Litva piyada əleyhinə minalar haqqında Ottava Konvensiyasından çıxdı
Litva Piyadalar Əleyhinə Minaların İstifadəsinin, İstehsalının, Toplanmasının və Daşınmasının Qadağan Olunması və Onların Məhv Edilməsi Haqqında Konvensiyadan (Ottava Konvensiyası) rəsmi olaraq çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baltikyanı ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
"Zəruri prosedurlar üçün son tarix dekabrın 27-də başa çatıb. BMT baş katibinə konvensiyadan çıxmaq barədə bildirişin göndərilməsindən altı ay keçib", - deyə nazirliyin məlumatında bildirilib.
Konvensiyadan çıxmaq, bu tip sursatların istifadəsinə, saxlanmasına və istehsalına icazə veriləcəyi deməkdir. Litva müdafiə nazirinin müavini Karolis Aleksa daha əvvəl bildirib ki, Ottava Konvensiyasından çıxdıqdan sonra ölkəsi 2026-cı ildə öz ehtiyacları və Ukraynaya ötürülməsi üçün Finlandiya ilə birlikdə piyada əleyhinə minaların istehsalını qurmağı planlaşdırır.
Bildirilib ki, bu məqsədlə yüz milyonlarla avro ayrılacaq. Piyada əleyhinə minalardan əlavə, tərəfdaşlar tank əleyhinə minalar da istehsal etmək niyyətindədirlər.
Qeyd edək ki, piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyası 1999-cu ildə qüvvəyə minib və 164 dövlət həmin anlaşmaya qoşulub. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, bu silahlar çox sayda mülki şəxsin ölümünə səbəb olur və hərbi əməliyyatlar bitdikdən sonra da uzun müddət təhlükə yaratmağa davam edir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 402 Tarix: 27 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah Bakıda 36 dərəcə isti olacaq
Azərbaycanda iyulun 23-də 39 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25 isti, gündüz 31-36 isti olacaq. Atmosfe
22 iyulXalq artisti Tofiq Mirzəyevin ölüm səbəbi bilindi: Harada dəfn ediləcək?
Azərbaycanın Xalq artisti, tanınmış kino aktyoru Tofiq Mirzəyev ötən gün gecə saatlarında İsrailin Beer-Şeva şəhərində yerləşən xəstəxanada vəfat edib. xəbər verir ki, bu barədə APA-ya açıqlamasında İsraildə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman məlumat verib. O qeyd edi
22 iyulOnlayn alış-veriş zamanı aldadılan vətəndaş nə etməlidir? - AÇIQLAMA
Onlayn alış-veriş gündəlik həyatın ayrılmaz hissəsinə çevrilsə də, internet üzərindən dələduzluq halları da artmaqdadır. Məhsulun göndərilməməsi, sifariş ediləndən fərqli malın çatdırılması, saxta səhifələr vasitəsilə pulun mənimsənilməsi kimi hallarla üzləşən vətəndaşlar çox vaxt hansı hüquqi addımlar
23 iyulHəftəsonu 41 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında iyulun 25-26-da havanın maksimal temperaturunun 35-38, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Azərbaycanın bəzi rayonlarında da iyulun 25-29-da havanın maksimal temperaturunu
22 iyulAzərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir
Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan azərbaycanlıların ən çox üz tutduğu ölkələr, universitetlər və ixtisas istiqamətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Dövlət Proqramı İdarəetmə Qrupundan bildirilib ki, 2019-2023-cü illər üzrə Dövlət Proqramı çərçivəsində iştirakçıların ən çox təhsi
21 iyul