"Ramiz Mehdiyevin "5-ci kolonu" Azərbaycanda hər zaman təxribatçı və dövlətimizin inkişafına mane olan bir qüvvə olub" - DEPUTAT
"Ramiz Mehdiyevin Əli Kərimli ilə siyasi koordinasiyası Azərbaycan siyasətində gözlənilən və alışdığımız, köhnə üsulların yenidən canlandırılması cəhdidir".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, hər ikisinin yaxınlaşması dövlətimiz üçün təhlükə və təxribatdır:
"Çünki bu iki şəxsin ittifaqı açıq şəkildə öz şəxsi və qrup maraqlarına xidmət etmək üçün qurulub. Xarici anti-Azərbaycan qüvvələrin əlində oyuncaq olan və onlar tərəfindən idarə edilən Əli Kərimli və onunla eyni məzhəbə qulluq edən digər "milli" satqınlar son beş ildə Azərbaycanın əldə etdiyi böyük tarixi qələbələrə kölgə salmaq və xarici mərkəzlərin bu yöndə apardığı fəaliyyətlərə dəstək vermək üçün çalışıb. Onların əsl siması Azərbaycan cəmiyyətinə məlumdur. Cəmiyyətdən heç bir dəstək görməyən Əli Kərimli bütün ümidini indiyə qədər onu bəsləyən xarici anti-Azərbaycan qüvvələrə bağlayıb".
Deputat vurğulayıb ki, Əli Kərimlinin evində axtarış aparılması, Rusiyaya yazılan məktubun və həmin müraciətin ortaya çıxması gözləniləndir:
"Bu cür addımlar dəfələrlə təkrarlanıb. Ramiz Mehdiyevin "5-ci kolonu" Azərbaycanda hər zaman təxribatçı və ölkənin inkişafına mane olan bir qüvvə olub. Bir zamanlar hakimiyyətin tərəfdarlarından olan, prezident seçkilərində cənab İlham Əliyevi müdafiə edən, onun haqqında uzun çıxışlar edən Gültəkin Hacıbəyli birdən birə müxalifət olmaq qərarına gəldi. Bu sualın cavabı da Ramiz Mehdiyev işində bizə məlum oldu. Bir daha əmin olduq ki, özünü xalq fədailəri kimi göstərənlər əslində ancaq öz mənfəətlərini güdürlər".
Deputat Ramiz Mehdiyev vəzifədə olduğu müddətdə AXCP və "Milli Şura" hər 3 aydan bir mitinq, aksiya təşkil etdiyini də qeyd edib:
"Əgər fikir vermisinizsə 2019-cu ildə Ramiz Mehdiyev vəzifəsindən azad olunduqdan sonra AXCP və "Milli Şura" bir dəfə də olsun mitinq və aksiya keçirmədi. Eyni zamanda, Əli Kərimli heç zaman hər hansı bir çıxışında birbaşa Ramiz Mehdiyevi tənqid etməyib. Ramiz Mehdiyev Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, eyni zamanda şər-böhtan yayan mühacir mətbuatla birlikdə Azərbaycana qarşı hər zaman təxribat aparsa da heç zaman uğur qazanmağa nail ola bilmədi. Çünki xalq onlara inanmır və həqiqəti görür. Bu gün xalq verilən bütün sözlərini tutan, ölkəmizi dünyada güclə dövlətlər sırasına daxil edən və ən önəmlisi isə vətəndaşlarımızın təhlükəsiz, firavan yaşayışını təmin edən cənab prezident İlham Əliyevə güvənir, onun uğurla davam etdirdiyi Ulu Öndər Heydər Əliyev siyasətini dəstəkləyir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 855 Tarix: 09 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin
1 noyabrAnasını döyən bloqer saxlanıldı - Video
Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib
2 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabrSərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabrVətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir
2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd
1 noyabrGöbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA
Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə
2 noyabrAzərbaycan lak-boya məmulatları istehsalını 31 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 39 min 678 ton lak-boya məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 380,2 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
1 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabr