Hansı məhsullar damarlar üçün faydalıdır?

Hansı məhsullar damarlar üçün faydalıdır?"Damarların möhkəm və elastik qalması üçün zərərli vərdişlərdən imtina, fiziki aktivlik və balanslı qidalanma vacibdir".

Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, bunu rusiyalı kardioloq Polina Savina bildirib.

Həkim qeyd edib ki, damar divarlarının elastikliyi üçün C vitamini ilə zəngin məhsulları mütəmadi qəbul etmək lazımdır. Kardioloqun sözlərinə görə, bu qrupa sitrus meyvələri, itburnu, qara qarağat, çaytikanı, kivi, bolqar bibəri, qarabaşaq yarması və göyərti (cəfəri, ispanaq, şüyüd və ya keşniş) daxildir.

Savina, həmçinin menyuya E vitamini tərkibli məhsulların əlavə edilməsini tövsiyə edib. Bu vitamin "pis" xolesterinin (LDL) oksidləşməsinin və damar divarlarında çökməsinin qarşısını alan güclü antioksidantdır. Həkimin fikrincə, ən yaxşı seçimlər zeytun, kətan və günəbaxan yağı (xüsusilə soyuq yeməklərdə), həmçinin qoz-fındıq, tumlar və avokadodur.

Onun sözlərinə görə, Omeqa-3 mənbələri də az əhəmiyyət kəsb etmir. Çoxdoymamış yağ turşuları "pis" xolesterinin səviyyəsini azaltmağa kömək edir, damar divarının elastikliyini artırır və qan dövranını yaxşılaşdırır.

Savinanın daha bir tövsiyəsi rasiona flavonoidlərlə zəngin yaşıl çay, tünd şokolad, giləmeyvələr və pomidorun daxil edilməsidir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 592   Tarix: 15 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İsmayıl Kartal yenidən "Fənərbaxça"nın baş məşqçisi oldu

İsmayıl Kartal yenidən "Fənərbaxça"nın baş məşqçisi təyin olunub. Türkiyə mediasına istinadla bildirir ki, mütəxəssis ümumilikdə 4-cü dəfə klubun baş məşqçisi təyin edilib. Bu barədə klubun televiziyası açıqlama yayıb. Qeyd edək ki, İsmayıl Kartal köməkçi məşqçi kimi "Fənərbaxça"

18 iyun
.

Azərbaycanda ən çox ziyarət edilən şəhərlər bəlli oldu

"Qəbələ və Şəki şəhərləri Azərbaycana səfər edən turistlər üçün Bakıdan sonra ən populyar istiqamətlərdir". xəbər verir ki, bu barədə TASS agentliyinə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATGA) İdarə Heyətinin sədri Tural Musayev məlumat verib. T.Musayevin sözlərinə görə, bunun əsa

14 iyun
.

Ağdamda çobanlar arasında mübahisə: Ölən və xəsarət alan var

Ağdam rayonunda güllələnmə hadisəsi baş verib. Oxu Az-ın məlumatına görə, hadisə iyunun 14-də axşam saatlarında rayonun Çullu kəndi ərazisindəki otlaq sahədə qeydə alınıb. Kənd ərazisində çoban işləyən 1979-cu il təvəllüdlü Elşad Gözəlov digər sahibkarın fermasında çoban işləyən 1975-ci il təvəllüdl

15 iyun
.

"LinkedIn" mesajını spam sanmışdı, milli komandaya çağırıldığını 9 ay sonra öyrəndi

2026-cı il Dünya Kubokunda İspaniya ilə qolsuz heç-heçə edərək diqqətləri üzərinə çəkən Yaşıl Burun Adalarının futbolçusu Piko Lopes maraqlı hekayəsi ilə gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, 33 yaşlı müdafiəçi peşəkar futbolçu olmamışdan əvvəl bank sektorunda çalışıb. Yaşıl Burun Adalar

17 iyun
.

Niyə əsnəyirik? - Beyin haqqında bildiklərinizi dəyişəcək 3 elmi fakt

Bir çoxumuz əsnəməyi yorğunluq, yuxusuzluq və ya darıxmaqla əlaqələndiririk. Hətta uzun illər alimlər belə hesab edirdi ki, insan daha çox oksigen almaq üçün əsnəyir. Lakin müasir elmi araşdırmalar göstərir ki, bu fikir tam doğru deyil. Əslində, əsnəmənin səbəbləri daha mürəkkəbdir və beynin fəaliyyət

16 iyun
.

Məşhur aktrisa dünyasını dəyişdi

Amerikalı məşhur aktrisa Deyvi Çeyz 35 yaşında vəfat edib. xarici KİV-ə istinadla xəbər verir ki, aktrisa sepsis səbəbindən dünyasını dəyişib. Bu barədə onun sevgilisi Roy Hernandez məlumat verib. Onun sözlərinə görə, aktrisa bir neçə əlavə xəstəlikdən əziyyət çəkib. Qeyd edək ki, Çeyz aktrisalıq fəaliyyətin

18 iyun
.

Soyuducudakı rəflərin əsl qaydası: Bildikləriniz yanlış ola bilər

Çoxumuz soyuducudakı rəflərin temperaturuna görə bölündüyünü və "aşağı rəf daha soyuqdur" kimi qaydalara inandığımızı düşünürük. Lakin mütəxəssislər bildirir ki, bu, geniş yayılmış bir yanlış təsəvvürdür. Soyuducudakı temperatur sabit qatlar şəklində deyil, hava dövranı və qapının nə qədə

20 iyun
.

Yumurtanın bişirilərkən çatlamasının qarşısını alan 5 sadə üsul

Yumurtaları bişirərkən çatlamaması üçün bəzi sadə, lakin effektiv üsullardan istifadə etmək olar. yumurtaların bütöv qalmasını təmin edəcək 5 vacib tövsiyəni təqdim edir:. Yumurtaları otaq temperaturuna gətirin. Yumurtaları soyuducudan çıxaran kimi birbaşa qaynar suya atmayın. Soyuq yumurta qaynar s

20 iyun
.

Süngər, ya əl ilə sabunlanmaq? - Dəri problemlərindən qorunmağın yolu

Duş qəbul edərkən istifadə olunan süngərlər dəriyə zərər verə bilər. xəbər verir ki, bu barədə dermatoloqlar Loren Talya və Keti Laynam "HuffPost" nəşrinə müsahibələrində danışıblar. Mütəxəssislər bu geniş yayılmış vərdişin dəri üçün yarada biləcəyi risklər barədə xəbərdarlıq ediblər. Ket

19 iyun