Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMəktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlamaq üçün saatlarla masa arxasında oturur, nəticədə oyun, idman və digər şəxsi maraqlarına vaxt ayıra bilmirlər. Halbuki mövcud sanitariya-gigiyena normalarında şagirdlərin siniflər üzrə gündəlik və həftəlik dərs yükünə, eləcə də ev tapşırıqlarının yerinə yetirilmə müddətinə dair konkret hədlər müəyyən edilib.

Bəs məktəblilərə verilən ev tapşırıqlarının həcmi hansı meyarlarla müəyyənləşdirilməlidir? Uşaqların günün böyük hissəsini dərsə sərf etməsi onların psixoloji və fiziki inkişafına necə təsir göstərir? Təhsil sistemində dərs yükünün azaldılması və uşaqların istirahətinə daha çox vaxt ayrılması istiqamətində hansı dəyişikliklərə ehtiyac var?
Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Əlmusa Atamaliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, ibtidai təhsil uşağın gələcək təhsil həyatının təməlini təşkil edir. Bu mərhələdə uşaqlara yalnız oxumaq, yazmaq və hesablamaq bacarıqları qazandırmaq deyil, eyni zamanda onların düşünmə, ünsiyyət və müstəqil öyrənmə qabiliyyətlərini inkişaf etdirmək vacibdir. Lakin hazırda ibtidai siniflərdə tədris olunan fənlərin sayı və ümumi dərs yükü ilə bağlı müəyyən suallar yaranır. Xüsusilə azyaşlı şagirdlərin gün ərzində dərsə və ev tapşırıqlarına xeyli vaxt ayırması onların istirahətinə, oyunlarına və digər maraqlarına kifayət qədər vaxt qalmamasına səbəb ola bilir. Məsələyə yalnız məktəbdə keçirilən dərslərin sayı baxımından yanaşmaq düzgün deyil. Çünki uşağın təhsil yükü məktəbdə bitmir. Dərsdən sonra verilən ev tapşırıqları, əlavə məşğələlər və bəzən valideynlərin təşəbbüsü ilə qatıldığı hazırlıqlar da uşağın gündəlik vaxtının böyük hissəsini tutur. Nəticədə uşaq günün əhəmiyyətli hissəsini təhsillə bağlı fəaliyyətlərə sərf edir, sərbəst oyun və istirahət üçün isə daha az vaxt qalır.

Hesab edirəm ki, ibtidai siniflərdə əsas müzakirə mövzularından biri fənlərin sayından daha çox onların məzmunu və tədris yükünün uşağın yaş xüsusiyyətlərinə uyğunluğudur. Hər bir fənnin tədris proqramında müəyyən məqsədi və əhəmiyyəti var. Ancaq bu o demək deyil ki, bütün biliklər uşaqlara erkən yaşlardan mümkün qədər çox informasiya verməklə mənimsədilməlidir. Bəzən bir mövzunun dərindən öyrədilməsi, uşağın onu anlaması və gündəlik həyatda tətbiq etməsi çoxsaylı mövzuların səthi şəkildə keçilməsindən daha faydalıdır.

Digər tərəfdən, uşaqların asudə vaxtını yalnız boş vaxt kimi qiymətləndirmək də doğru deyil. Oyun, idman, kitab oxumaq, rəsm çəkmək, dostları ilə ünsiyyət qurmaq uşağın inkişafının vacib hissələridir. Bu fəaliyyətlər onların yaradıcılığını, sosial bacarıqlarını, müstəqil qərarvermə və problem həll etmə qabiliyyətlərini inkişaf etdirir. Yəni uşaq yalnız dərs oxuyarkən öyrənmir, gündəlik həyat təcrübəsi də onun inkişafında mühüm rol oynayır.

Bu baxımdan, ibtidai təhsil pilləsində dərs yükünün optimallaşdırılmasına ehtiyac var. İlk növbədə, fənn proqramları və mövzuların həcmi yenidən təhlil edilməli, bir-birini təkrarlayan məzmunlar azaldılmalı, ev tapşırıqlarının həcmi uşaqların yaşına uyğun müəyyənləşdirilməlidir. Həmçinin fənlərarası inteqrasiyaya üstünlük verilməsi mümkündür. Beləliklə, eyni bilik və bacarıqların müxtəlif fənlərdə təkrar-təkrar öyrədilməsinin qarşısı alına bilər. Məncə, əsas məqsəd uşağa daha az yüklə daha keyfiyyətli təhsil verməkdir. Təhsil sistemində uğuru uşağın neçə fənn keçməsi və neçə saat dərs oxuması ilə deyil, öyrəndiklərini nə dərəcədə mənimsəməsi və tətbiq edə bilməsi ilə ölçməliyik. Unutmamalıyıq ki, ibtidai sinif şagirdi gələcəyin universitet tələbəsi olmaqla yanaşı, bu gün uşaqlığını yaşayan bir fərddir. Onun təhsil hüququ qədər istirahət, oyun və sağlam inkişaf hüququ da qorunmalıdır. Məktəb uşağın bütün gününü əhatə edən bir yükə çevrilməməli, əksinə, onda öyrənməyə maraq və həvəs yaratmalıdır.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 616   Tarix: 03 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Natiq Əliyevin qızından şikayətçi olan da general imiş (FOTO)

Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, Türkərdən şikayət edənlərdən biri Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyət

12 noyabr
.

Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 noyabr
.

Musiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA

Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları

11 noyabr
.

9 gün iş olmayacaq

2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar

11 noyabr
.

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 30 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyas

12 noyabr
.

Eyni binada mənzillərin qiyməti niyə kəskin fərqlənir? - EKSPERTDƏN AÇIQLAMA

Eyni binada yerləşən mənzillərin qiymətləri arasında bəzən ciddi fərqlər müşahidə olunur. Bu fərqə mənzilin yerləşdiyi mərtəbə, sahəsi, otaqların planlaşdırılması, təmiri, mənzərəsi, günəş işığı alması, binanın infrastrukturu və sənədləşmə vəziyyəti kimi amillər təsir edə bilər. Lakin bəzi hallarda oxşa

11 noyabr
.

Sabah 20 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-11 isti

12 noyabr
.

Gecə səs-küy salan qonşuları hansı cəza gözləyir? - AÇIQLAMA

Gecə saatlarında yaşayış binalarında yüksək səslə musiqi dinlənilməsi, təmir işlərinin aparılması və digər səs-küy yaradan hallar sakinlər arasında narazılığa səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi gecə vaxtı dincliyin pozulmasına görə məsuliyyət nəzərdə tutur. Lakin bu normanın tətbiqind

12 noyabr
.

Boşanma zamanı evin taleyi necə həll olunur? - Əmlak bölgüsünün qaydaları - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Boşanma zamanı ər-arvad arasında yaranan ən ciddi mübahisələrdən biri nikah dövründə əldə edilmiş əmlakın bölüşdürülməsi ilə bağlı olur. Xüsusilə ailə qurduqdan sonra alınan evin kimin mülkiyyətində qalacağı, mənzilin yalnız bir tərəfin adına rəsmiləşdirilməsinin bölgüyə necə təsir edəcəyi və ipotek

12 noyabr