Sosial bərabərsizlik və iqtisadi fərqliliklər gənclərin həyat seçimlərinə necə təsir edir? - AÇIQLAMA
Sosial bərabərsizlik və iqtisadi fərqliliklər müasir gənclərin həyat qərarlarında həlledici rol oynayır. Gəlir səviyyəsindəki uçurum, təhsil və kariyera imkanlarına çıxışda bərabərsizliyi artıraraq gənclərin gələcək planlarına birbaşa təsir göstərir.
Bu vəziyyət yalnız onların şəxsi seçimini deyil, həm də cəmiyyətə inteqrasiya prosesini formalaşdıran əsas amillərdən biri hesab olunur. Məhz buna görə də sosioloqlar bu mövzunu son illərin ən aktual sosial məsələlərindən biri kimi qiymətləndirirlər.
Sosial bərabərsizlik və iqtisadi fərqliliklər gənclərin həyat seçimlərinə necə təsir edir?
Sosioloq Yusif Nəbiyev bu barədə Sonxeber.az -a açıqlama verib:
"Sosial bərabərsizlik gənclərin həyat seçimlərinə elə bir şəkildə təsir edir ki, bəzən onların "seçim" adlandırdıqları şey əslində elə strukturun öz diktəsi olur. İnsanın zövqləri, arzuları, hətta gələcək planları belə onun sosial mövqeyinin formalaşdırdığı komfort zonası ilə məhdudlaşır. Yəni kasıb ailənin övladı "realist olmaq lazımdır" deyib riskdən qaçırsa, bu onun şəxsi qorxaqlığı yox, strukturun ona illərlə verdiyi siqnaldır. Yəni, səhv etsən, yıxılmağa yerin yoxdur. Yıxılsan, dura biləcəyinə də zəmanət yoxdur.
İqtisadi fərqliliklər gənclərin təhsil strategiyalarını da ciddi şəkildə dəyişir. Bir tərəfdə imkanlı ailənin övladı "özünü tapmaq" üçün ixtisas dəyişə, magistrda başqa sahə sınaya, hətta bir müddət könüllü fəaliyyətlə məşğul ola bilirsə, digər tərəfdə isə sosial yerdəyişmə (təbəqələrarası hərəkət) imkanları daha az olan gənclər var ki, onlar üçün təhsil seçim deyil, mövcud iqtisadi həyatda sağqalma mexanizmidir. Bu səbəbdən onların qərarları daha çox ehtiyacdan doğur, maraqdan yox.
Bütün bunlar gənclərin psixoloji yükünü də artırır. Ziqmunt Baumanın məşhur "axıcı müasirlik" (fluid modernity) dediyi şəraitdə qərar vermək, özünü tapa bilmək onsuz da çətindirsə, iqtisadi ədalətsizlik şəraitində bu qərarları vermək daha da stressli olur. Kimlərinsə səhv etmək lüksü ola bilər, amma iqtisadi imkanları qıt olan bir gəncin səhvi onun bütün gələcək imkanlarının əldən çıxması demək ola bilər. Bu isə gənclərdə "təhlükəsiz", "risksiz" alternativlərə yönəlmək meyillərini gücləndirir: ölkədən getmək, sabit maaş axtarmaq, yaradıcılıq və incəsənət sahələrindən uzaq durmaq və s. kimi.
Yəni, sosial bərabərsizlik gənclərin həyat trayektoriyalarını sadəcə məhdudlaşdırmır, həm də formalaşdırır. Seçimlər görünüşdə fərqli olsa da, fonda çox konkret sosial-iqtisadi mexanizmlər dayanır. Gəncin kim olduğundan, kim olmaq istədiyindən çox, hansı imkanlarla böyüdüyü həlledici olur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
Bu ölkədə 1,5 milyon bakteriya daşıyan ağcaqanad buraxıldı - Məqsəd nədir?
Plastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Qədim Şuşada gözəllik yaradılır
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Salyanda ağır qəzada ölən şəxslərin FOTOLARI