TƏCİLİ: ŞAD XƏBƏR! Bu şəxslər yığılan pensiyasını İSTƏDİYİ VAXT ALA BİLƏCƏK
Cəmiyyətdə özəl pensiya fondlarının yaradılması ilə bağlı müzakirələr fonunda ən çox müzakirə edilən mövzulardan biri də "belə fondlar fəaliyyətə başlasa, vətəndaşlar istənilən vaxt pensiyaya çıxa biləcəkmi?" sualı ilə bağlıdır. Maraqlıdır, cəmiyyətdə "özəl pensiya fondları olacaqsa, istənilən vaxt təqaüdə çıxmaq mümkünləşə bilərmi?
Mövzu ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov KONKRET.az-a açıqlamasında bildirib ki, özəl pensiya fondlarının fəaliyyət mexanizmi tam olaraq imzalanan müqavilə şərtlərinə əsaslanır.
Ekspertin sözlərinə görə, belə fondlarda vətəndaşla fond arasında elə razılaşma və sənədləşmə ola bilər ki, şəxs istədiyi vaxt pensiya ödənişini almağa başlasın:
"Özəl pensiya fondu mahiyyət etibarı ilə bağlanmış müqavilədən və onun şərtlərindən asılıdır. Əlbəttə ki, özəl pensiya fondlarının şərtləri elə ola bilər ki, insan istənilən vaxt pensiyaya çıxar. Amma bu, hazırda gördüyümüz dövlət pensiya fondu deyil. Bu tamam fərqli bir mexanizmdir və bunu nəzərə almaq lazımdır," – deyə Əmirov qeyd edib.
Qeyd edək ki, hazırkı dövlət pensiya sistemi qanunvericiliklə tənzimlənir və pensiyaya çıxma yaşında dəyişiklik yalnız normativ hüquqi aktlarla mümkündür. Özəl pensiya fondları isə fərdi müqavilə əsasında işləyəcəyindən şərtlər daha elastik ola bilər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1219 Tarix: 06 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
2 noyabrBakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi
2 noyabrHərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb
2 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabrSərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabrAzərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat
1 noyabr