3 futbolçu "Qarabağ"ı tərk edə bilər
Azərbaycanı UEFA Çempionlar Liqasında alqışalayiq şəkildə təmsil edən, turnirin Liqa mərhələsində 7 xal toplayaraq sona 2 tur qalmış pley-offa yüksəlmək şansını qoruyan "Qarabağ" gələn ay 3 futbolçusu ilə vidalaşa bilər.
Fanat.Az-ın məlumatına görə, bunlar Pedro Bikalyo, Marko Yankoviç və Fabiyan Buntiçdir.
Monteneqrolu yarımmüdafiəçi Yankoviçə 2 Yunanıstanın nəhəngi - "Olimpiakos"la "Panatinaykos" ciddi maraq göstərirsə, "8 nömrə"ni Zaqreb "Dinamo"su da sıralarına cəlb etmək niyyətindədir. "Maestro"nu istəyənlər arasında adlarını dəqiqləşdirə bilmədiklərimiz də var. Bu klublardan bəziləri yayda ağdamlılarla əlaqə saxlayıb, lakin tərəflər baş məşqçi Qurban Qurbanovun güvəndiyi adlardan olan Markonun keçidi ilə bağlı razılığa gəlməyiblər.
"Qarabağ"a mövsüm ərəfəsində qoşulan Pedro Bikalyo Braziliya təmsilçisi "Botafoqo"nun diqqət mərkəzindədir. Yerli mətbuatın da açıqladığı kimi, cənubi amerikalılar dayaq yarımmüdafiəçisi üçün 2 dəfə "köhlənlər"ə müraciət ünvanlayıblar. "Botafoqo" Bikalyonu sonradan transfer hüquqlarına yiyələnə bilmək şərti ilə icarəyə götürmək niyyətindədir. Hərçənd ikinci təklifədki məbləğ də Azərbaycan çempionunu tam qane etmir. Bu başqa məsələ ki, Bikalyo ölkəsinin ünlü komandasının formasını geyinməyin əleyhinə deyil.
Buntiçə gəlincə, Qurbanovun 3-cü qapıçı statusu ilə komandada saxladığı futbolçunun sərfəli təklif gələcəyi təqdirdə, yola salınacağı şübhə doğurmur. Amma Şahruddin Məhəmmədəliyevin zədələnərək əməliyyat olunması bu yöndə vəziyyəti dəyişə, yəni xorvat əsilli almaniyalının azı cari mövsümün sonuna qədər "Qarabağ"da qalmasını şərtləndirə bilər.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1330 Tarix: 22 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mourinyo "Real"da sərt qaydalar tətbiq edib
İspaniyanın "Real" klubunun baş məşqçisi Joze Mourinyo Madrid təmsilçisində gecikməyə görə cəza sistemini dəyişib. xəbər verir ki, bu barədə "Defensa Central" nəşri məlumat yayıb. Portuqaliyalı mütəxəssis intizam pozuntularına görə pul cərimələrini ləğv edib. Hazırlıq prosesinə gecikə
2 sentyabr"Neftçi" Kenan Piriçlə müqaviləyə xitam verib
"Neftçi" qapıçısı Kenan Piriçlə yolları ayırıb. Bu barədə -a Bakı klubunun mətbuat xidmətindən bildirlib. Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Qeyd edək ki, ötən ilin yayında transfer olunan bosniya və herseqovinalı qapıçı paytaxt təmsilçisinin heyətində 2
2 sentyabrAvarçəkmə və kanoe üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə keçirilən avarçəkmə və kanoe üzrə ölkə çempionatının qalibləri müəyyənləşib. Bu barədə -a AKAF-ın mətbuat xidmətindən məlumat verilib. İkinci yarış günündə avarçəkənlər 16 dəst medal uğrunda mübariz
3 sentyabrOnlar "Sabah"la oynamaq üçün Bakıya gələcəklər
Azərbaycan təmsilçisi "Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsindəki rəqibləri bəlli olub. "Qafqazinfo" xəbər verir ki, keçirilən püşkatma mərasiminin nəticələrinə əsasən, Masazır təmsilçisi doğma meydanda Kataloniya nəhəngi "Barselona", Almaniyanın "Borussiya"
27 avqust"Sabah"ın stadionu Aİ ilə 30 minlik oldu - Video
Muhammed Yusuf adlı xarici yutuber Azərbaycan çempionu "Sabah"ın stadionunu Aİ ilə düzəldib. "Qafqazinfo" xəbər verir ki, o bu barədə yutub kanalında paylaşım edib. Belə ki, "Sabah"ın ev oyunlarını keçirdiyi 9500 nəfərlik "Bank Respublika Arena"nı süni intellektl
29 avqust"Vilyarreal" 3 gənc futbolçusunu komandaya cəlb edib
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İspaniyanın "Vilyarreal" klubu akademiyasının 3 yetirməsi - Karlos Masia, Ruben Qomes və Alassan Diattanı komandaya cəlb edib. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gənc futbolçular 2026/202
1 sentyabr