İnsanlarda artan stress və anksiyetenin əsas səbəbləri nədir? - AÇIQLAMA

İnsanlarda artan stress və anksiyetenin əsas səbəbləri nədir? - AÇIQLAMASon dövrlər həm böyüklər, həm də yeniyetmələr arasında anksiyete və stress simptomlarının kəskin artması psixoloqların diqqətini çəkir.

İnsanlarda artan stress və anksiyetenin əsas səbəbləri nədir?

Bu barədə psixoloq Aytən Ələkbərova Sonxeber.az -a açıqlama verib:

"Bu gün qəbuluma müraciət edən insanların yarısı anksiyete və ciddi stress şikayətləri ilə üzlərini tutdular. Pasiyentlərin bir çoxu bədənlərində baş verən dəyişikliklərin səbəbini anlamadıqlarını deyirlər. Onlarda nəfəs darlığı, ürəkdə sıxıntı, başgicəllənmə, hətta qusma kimi psixosomatik əlamətlər müşahidə olunur. Bu simptomlar çox vaxt tibbi yox, məhz psixoloji mənşəli olur.

Daha ağır bir hadisədə isə 16 yaşlı bir qızı anası döyərək ginekoloqa aparıb. Qızın tez-tez qusmasından şübhələnən ana bunun psixoloji səbəbini düşünmədən, birbaşa ginekoloji problem axtarıb. Halbuki həmin yeniyetmədə aydın şəkildə anksiyete pozuntusunun əlamətləri var idi. Bu yanaşma qızın psixikasında daha böyük travmalar yaradaraq, onun öz bədəninə və duyğularına güvənini sarsıdıb.

Valideynlər çox zaman uşaqların və yeniyetmələrin bədən reaksiyalarının psixoloji mənşəli ola biləcəyini nəzərə almırlar. Halbuki anksiyete yaşayan uşaqlar hiss etdiklərini ifadə edə bilmədikləri üçün bu hal daha çox somatik şikayətlərlə - qusma, qarın ağrısı, titrətmə, nəfəs darlığı ilə özünü göstərir.

Üstəlik, cəmiyyət olaraq hədsiz məlumatlanma dövrü yaşayırıq. İnformasiyanın fasiləsiz axını, sosial şəbəkələrdə neqativ xəbərlərlə dolu gündəm insanlarda informativ stress yaradır. Bu stress isə zamanla anksiyete pozuntusuna çevrilə bilir.

Pandemiya, müharibələr, yanğınlar və digər kütləvi travmatik hadisələr də insanların psixoloji yükünü artıran əsas amillərdir. Xüsusilə həssas düşüncə tərzinə malik, dəyişikliklərə çətin adaptasiya olan insanlar bu vəziyyətə daha çox meylli olurlar.

Bu səbəbdən həm valideynlərin, həm də böyüklərin öz psixoloji vəziyyətinə diqqət etməsi, bədən reaksiyalarını düzgün oxumağı öyrənməsi vacibdir. Çünki bir çox fiziki şikayətin arxasında əslində idarə olunmayan duyğular və yığılmış stress dayanır"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 737   Tarix: 10 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat

"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti

1 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr
.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto

DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə

2 noyabr
.

Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?

Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili

1 noyabr
.

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili

2 noyabr