Uşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr
"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir".
Oxu.Az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib.
Mütəxəssisin sözlərinə görə, mütaliəyə məcburiyyət olmadan, müntəzəm vaxt ayırmaqla yanaşıldıqda, oxumaq asanlıqla gündəlik həyatın bir hissəsinə çevrilə bilər. Psixoloq uşaqlarda kitablara maraq yaratmaq üçün bir neçə üsul təklif edib.
"Uşaqlarla birlikdə ucadan oxuyun. Bu, sərbəst oxumağı bacaran uşaqlar üçün də faydalıdır. Böyüklərin ifadəli nitqi əsərdəki qəhrəmanların xarakterini və əhvali-ruhiyyəsini daha yaxşı çatdırmağa kömək edir", - deyə psixoloq vurğulayıb.
Misiyukova qısa mətnlər seçməyi və hekayənin ən maraqlı məqamında oxumağa fasilə verməyi məsləhət görür. Onun fikrincə, bu üsul uşaqda hadisələrin necə davam edəcəyini öyrənmək həvəsi yarada bilər.
"Uşağa kitabı özü seçmək imkanı verin. Bu, komiks, qısa hekayə və ya elmi-kütləvi nəşr ola bilər. Uşaq nə oxuyacağına özü qərar verdikdə, kitaba marağı artır və fikrinə önəm verildiyini hiss edir.
Oxuduğunuz mövzunu real həyatla əlaqələndirərək müzakirə edin. Məsələn, heyvanlar haqqında hekayə oxuduqdan sonra ensiklopediyada həmin heyvanlar barədə məlumat axtarmaq, şəkillərinə baxmaq və ya onları zooparkda canlı görmək olar.
Mütaliəni oyuna çevirin. Rolları bölüşdürmək, hekayə üçün fərqli sonluq düşünmək, qəhrəmanların rəsmini çəkmək və ya kitabdakı səhnələrdən birini canlandırmaq mümkündür".
Psixoloq qeyd edib ki, bu cür fəaliyyətlər uşaqlarda gərginliyi azaldır və mütaliəni birgə yaradıcılıq prosesinə çevirir.
"Müəyyən oxu rejimi yaradın. Məsələn, yatmazdan əvvəl kitaba bir neçə dəqiqə vaxt ayırmaq və ya istirahət günlərində ailəlikcə mütaliə etmək olar. Belə vərdişlər oxumağı gündəlik həyatın adi və səbirsizliklə gözlənilən məşğuliyyətlərindən birinə çevirir.
Kiçik həcmli mətnlərlə başlayın. Uşağın dərhal bütöv bir kitabı oxuması vacib deyil. Qısa hekayələr, şeirlər, komikslər, hətta illüstrasiyaların altındakı yazılar da uyğun seçimdir. Əsas məsələ mütaliəyə müntəzəm vaxt ayırmaq və uşağın qavrama səviyyəsinə uyğun mətnlər seçməkdir", - deyə mütəxəssis fikrini tamamlayıb.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 124 Tarix: 11 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yuxu görərkən beyində nə baş verir?
Yeni araşdırma yuxuların daha intensiv görüldüyü REM mərhələsində beynin yüksək miqdarda enerji sərf etdiyini ortaya çıxarıb. Bu proses yuxudan sonra hiss edilən zehni yorğunluğun səbəblərindən biri ola bilər. xəbər verir ki, Yaponiyanın Tohoku universitetində aparılan araşdırmada yuxu zamanı beyin
30 sentyabrPaltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Yuyulma başa çatdıqdan sonra paltaryuyan maşının qapağını dərhal bağlamaq kiflənməyə səbəb olur, uzun müddət açıq saxlamaq isə maşını zədələyir. xəbər verir ki, mütəxəssislər və məişət texnikası istehsalçıları ideal havalandırma müddətini və edilən kritik səhvləri açıqlayıblar. Dərhal bağlamaq və daim
11 oktyabrToyda gəlinlə bəyin əsəbi üz ifadələri gündəm oldu - VİDEO
Sosial şəbəkələrdə toy mərasimlərindən birində lentə alınan görüntülər diqqət çəkib. Belə ki, şadlıq sarayına daxil olan gəlin və bəyin üz ifadələri izləyicilərin marağına səbəb olub. xəbər verir ki, cütlüyün həmin an lentə alınan mimikaları sosial mediada geniş müzakirə edilib. Görüntüləri izləyən istifadəçilə
3 oktyabrYatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
Mütəxəssislər uzun illərdir gecələr yatmazdan əvvəl ayaq altına limon sürtməyi tövsiyə edirlər. Tərkibindəki limonene, sitrik turşu və C vitamini sayəsində təbii vasitə olan limonun bu üsulu bir çox problemdən qurtulmağa kömək edir. xəbər verir ki, sitrik turşu gecə boyunca işləyərək dabanlardakı öl
10 oktyabrTozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR
Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay
11 oktyabrToyda bəyin sevinci diqqət çəkdi - VİDEO
Sosial şəbəkələrdə toylardan birində lentə alınan maraqlı görüntülər yayılıb. xəbər verir ki, kadrlarda sevdiyi xanımla ailə quran bəyin sevinc dolu anları əks olunub. Gəlinlə birlikdə rəqs edən bəyin hərəkətləri və yüksək əhval-ruhiyyəsi diqqətdən yayınmayıb. Sevincini gizlədə bilməyən bəyin hərəkətlər
3 oktyabrYataq dəstlərini yumşaldan sadə üsul
Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək
4 oktyabr