"Gün ərzində çoxlu video izləmək əvvəlcə, qısa, sonra isə uzunmüddətli yaddaş problemi yarada bilər" - Röyanə Quluzadə

"Gün ərzində çoxlu video izləmək əvvəlcə, qısa, sonra isə uzunmüddətli yaddaş problemi yarada bilər" - Röyanə QuluzadəSon 10 ildir ki, sosial şəbəkələr insanların daha çox vaxt keçirdiyi platformaya çevrilib. Daha çox gənclər və orta yaşlı insanlar sosial şəbəkələrdən istifadə edirlər. Hətta bəziləri demek olar ki, sosial şəbəkələrin aludəçisinə çevrilib. Belə ki, xüsusilə aktiv sosial şəbəkə istifadəçiləri gün ərzində yüzlərlə video izləyirlər.

Bu videolar "reels", "shorts", "1 dəqiqəlik TikTok" videolarıdır. 30 saniyə, 1 dəqiqə olan bu videolar insan beynini dəqiqələr ərzində informasiya axınına məruz qoyur. Hətta bəzən saatın necə keçdiyini anlamaq belə olmur. Bəzilərinə bu videolar xoş gəlsə da, əslində sağlamlığımıza zərərlidir. Araşdırmalar göstərir ki, qısa videoların beyinə zərəri sonda yaddaş pozulmasınabelə gətirib çıxara bilər.Nəzərə alsaq ki, son vaxtlar xüsusilə gənclər arasında yaddaş problemi çoxalıb, bunun səbəbi məhz sözügedən videolar ola bilər?

Mövzuyla bağlı Sonxeber.az-a danışan nevroloq Röyanə Quluzadə bildirib ki, "reels"lərin "shorts"ların uzun müddətli izlənməsi zamanla nevroloji problemlər yaradır:

"Xüsusilə, videolar həyəcanverici, narahatedicidirsə, diqqət problemləri, yaddaş zəifliyi, yuxu pozğunluqları yarada bilər.İlk olaraq, belə qısa videoların tez-tez izlənməsi beyində bir alışqanlığa, dopamin ifrazına səbəb olur. Beyin də tez-tez dəyişən məlumatlara öyrəşir və davamlı olaraq yeni dopamin almaq istəyir. Nəticədə, biz qısa videoları davamlı olaraq izləmək istəyirik. Bu, alkoqol, siqaret kimi asılılığa çevrilir.Eyni zamanda, bu qısa videolar bizim fokuslanma bacarığımıza da mənfi təsir edir. Nəticədə, xüsusilə məktəb yaşındakı uşaqlarda diqqət dağınıqlığı problemi yaradır. Uzun müddətli diqqət dağınıqlığı isə yaddaşın pozulmasına səbəb olur".

Nevroloq vurğulayıb ki, bu əvvəlcə, qısa, sonra isə uzunmüddətli yaddaş problemi yarana bilər:

"Melatonin hormonu azalır. Ekranın mavi işığı gözə təsir edir Bundan əlavə, qısa "reels"lər xüsusilə axşam izləndiyinə görə daha ziyanlıdır. Çünki ekranın mavi işıq epifiz vəzidə melatonin hormonunu azaldır.Yuxu hormonunun azalması isə gec yatmağımıza, səhər yorğun oyanmağımıza səbəb olur. Bu da yenə yaddaşa təsir edir. Yəni ümumi olaraq qüsurlu bir dövran yaranır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 886   Tarix: 11 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat

"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti

1 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr
.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto

DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə

2 noyabr
.

Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?

Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili

1 noyabr
.

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili

2 noyabr