"Diamond" gecə klubunda 220 manatlıq oğurluq

"Diamond" gecə klubunda 220 manatlıq oğurluqBakıda fəaliyyət göstərən "Diamond" gecə klubunda oğurluq baş verib.

Qaynarinfo-nun məlumatına görə, klubda müştərilərdən biri tanışının bank kartından 220 manat pul çıxarıb. Bu işdə ona başqa bir tanışı da yardım edib.

Zərəçəkmişin şikayəti əsasında hər iki şəxs saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 177.2.1-ci (Oğurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-1-ci (Oğurluq - elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işinə Səbail Rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə hər iki şəxs 1 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 539   Tarix: 12 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda ilk kəlağayı hansı rəngdə olub? - Milli irsimizin əsrlərə söykənən tarixi

Azərbaycan qadınının zərifliyini, milli kimliyini və mədəni yaddaşını özündə yaşadan kəlağayı əsrlərdir xalqımızın həyatında xüsusi yer tutur. Təbii ipəkdən hazırlanan, rəngarəng naxışları və özünəməxsus gözəlliyi ilə seçilən bu baş örtüyü yalnız geyim elementi deyil, həm də nəsildən-nəslə ötürülən sənə

14 oktyabr
.

Ordumuzun ilk qadın snayperi vəfat etdi

I Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan ordusunun ilk qadın snayperi Növrəstə Yusifova vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, əslən Xızı rayonundan olan Növrəstə Yusifova Qarabağ müharibəsində Azərbaycanın ilk döyüşçü qadın snayper olub

14 oktyabr
.

Çarpayıdan yıxılan 1 yaşlı uşaq xəstəxanada öldü

Şirvanda hündürlükdən yıxılaraq ağır xəsarət alan 1 yaşlı uşaq müalicə aldığı xəstəxanada həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Şirvan şəhərində qeydə alınıb. Bir gün əvvəl çarpayıdan yıxılan uşaq ağır kəllə-beyin travması alıb. O, kəllə sümüyünün deformasiyası diaqnozu ilə Şirva

14 oktyabr
.

İran və Türkiyədən informasiya hücumlarını qətiyyətlə pisləyirik - Açıqlama

"Son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəalların, siyasətçilərin, hətta rəsmi şəxslərin Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarında fəal iştirak etməsi açıq müşahidə olunur". xəbər verir ki, bu barədə Media və Yayım Şurasının açıqlamasında deyilir. Bildirili

14 oktyabr
.

Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib. Qaynarinfo-nun məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Əmri ilə polkovnik Eyvazov Soltan Sərxoş oğlu vəzifəsində

13 oktyabr
.

Vahid məktəbli forması ətrafında müzakirələr: YAP-ın mövqeyi və Azərbaycan-Türkiyə həmrəyliyinin siyasi mesajı

Vahid məktəbli formasının tətbiqi ətrafında yaranan müzakirələrə yalnız təhsil sahəsinə aid məsələ kimi yanaşmaq düzgün olmazdı. Bu mövzu bir tərəfdən məktəblərdə bərabərliyin, nizam-intizamın, sosial həmrəyliyin və vahid təhsil mühitinin qorunması ilə bağlıdırsa, digər tərəfdən cəmiyyətdə ictimai məsuliyyətin

14 oktyabr
.

Yasamal və Binəqədinin bəzi yerlərində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 14-də Yasamal və Binəqədi rayonlarında yerləşən Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işləri aparılacaq. "Qafqazinfo" xəbər verir ki, bu barəd

13 oktyabr
.

Məktəbli forması: Nizam-intizamın əsas tələblərindən biri

Məktəbli forması şagirdlərdə nizam-intizamın formalaşması, məktəb mühitində vahidliyin qorunması və təhsil müəssisəsinin daxili qaydalarına riayət olunması baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi onların məktəb məsuliyyətinin bir hissəsidir. Bu baxımdan

14 oktyabr
.

Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi

Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın qorunması, şagirdlər arasında vahid geyim mədəniyyətinin formalaşdırılması və məktəb mühitində bərabərliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi məktəb intizamının tərkib hissəsidir

14 oktyabr