Əbülfəs Qarayevin "biznes imperiyası": Hotel, balıq, neft... (SİYAHI)
Jurnalist Cavanşir Həsənli keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin illərlə gizlədilən biznes şəbəkəsi ilə bağlı araşdırma ilə çıxış edib.
Qaynarinfo-nun məlumatına görə, Cavanşir Həsənlinin araşdırması göstərir ki, Qarayevin fəaliyyəti yalnız Panamadakı şübhəli şirkətlər və Xorvatiyadakı hotellə məhdudlaşmırmış. Keçmiş nazir Moskvada dəniz məhsullarından tutmuş neft və qaz ticarətinə qədər geniş bir biznes imperiyasının arxasında dayanıb. Onun Moskvada "LEON BABY" və "MYASNAYA QARANT" kimi ticarət markaları var.
Jurnalist qeyd edib ki, nazir Moskvada təkcə balıq, molyusk, toyuq-cücə, deyil, həm də neft və qaz məhsulları satırmış:
"Həm də Əbülfəs Qarayev məhz nazir olduğu illərdə:
- 2004-cü ilin fevralında Panamada RİMBA SA şirkətini təsis edib;
- 2008-ci ildə Xorvatiyada LK D.O.O. (LTD) şirkətini həyat yoldaşının adın təsis edib, Pula şəhərində o dövr üçün 1 milyon avro dəyərində olan "Amfiteatr" hotelini alıb;
- 2010-cu ildə həyat yoldaşı Lalə Kazimovanın adına KL BODRUM EMLAK TİCARET VE Sanayi LİMİTED ŞİRKETİ-ni təsis edib.
- 28 iyul 2010-ci ildə Moskvada "ÇƏHRAYI SUNK" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin (ООО "Розовый Скунс") təsisçisi kimi qeydiyyatdan keçib.
- 17 aprel 2012-ci ildə Moskvada fərdi sahibkar kimi qeydiyyata alınıb ( "qeyri-ixtisaslaşmış mağazalarda pərakəndə ticarət");
- 7 aprel 2014-cü ildə Moskvada GALS MMC-nin (ООО "ГАЛС") rəhbəri olub;
- 12.01.2016-cı ildə fərdi sahibkar kimi fəaliyyətini dayandırıb;
- 23.06.2017-ci ildə Moskvada "GZK OIL" MMC-ni (ООО "ГЗК ОЙЛ") təsis edib;
- 18 may 2023-cü ildə ÇE CORPORATION MMC-nin təsisçisi (ООО "КОРПОРАЦИЯ ЧЕ)
kimi qeydiyyatdan keçib. Buna qədər təsisçi qismində Əbülfəs Qarayevin təsisçisi olduğu "QALS" və "ÇƏHRAYI SUNK" MMC-lər iştirak edib".

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 919 Tarix: 06 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
2 noyabrBakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi
2 noyabrHərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb
2 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabrSərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabrAzərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat
1 noyabr