2025-ci ildə onları itirdik - Siyahı

2025-ci ildə onları itirdik - Siyahı2025-ci ilin bitməsinə sayılı günlər qalıb. İl ərzində sənət aləmində bir çox məşhur dünyasını dəyişib.

Axşam.az bu il dünyasını dəyişən sənət adamlarının siyahısını təqdim edir:

Aktyor Azər Baxşəliyev bu ilin yanvarında dünyasını dəyişib. Azər uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. Nigar adlı xanımla ailəli olan Azərin Züleyxa adlı bir qız övladı var idi.

Əməkdar artist Cabir İmanov bu ilin sentyabrında qəfil ürəktutmasından vəfat edib. O, idman zalında olarkən halı pisləşib və infarkt keşirdib. C.İmanovun 4 övladı var.

Görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq yazıçısı Elçin Əfəndiyev bu il itirdiklərimiz sırasında yer alıb. Yazıçı 82 yaşında vəfat edib.

Xalq artisti Arif Babayev də bu il dünyasını dəyişən sənət adamlarından olub. Xanəndə uzun sürən xəstəlikdən sonra 87 yaşında dünyasını dəyişib. O, 1-ci Fəxri Xiyabanda dəfn edilib.

Xalq artisti Roza Cəlilova bu ilin noyabrında 96 yaşında dünyasını dəyişib.

Əməkdar artist Vahid Əliyev bu ilin noyabrında vəfat edib. 73 yaşlı aktyorun səhhətində problemlər olub.

Xalq artisti tarzən Ramiz Quliyev bu il dünyasını dəyişənlər sırasında olub. Tarzən 78 yaşında vəfat edib.

Xalq artisti Əminə Yusifqızı vəfat edib. O, bu ilin oktyabrında dünyasını dəyişib.

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov da bu il itirdiklərimiz arasında olub. O, onkoloji xəstəlikdən əziyyət çəkirdi. Uzun müddət xəstəxanada müalicə alan Y.Muradov orada dünyasını dəyişib.

Aktrisa Çimnaz Sultanova bu ilin yanvarında vəfat edib. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəksə də, bunu gizli saxlayıb.

Əməkdar artist Rəşad Bəxtiyarov vəfat edib. Aktyor onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Şair, qəzəlxan Arif Buzovnalı (Arif Əliyev) vəfat edib. Onun 53 yaşı var idi.

Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib. O, bu ilin oktyabrında 76 yaşında dünyasını dəyişib.

Əməkdar mədəniyyət işçisi, tarzən Fərhad Paşayev vəfat edib. F.Paşayev Ağdamın "Şur" ansamblının bədii rəhbəri idi.

Mingəçevir Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Akif Mirabov bu il vəfat edib.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev bu ilin aprelində vəfat edib. Aktyor əməliyyat olunduqdan sonra hərəkət qabiliyyətini itirib, səhhəti daha da ağırlaşmışdı.

Xalq artisti Ənvər Həsənov bu il itirdiklərimiz sırasında olub. Aktyor martda vəfat edib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, AzTV-nin keçmiş sədri Məmməd Murad bu ilin sentyabrında dünyasını dəyişib.

SSR Xalq artisti Tamilla Şirəliyeva vəfat edib. 78 yaşlı balet ustası bu ilin martında dünyasını dəyişib.

Hərbi jurnalist, nasir Şəmistan Nəzirli 83 yaşında vəfat edib.

Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov vəfat edib. O, Almmaniyada dünyasını dəyişib.

Rejissor, ssenarist, kinooperator, Əməkdar incəsənət xadimi Zaur Məhərrəmov 87 yaşında vəfat edib.

Şair Məmməd İsmayıl vəfat edib. 85 yaşlı Məmməd İsmayıl ürək çatışmazlığı və yanaşı xəstəliklərdən əziyyət çəkirdi.

Yazıçı Vidadi Babanlı bu il vəfat edib. Yazıçı 98 yaşında dünyasını dəyişib.

Tanınmış aktyor Əlvan Fərmanoğlu vəfat edib. Ə.Fərmanoğlunun uzun müddətdir səhhətində problem var idi. Şəkərli diabet və bir sıra yanaşı xəstəlikləri olan aktyorun sağ ayağı ötən il amputasiya olunmuşdu.

Əməkdar incəsənət xadimi, fleytaçı Telman Hacıyev 88 yaşında vəfat edib.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şair Həsən Kür vəfat edib. Həsən Zeynallı beyin qanaması nəticəsində xəstəxanada dünyasını dəyişib. 1996-cı il təvəllüdlü Həsən Kür Vətən müharibəsi iştirakçısı olub.

Tanınmış bəstəkar, Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi Ruslan Əhmədoğlu bu il vəfat edib. O, Türkiyədə istirahətdə olarkən qəfil halı pisləşib və dünyasını dəyişib.

Lənkəranda yaradılan "Nənələr" folklor qrupunun 89 yaşlı üzvü Xanımbacı Quliyeva vəfat edib.

Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli faciəvi şəkildə dünyasını dəyişib. O, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində dünyasını dəyişib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 815   Tarix: 09 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat

"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti

1 noyabr
.

İşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA

İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama

"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin

1 noyabr
.

Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c

1 noyabr
.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr
.

Bu gündən bu QADAĞA qüvvəyə minir

Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa

1 noyabr