Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq

Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaqAvropa İttifaqı (Aİ) Mərkəzi Asiya istiqamətində alternativ logistika marşrutlarına və emal güclərinə olan tələbatı fəal şəkildə artırır, lakin Orta Dəhlizin tam işə salınması üçün 18,5 milyard avro məbləğində kapital qoyuluşu tələb olunacaq.

Bu barədə "Report" "UkrAgroConsult" analitik agentliyinin "4S Business Summit Rotterdam" sammitinin yekunları üzrə hazırladığı materiallara istinadən xəbər verir.

Tədbirdə çıxış edən Niderlandın "Panteia" konsaltinq şirkətinin nümayəndəsi Arno Bercessin bildirib ki, Aİ-nin mineral və aqrar xammalın tədarük zəncirlərinin şaxələndirilməsi kursu emal güclərinin Çində həddindən artıq cəmləşməsi ilə şərtlənir. "Panteia"nın Beynəlxalq Enerji Agentliyinin qiymətləndirmələrinə əsaslanan məlumatına görə, nadir torpaq elementləri seqmentində qlobal emal güclərinin təxminən 92 %-i və batareya qrafiti istehsalının 92 %-i Çinin payına düşür.

Mövcud vəziyyətdə Aİ Xəzər dənizi, Qafqaz regionu və Türkiyədən keçən Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) təşviqinə xüsusi diqqət yetirir. Marşrutun dəmir yolu hissəsinin uzunluğu 4 256 km, Xəzər dənizindən keçən hissəsi 508 km təşkil edir, marşrut üzrə yük axını isə ən azı yeddi aşırma əməliyyatının həyata keçirilməsini nəzərdə tutur. Hazırda dəhlizin illik buraxılış qabiliyyəti təxminən 3,3 milyon ton yük təşkil edir.

"Panteia" şirkətinin ekspertləri bu göstəricinin 2030-cu ilə qədər 11 milyon tona qədər artacağını gözləyirlər. Lakin bu hədəf səviyyəsinə nail olunması genişmiqyaslı infrastruktur investisiyaları və marşrutun idarəetmə sisteminin təkmilləşdirilməsini tələb edir. Avropa Yenidənqurma və İnkişaf Bankı zəruri kapital qoyuluşunu 18,5 milyard avro dəyərində qiymətləndirir, təxminən 10 milyard avro isə potensial olaraq Aİ-nin "Global Gateway" proqramı çərçivəsində təmin edilə bilər. Ekspertlər hesab edirlər ki, alternativ marşrutların rəqabət qabiliyyətinin müəyyənedici amili sürət deyil, çatdırılmanın etibarlılığıdır.

Məsələn, 2025-ci ildə Avropanın Reyn-Dunay dəmir yolu dəhlizində izlənilən qatarların yalnız 31 %-i təyinat yerinə 30 dəqiqədən çox olmayan gecikmə ilə çatıb, 2024-cü ildə bu göstərici 42 % təşkil edib. Bundan başqa, marşrutun uzunluğunun yalnız 29 %-i 740 metr uzunluğunda qatar standartına cavab verir. Bundan irəli gələrək "Panteia" mütəxəssisləri çatdırılma müddətlərini geniş tranzit vaxtı diapazonu (xüsusilə P90 göstəricisi üzrə) əsasında hesablamağı tövsiyə edirlər.

Ötürmə qabiliyyəti ilə bağlı problemlər Dunay-Balkan regionunda da aktual olaraq qalmaqdadır. 2026-cı il oktyabrın 13-də Budapeştdə müvafiq dəmir yolu dəhlizi üzrə keçirilmiş iclasın yekunlarına əsasən, iştirakçılar Serbiyadakı dəmir yolu sahələrində, eləcə də Rumıniya-Bolqarıstan istiqamətində aparılan təmir işləri nəticəsində 2027-ci ildə baş verə biləcək fasilələr barədə xəbərdarlıq ediblər. Curcu-Ruse, Kalafat-Vidin və Neqru-Vode - Kardam sərhəd keçidləri vasitəsilə alternativ marşrutlar teplovoz dartısı sisteminə keçid, əlavə lokomotivlərin cəlb edilməsi və ya daha az kütləyə malik qatarların formalaşdırılması zərurətini yarada bilər. Alternativ həll yolu kimi "Akdoğan Train Cargo" şirkəti 2028-ci ilin yanvarında Türkiyə ilə Avropa arasında intermodal əlaqəni işə salmaq niyyətindədir. Dunay istiqamətində və Qara dəniz liman komplekslərində də infrastruktur məhdudiyyətləri qalmaqdadır.

Rumıniyanın Konstansa limanında bazar iştirakçıları taxıl yüklərinin mövsümi xarakter daşıdığını, dəmir yolu yanaşma marşrutlarının çatışmazlığını və taxılın limana çatdırılmasında avtomobil nəqliyyatının üstünlük təşkil etməsini qeydə alırlar ki, bu da məhsul yığımı dövründə mütəmadi olaraq tıxaclara səbəb olur. Dunayın daşımalar üzrə operatorları isə öz növbəsində gəmiçilik üçün su səviyyələrinin qeyri-sabit olmasından qaynaqlanan risklərə diqqət çəkirlər. Vahid nəqliyyat zəncirinin yaradılması məqsədilə "Panteia" Rotterdam və Konstansa limanları arasında koordinasiyanın gücləndirilməsini təklif edib - belə olan halda Konstansa yüklər üçün giriş nöqtəsi, Rotterdam isə xammalın emalı və hərəkət tərkibinə xidmət mərkəzi kimi çıxış edə bilərdi. Şirkətdə bu təklifin konseptual səviyyədə olduğunu vurğulayıblar.

"UkrAgroConsult"ın analitikləri qeyd edirlər ki, Qara dəniz-Dunay-Balkan regionunda logistika sxemlərinin yenidən qurulması fonunda investisiyalar getdikcə daha çox proqnozlaşdırıla bilən çatdırılma müddətlərinə malik marşrutlara yönəldilir. Eyni zamanda, sərhəd keçidləri, liman terminalları və s. modernləşdirilməsi də zəruridir.

Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatına görə, 2019-cu ildə TBNM ilə 759 min ton, 2020-ci ildə 783 min ton, 2021-ci ildə 586 min ton, 2022-ci ildə 1,485 milyon ton, 2023-cü ildə 2,764 milyon ton, 2024-cü ildə isə 4,484 milyon ton yük daşınıb.

Türk Dövlətləri Təşkilatının məlumatına görə, 2025-ci ildə Orta Dəhlizlə daşınan yüklərin həcmi 4,7 milyon ton təşkil edib, 2027-ci ilə qədər isə bu rəqəmin daha 10 % artacağı gözlənilir. 2027-ci ilə qədər Orta Dəhlizin illik buraxılış qabiliyyəti 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialını gücləndirəcək və infrastruktur layihələrinə əlavə investisiyaların cəlb edilməsi üçün imkanlar yaradacaq.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yük daşımaları üzrə 2030-cu il üçün hədəf göstərici 11,4 milyon ton səviyyəsində müəyyən edilib.

Dünya Bankının proqnozlarına görə, 2040-cı ilə qədər TBNM üzrə ümumi yük daşımalarının həcmi 32,1 milyon tona çata bilər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 78   Tarix: 21 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İranla bağlı kritik qərar ərəfəsi: ABŞ yeni hücum variantlarını müzakirə edir

ABŞ və İran arasında hərbi qarşıdurma ilə bağlı gərginlik davam edir. Vaşinqtonun Tehrana qarşı mümkün yeni hərbi əməliyyatları müzakirə etdiyi bir vaxtda ABŞ Senatında prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlarını davam etdirməsi üçün Konqresin razılığını tələb edən qanun layihəsi qəbu

20 noyabr
.

"GTA 6" tarixin ən böyük açılışına imza atdı: İlk gündə ilin rekord vuran filminə çatdı

13 ildən sonra təqdim edilən "Grand Theft Auto 6" (GTA 6) əyləncə sənayesi tarixinin ən böyük açılışına imza atıb. xəbər verir ki, oyun elə ilk gündə 24,5 milyondan çox nüsxə satılaraq təxminən 2,36 milyard dollar gəlir gətirib. Bu barədə "Sensor Tower" analitik platforması məluma

20 noyabr
.

Putin bütün Avropaya qarşı müharibə aparır və qalib gəlməyəcək

Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinin apardığı müharibənin bütün Avropaya qarşı yönəldiyini bildirib. xəbər verir ki, kansler Ukraynada sülhün bərqərar olması üçün səylərin davam edəcəyini vurğulayıb. "Bir daha açıq şəkildə bildirirəm ki, Rusiya bu müharibədə qalib gəlməyəcək

20 noyabr
.

Pezeşkian enerjiyə qənaət üçün iş otağında işıq və istiliyi söndürüb - Video

İran Prezidenti Məsud Pezeşkian ölkədə yaşanan enerji böhranı fonunda elektrik enerjisinə qənaət tədbirlərini əyani şəkildə nümayiş etdirmək məqsədilə dövlət televiziyasının nümayəndələrini öz iş otağına dəvət edib. xəbər verir ki, bu barədə İran mətbuatında məlumatlar yayılıb. İran dövlət televiziyasını

21 noyabr
.

ABŞ Ukrayna ilə bağlı kompromislər təklif edib, Rusiya Ankoricdə razılaşıb

ABŞ Ukrayna ilə bağlı kompromislər təklif edib, Rusiya Ankoricdə onlara razılaşıb. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çinə səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə, burada məsələ Kiyev və Avropanın ABŞ-nin təklif etdiyi

19 noyabr
.

Aİ-nin Rusiyaya qarşı 22-ci sanksiyalar paketinin hazırlanması başa çatdırılıb

Avropa Komissiyası (AK) Rusiyaya qarşı sanksiyaların 22-ci paketinin hazırlanmasını başa çatdırıb. Paketə 150 fiziki və hüquqi şəxs daxil ediləcək. "Postimees" qəzetinin məlumatına görə, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna bildirib. "22-ci sanksiya paketi hazırdır. Buray

20 noyabr
.

Bu ölkədə 6 günlük iş həftəsi ləğv edilir

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ölkədə həftədə 6 gün iş və 1 gün istirahət nəzərdə tutan "6x1" iş sisteminin ləğvi haqqında fərman imzalayıb. "Qafqazinfo"nun məlumatına görə, dövlət başçısı sosial media hesabında bildirib ki, yeni tənzimləməyə əsasən, işçilərin əməkhaqqında

20 noyabr
.

Reuters: "Tayvan Çini seçkilərə müdaxilə etmək üçün minlərlə sosial media hesabından istifadə etməkdə ittiham edir"

Tayvan hakimiyyəti Çinin sosial şəbəkələr vasitəsilə ölkədə keçiriləcək seçkilərə təsir göstərməyə çalışdığını iddia edib. Reuters-ə istinadən xəbər verir ki, Tayvan minlərlə şübhəli hesabla bağlı Meta şirkətinə müraciət edib. Rəsmi açıqlamada 2 500-dən çox hesabın Çinlə əlaqəli təsir kampaniyasını

20 noyabr
.

ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 48,3 milyard dolları ötüb

ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə nümayəndəsi Artur Miller açıqlama verib. Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, fevralın sonunda başlayan münaqişə ilə bağl

20 noyabr