Qadın və kişilər arasında emosional dəstək çatışmazlığı necə nəticələrə yol açır? - AÇIQLAMA

Qadın və kişilər arasında emosional dəstək çatışmazlığı necə nəticələrə yol açır? - AÇIQLAMAHər bir münasibətin əsasında emosional dəstək dayanır.

Qadın və kişi arasında bu dəstəyin balansı pozulduqda, anlaşılmazlıqlar, soyuqluqlar və hətta boşanmalar ortaya çıxır.

Bəs görəsən qadın və kişilər arasında emosional dəstək çatışmazlığı necə nəticələrə yol aça bilər?

Bu barədə psixoloq Aytən Ələkbərova Sonxeber.az -a açıqlama verib:

"Qadın və kişi arasında emosional dəstəyin çatışmazlığı, çox vaxt uşaqlıqdan gələn pozulmuş emosional balanslardan və ya təməl ehtiyacların ödənilməməsindən qaynaqlanır. Məsələn, uşaqlıqda "sus" və ya "danışma" kimi mesajlarla böyüyən insanlar, böyüdükdə emosional ehtiyaclarını ifadə etməkdə çətinlik çəkə bilərlər.

Xüsusilə qadınlar danışmağa və emosional paylaşmağa daha çox meyillidirlər; statistikaya görə, onların söz bazası kişilərə nisbətən təxminən 1500 dəfə daha genişdir. Lakin çox zaman qadınlar danışmaq istədikdə, qarşı tərəf sakitliyi və susmağı üstün tutur. Bu zaman qadın öz ehtiyacının ödənilmədiyini hiss edir, daha çox danışır və emosional dəstək üçün fərqli yollar axtarır - bəziləri iş yoldaşı ilə, bəziləri yaxın rəfiqəsi ilə duyğularını bölüşür.

Emosional dəstəyin çatışmazlığı uzun müddətdə ciddi nəticələrə gətirib çıxara bilər. İnsanlar dinlənilmədikdə və danışıq balansı təmin olunmadıqda, bu boşluğu doldurmaq üçün başqa yerlərə yönələ bilərlər, bəzən hətta xəyanətə qədər gedə bilən risklər ortaya çıxır.

Kişilər isə çox vaxt öz problemlərini valideynləri ilə bölüşürlər və həyat yoldaşlarından bu cür emosional paylaşımı gözləmirlər. Nəticədə, ailədə soyuqluqlar yaranır, anlaşılmazlıqlar dərinləşir və hətta boşanmalar baş verə bilir.

Bu məsələnin kökündə insanların psixoloji xüsusiyyətləri, emosional durumları və duyğuları idarə etmək qabiliyyəti dayanır. Emosiyaların yığılması və ya ifadə olunmaması, gələcəkdə daha ciddi münasibət problemlərinə yol aça bilər. Ona görə də, həm qadın, həm də kişi üçün açıq və balanslı ünsiyyət, ailədə emosional sağlamlığın qorunması üçün ən vacib amildir"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1008   Tarix: 08 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama

"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin

1 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Maaş naminə təhqirə dözmək: İş yerində psixoloji zorakılıq - PSİXOLOQDAN AÇIQLAMA

İş həyatında hər kəs peşəkar münasibət, hörmət və sağlam kollektiv mühiti gözləyir. Lakin bəzi hallarda rəhbər vəzifələrdə çalışan şəxslər öz səlahiyyətlərindən istifadə edərək əməkdaşlara psixoloji təzyiq göstərir, onları təhqir edir, alçaldır və şəxsiyyətlərinə toxunan ifadələr işlədirlər. İşini v

2 noyabr
.

Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto

DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə

2 noyabr
.

Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir

2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd

1 noyabr
.

Göbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA

Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə

2 noyabr
.

Azərbaycan lak-boya məmulatları istehsalını 31 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 39 min 678 ton lak-boya məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 380,2 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

1 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr