33 yaşlı oğlan xəstəxanada şəraitsizlikdən ölüb? - Açıqlama

33 yaşlı oğlan xəstəxanada şəraitsizlikdən ölüb? - Açıqlama"Azərbaycan səhiyyəsi 33 yaşlı gənc oğlanı öldürdü. Kardiologiya İnstitutuna öz ayaqları ilə ağır vəziyyətdə, kəskin ürək çatışmazlığı ilə gələn Vüsal İsayevi reanimasiyaya alıblar. Reanimasiyada traxeostomiya edib süni tənəffüs aparatına qoşmaq üçün şəraitləri yox idi".

"Qafqazinfo" xəbər verir ki, bu iddia ilə bağlı jurnalist Tural Ozan paylaşım edib.

Onun sözlərinə görə, İsayev Vüsal Zakir oğlunu digər xəstəxanalara köçürmək də mümkün olmayıb: "Baş həkimə deyirəm gücünüz çatmır, şəraitiniz bərbaddırsa, transfer edin. Üzümə baxır, deyir xəstəxanaları siz razı salın. Xəstə isə qalıb ortalıqda. Yeni Klinikaya aparılması üçün müraciət etdik, bildirdilər ki, yerimiz yoxdur. Düşünün, Azərbaycanın bir nömrəli xəstəxanası olan Yeni Klinikanın reanimasiyasında "ölümcül xəstəyə yer yoxdur" cavabı alınır. Hansı ki, o xəstəxana COVID-19 dönəmində ən ağır şəraitdə yüzlərlə xəstəni eyni anda qəbul etmək üçün yaradılmışdı. Səhiyyə Nazirliyinin tabeliyində olan Bakı Sağlamlıq Mərkəzindən dedilər ki, biz xəstəni ancaq ödəniş olaraq 5-10 min depozitlə qəbul edə bilərik. Daha sonra Mərkəzi Neftçilər Xəstəxanasından dedilər ki, yerimiz yoxdur..."

33 yaşlı oğlan xəstəxanada şəraitsizlikdən ölüb? - Açıqlamaİddialarla əlaqədar Kardiologiya İnstitutuna müraciət etdik. Tibb müəssisəsindən sorğumuza cavab olaraq bildirildi ki, xəstə V.İsayev müəssisəyə son dərəcə ağır aqonal vəziyyətdə - huşu bağlı, təzyiqi ölçülə bilməyən və kəskin ürək çatışmazlığı əlamətləri ilə daxil olub: "Gətirildiyi andan etibarən xəstəyə təcili reanimasyon tədbirlər, kliniki protokollara uyğun diaqnostik və həyati vacib prosedurlar tətbiq edilib. Mərhuma 3 il əvvəl başqa bir mərkəzdə ürəkdaxili defibrilyator (ICD) implantı qoyulub ki, bu da xəstədə qəfil ürək dayanması riskinin əvvəldən yüksək olduğunu göstərirdi.

Xəstənin daxilolma zamanı vəziyyəti geridönüşü olmayan mərhələdə olduğu üçün aparılan intensiv tibbi müdaxilələrə baxmayaraq, vəziyyəti stabilləşdirmək mümkün olmayıb. Mərhumun yaxınlarının səsləndirdiyi iddialarla bağlı bildiririk ki, traxeostomiya və ya digər invaziv müdaxilələrin aparılması üçün tibbi göstəriş olmayıb - aqonal vəziyyətdə bu prosedurlar effekt vermir".

Açıqlamada, həmçinin xəstəxanada kifayət qədər süni tənəffüs aparatının olmaması iddiasına da toxulunub: "Xəstəxanada çarpayı sayına uyğun olaraq süni tənəffüs aparatı mövcuddur, lakin xəstənin süni tənəffüs aparatına ehtiyacı yox idi, saturasiyası 90-95 idi. Xəstədə çox orqan çatışmazlığı əlamətləri və qəfil ürək dayanması olub. Onun başqa klinikaya köçürülməsi həyati göstəricilərin kritik olması səbəbindən tibbi cəhətdən mümkün deyildi.

Xəstənin reanimasiyada yalnız "yatızdırılması" iddiası həqiqətə uyğun deyil - bütün reanimasyon tədbirlər protokollara uyğun şəkildə icra olunub. Məsələyə hüquqi müstəvidə qiymət verilməsi üçün aidiyyəti üzrə müvafiq qurumlara müraciət oluna bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 885   Tarix: 10 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat

"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti

1 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr
.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto

DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə

2 noyabr
.

Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?

Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili

1 noyabr
.

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili

2 noyabr