Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən xaric ediləcək
Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvlüyündən xaric ediləcək.
"Report" xəbər verir ki, bunu AMEA prezidenti İsa Həbibbəyli Fəxri xiyabanda jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, AMEA-da bununla bağlı məsələyə baxılacaq və yekun qərar veriləcək:
"AMEA-nın bu məsələdə konkret mövqeyi var. Ramiz Mehdiyevin Azərbaycanın müstəqil dövlətinə qarşı etdiyi hərəkətlər və barəsindəki iddialar onun Akademiyanın üzvü olaraq qalmasına qətiyyən imkan vermir. Məsələyə baxılacaq və lazım gələrsə müvafiq qərar qəbul ediləcək".
Qeyd edək ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi oktyabrın 14-də R.Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Xatırladaq ki, Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə isə AMEA-nın prezidenti olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 872 Tarix: 12 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti
1 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrSəmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
2 noyabrSərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabrMəhkumlar nə vaxt həbsdən azad edilə bilər?
Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili
1 noyabr