Nazirlik Fəzail Ağamalının partiyasının müraciətini - Geri qaytardı
Ədliyyə Nazirliyi Ana Vətən Partiyasının oktyabrın 25-i keçirilən IX növbədənkənar Qurultayı ilə bağlı müraciətə cavab verib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə APA-ya qurultayda sədr seçildiyini iddia edən Elçin Ağamalı bildirib.
Elçin Ağamalı deyib ki, Ana Vətən Partiyasının 25 oktyabr tarixində keçirilmiş IX növbədənkənar Qurultayının sənədləri tərəflərindən baxılmaq üçün Ədliyyə Nazirliyinə göndərilib: "Nazirlik müraciətimizə baxıb və sənədlər "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.3.1.-ci maddəsinə müvafiq olaraq düzgün tərtib olunmadığı və mübahisəli məqamlar olduğu üçün geri qaytarılıb.
Qurultaydan keçən dövr ərzində Partiyanın əksər rayon (şəhər) təşkilatlarının sədrləri legitim olmayan İdarə Heyətinin qərarları (bir çox hallarda isə ümumiyyətlə heç bir qərar və əsas olmadan) ilə partiya üzvlüyündən azad olunur və 5-10 nəfər kənar şəxslərin iştirakı ilə yeni konfranslar keçirilərək sədrlər seçilir (təyin olunur). Bununla məqsəd tələsik şəkildə yeni nümayəndələrlə partiyanın növbəti qurultayının keçirilməsidir.
Partiyanın Nizamnaməsinə əsasən, növbədənkənar qurultay əvvəlki qurultay nümayəndələrinin tərkibində çağrılmalıdır. Başqa sözlə, fərqli nümayəndələrlə keçiriləcək qurultay Nizamnamə pozuntusudur və qeyri-legitimdir. Qurultaydan öncə və sonra partiyanın rəhbər orqanlarının qərarlarının legitimliyi ilə bağlı məsələlərin araşdırılması üçün faktlar bir neçə rayon təşkilatının və Ali Məclis üzvlərinin təqribən yarısının adından Ədliyyə Nazirliyinə iki məktubla təqdim olunub. Həmçinin partiya sıralarından qanunsuz olaraq çıxarılmış rayon təşkilatı sədrlərinin bir qrupu partiyanın qərarından məhkəməyə müraciət edib. Partiyanın rayon təşkilatlarının sədrləri pozulmuş hüquqlarının bərpa olunması üçün hüquqi müstəvidə fəaliyyətlərini davam etdirirlər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!