Ölkəmizdə bələdiyyələr əhaliyə pulsuz xidmət göstərə bilərmi? - SOSİOLOQ AÇIQLADI
Əksər Qərb ölkələrində və eləcədə Türkiyədə bələdiyyələr əhaliyə pulsuz sosial xidmətlər göstərirlər. Məsələn, Ankara bələdiyyəsi əhali üçün pulsuz ictimai nəqliyyat istifadəyə verib. Eyni zamanda əhalinin az təminatlı təbəqəsinin bütün kommunal xərclərini bələdiyyələr ödəyir. Bundan başqa Türkiyədə bələdiyyələr imkansız cütlüklərin toy xərclərini öz götürürlər. Bəs belə bir təcübə ölkəmizdə də tətbiq oluna bilərmi?
Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, Azərbaycanda bələdiyyələrlə bağlı çoxlu problemlər var. Onun sözlərinə görə, ölkədə islahatlar birinci növbədə bələdiyyələrdən başlamalıdır: "Türkiyədə nəyinki Ankarada, eyni zamanda İstanbul və bütün şəhər və əyalətlərdə bələdiyyələr çoxsaylı sosial layihələr həyata keçirirlər. Bunun başlıca səbəblərindən biri Türkiyədə bələdiyyə seçkilərində namizədlərin həqiqətən bələdiyyəni təmsil edəcək şəxslər olmasıdır. Təssüfki ölkəmizdə bələdiyyə yerlərini tutanlardan çoxu əhalinin bəyənmədiyi şəxslərdir.
Onlar məmurlarla sövdələşərək, bələdiyyələrdə yer tutublar. Yəni bələdiyyələrdə hesabatlılıq yoxdur. Ona görədə onlar əhaliyə xidmət göstərmirlər. Bələdiyyə xalq tərəfindən seçilməlidir ki, əhaliyə xidmət etsin. Azərbaycanda müəyyən inhisarçı qruplar bələdiyyələridə ələ keçirməyə çalışırlar. Mən şəxsən özüm bələdiyyə seçkilərində iştirak etmişəm və seçkidə qalib gəlmişəm. Ancaq hansısa icra başçısı seçkiləri saxtalaşdıraraq, puluda cibinə yığaraq ölkədən qaçıb. Siz hansı bələdiyyə srukturlarından danışırsınız?".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 859 Tarix: 08 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti
1 noyabrİşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA
İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin
2 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabrHövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin
1 noyabrAzərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c
1 noyabrNoyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrSəmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
2 noyabrBu gündən bu QADAĞA qüvvəyə minir
Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa
1 noyabr