İstirahət mərkəzinə getdi, kababdan xoşu gəlmədi, dava saldı
Göyçay rayonu, Kürd Şaban kəndində yerləşən "Murad" İstirahət Mərkəzində kababsan xoşu gəlməyən müştəri dava saldığına görə cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, 1987-ci ildə Ucar rayonunun anadan olmuş Nuran Cəfərov (soyad şərti) barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işinə məhkəmədə baxılıb.
Məlulum olub ki, Nuran dostları ilə sözügedən istirahət mərkəzində spirtli içki qəbul edib. Sonuncu sifarişləri bir şiş böyrək kababı olub. Lakin, kabab gətiriləndə şişə 3 ədəd piy içərisində böyrək, 2 ədəd də ciyər qoyulduğunu görüb. Buna etiraz edib, kafenin mətbəxinə gedərək Rəvan adlı kababçıya niyə istədiyi formada kabab göndərməməsinin səbəbini soruşub. Bir az söhəbt edərək yerinə qayıdıb. Nuran bildirib ki, həmin vaxt aralarında heç bir dava-dalaş olmayıb.
Bir qədər sonra hesabı vermək üçün kassa yaxınlaşıb. Bu zaman kababın yaxşı olmadığını bildirib. Restoran işçisi Tacəddin isə ona "yesən də, yeməsən də, budur" deyə cavab verob. Bu zaman mübahisə yaranıb və Nuran Tacəddini döyüb. Onun haqqında polisə şikayət olunub.
Məhkəmənin hökmü ilə Nuran Cəfərov 1000 manat miqdarında cərimə edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 766 Tarix: 10 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti
1 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrSəmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
2 noyabrSərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabrMəhkumlar nə vaxt həbsdən azad edilə bilər?
Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili
1 noyabr