Beş ay müddətində qulağını ayağında daşıdı - FOTO

Beş ay müddətində qulağını ayağında daşıdı - FOTOÇinin Şandonq əyalətində yaşayan bir qadın fabrikdə ağır iş qəzası keçirib. Qəza nəticəsində onun sol qulağı, baş dərisinin bir hissəsi və üz nahiyəsindəki dəri zədələnərək tamamilə qopub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, həyati təhlükəsi olmasa da, zədələr çox ciddi olduğundan həkimlər qulağın bərpası üçün misilsiz bir tibbi üsula əl atıblar.

Həkimlər bildiriblər ki, zədələnmiş qan damarlarına görə qulaq dərhal öz yerinə tikilə bilməzdi. Qulağın yenidən sağlması üçün uyğun mühitə ehtiyac yaranmışdı. Bunun üçün ən ideal yer kimi ayağın üst hissəsi - dərinin nazik, damar quruluşunun isə qulağa oxşar olduğu nahiyə seçilib.

Mikro cərrahiyyə əməliyyatı son dərəcə çətin keçib. Cərrahlar diametri cəmi 0,2-0,3 millimetr olan damarları birləşdirmək üçün insan saçından daha incə alətlərdən istifadə ediblər. On saat davam edən əməliyyat nəticəsində qulaq ayağın üzərinə uğurla köçürülüb.

Əməliyyatdan sonra ilk günlər kritik olub. Qan dövranında yaranan problemlər səbəbilə həkimlər müdaxilə edərək qulağın yeni yerində sabitləşməsinə nail olublar. Qulağın tədricən çəhrayı rəng alması toxumanın dirildiyini göstərib.

Qadın beş ay boyunca qulağını ayağında daşımalı olub. Bu müddətdə yalnız geniş ayaqqabılar geyinib və toxumaya zərər verməmək üçün diqqətli addımlar ataraq gəzib. Paralel olaraq başındakı yaralar da sağalaraq ikinci əməliyyata şərait yaradıb.

Oktyabr ayında həkimlər ikinci əməliyyatı həyata keçirib. Qəza nəticəsində deformasiyaya uğramış baş dərisində uyğun damar və sinirləri tapmaq son dərəcə çətin olub. Cərrahlar mikroskop altında qat-qat işləyərək sağ qalan damar və sinir uclarını müəyyən edib və qulağı yenidən onlara bağlayıblar.

Beş aylıq səbr və çətinlikdən sonra qadının sol qulağı uğurla yenidən öz təbii yerinə qayıdıb. Bu qeyri-adi tibbi müdaxilə dünya tibb ictimaiyyətində böyük maraq doğurub.
Beş ay müddətində qulağını ayağında daşıdı - FOTO


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 913   Tarix: 11 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yaponiya iqtisadiyyatı artmır

Yaponiyanın iqtisadi artım səviyyəsi 2026-cı ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə demək olar ki, dəyişməyib. İnflyasiya, enerji qiymətlərinin bahalaşması, əlverişsiz hava şəraiti və zəlzələ iqtisadi artıma mənfi təsir göstərib. Euronews-un məlumatına görə, bu barədə Yaponiya Nazirlər Kabinetini

16 noyabr
.

1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi

1960-cı ildə avstriyalı alim Haynts fon Försterin irəli sürdüyü hesablamaya görə, 13 noyabr 2026-cı il bəşəriyyətin "qiyamət günü" olmalı idi. Lakin proqnoz özünü doğrultmayıb. xəbər verir ki, alim 1960-cı ildə "Science" jurnalında dərc olunan məqaləsində dünya əhalisinin artım sürətin

16 noyabr
.

Ukrayna Rusiyanın ən böyük neft-kimya komplekslərindən birinə zərbə endirdi

Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın Başqırdıstan Respublikasında yerləşən iri neft-kimya komplekslərindən birinə hücum edib. xəbər verir ki, noyabrın 17-nə keçən gecə Ufa və Salavat şəhərləri kütləvi dron hücumuna məruz qalıb. Başqırdıstanın Fövqəladə Hallar üzrə Dövlət Komitəsinin məlumatın

17 noyabr
.

ABŞ-İran müharibəsində yeni gərginlik: Tehran ABŞ bazasını hədəfə aldı, Vaşinqton bölgəyə üçüncü aviadaşıyıcısını göndərdi

ABŞ və İran arasında davam edən müharibədə gərginlik yenidən artıb. Noyabrın 17-də İranın pilotsuz uçuş aparatları Bəhreyndə yerləşən ABŞ hərbi radar sistemini hədəfə alıb. Reuters-in məlumatına görə, hücum ABŞ-ın Beşinci Donanmasının yerləşdiyi Şeyx İsa hərbi bazasına qarşı həyata keçirilib. Bəhrey

17 noyabr
.

2027-ci ildə səyahət üçün dünyanın ən sakit 10 şəhər - Hamısı Avropadadır

2027-ci ildə səyahət etmək üçün dünyanın ən sakit şəhərlərinin reytinqi hazırlanıb. Siyahının ilk onluğunda yalnız Avropa şəhərləri yer alıb. İlk üçlükdə Venesiya, Lissabon və Amsterdam qərarlaşıb. xəbər verir ki, bu barədə "Euronews" nəşri məlumat yayıb. Reytinq səyahət sığortası üzrə ixtisaslaşmı

18 noyabr
.

Yəməndə genişmiqyaslı hava əməliyyatı: 60 hədəf vurulub, ölənlər var

Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərin nəzarətində olan ərazilərə genişmiqyaslı hava zərbələri endirib. Əməliyyat nəticəsində 60 hərbi hədəfin məhv edildiyi açıqlanıb. Husilərin nəzarətindəki səhiyyə qurumları isə hücumlar zamanı azı 17 nəfərin öldüyünü, onlarla insanın yaralandığın

18 noyabr
.

Gələn il dünyanı silkələyəcək hadisələr - PROQNOZ

2027-ci ildə beynəlxalq böhranların və müharibələrin daha da şiddətlənməsi, süni intellektə qarşı mənfi münasibətin artması, yeni temperatur rekordlarının qeydə alınması, eləcə də Avropada sağçı partiyaların təsirinin güclənməsi mümkündür. Bu barədə Britaniyanın "The Economist "jurnalında dər

17 noyabr
.

ABŞ-da raket havaya qalxarkən partladı - Anbaan video

ABŞ-da "United Launch Alliance" (ULA) şirkətinə məxsus "Vulcan Centaur" daşıyıcı raketi Kanaveral burnundan buraxıldıqdan təxminən 10 dəqiqə sonra qəzaya uğrayıb. Bizim.Media xəbər verir ki, nəticədə Amazon şirkətinin "Amazon Leo" internet peyklərinin 40-ı orbitə çıxarıl

16 noyabr
.

250 milyon ildən sonra Yer fərqli görünəcək - Alimlər dörd ssenari irəli sürür

Təxminən 250 milyon il sonra Yer kürəsinin indiki xəritəsi tamamilə dəyişə bilər. Qitələrin hərəkəti nəticəsində Atlantik okeanı yox ola, bütün materiklər isə yenidən birləşərək nəhəng superqitə yarada bilər. xəbər verir ki, bu barədə "Ilmessaggero" nəşri geoloqların araşdırmalarına istinadə

18 noyabr