmsilçisinin rəhbərliyi 29 yaşlı yarımmüdafiəçinin satışından 50 milyon avro sabit məblə
10 sentyabrUşaq futboluna 10 milyon manat: "Sabah"dan nümunəvi təşəbbüs
"Sabah" futbol klubunun uşaq futboluna ayıracağı 10 milyon manatlıq vəsait nümunəvi addımdır. Düşünürəm ki, bu komanda bu günə qədər də uşaq futbolunun inkişafına yetərincə diqqət yetirib". Bunu BİG.AZ-a açıqlamasında futbol üzrə ekspert Kənan Məstəliyev bildirib. O, qeyd edib ki, istə
7 sentyabrMessinin varisi o oldu
Argentina millisinin baş məşqçisi Lionel Skaloni ulduz futbolçu Lionel Messinin beynəlxalq karyerasını başa vurmasından sonra əfsanəvi 10 nömrəli formanı 21 yaşlı Niko Paza verməyi planlaşdırır. "Qafqazinfo" xəbər verir ki, bu qərarın Messi və Nikolas Otamendinin 2026-cı il Dünya Çempionatında
3 sentyabr"Araz-Naxçıvan"ın hücumçusu Sudi Abdallah Burundi millisinə dəvət olunub
"Araz-Naxçıvan"ın hücumçusu Sudi Abdallah Burundi millisinə dəvət olunub. Bu barədə -a klubdan məlumat verilib. Futbolçu ölkəsinin yığmasının sentyabrın 25-də səfərdə Toqo, 29-da isə doğma meydanda Əlcəzairlə keçirəcəyi oyunlar üçün açıqlanan heyətinə daxil edilib. Forvard sentyabrın 21-də
9 sentyabrDÇ-dən sonra transferlərə 10 milyard xərcləndi - Tarixi rekord
2026-cı il FIFA Dünya Çempionatı transfer dövrünə də ciddi təsir göstərib. Turnirdə iştirak edən 47 fərqli ölkədən 267 futbolçu mundial başa çatdıqdan sonra klubunu dəyişib. "Qafqazinfo" xəbər verir ki, FIFA-nın 1 iyun-2 sentyabr 2026-cı il tarixlərini əhatə edən hesabatına əsasən, həmin 26
5 sentyabr"Vilyarreal" 3 gənc futbolçusunu komandaya cəlb edib
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İspaniyanın "Vilyarreal" klubu akademiyasının 3 yetirməsi - Karlos Masia, Ruben Qomes və Alassan Diattanı komandaya cəlb edib. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gənc futbolçular 2026/202
1 sentyabr