"Azərbaycanda idmanın inkişafı strateji dövlət siyasəti kimi formalaşıb" - DEPUTAT
"Cənab Prezident İlham Əliyevin ölkə idmanına və idmançılarına olan diqqəti və qayğısı Azərbaycanda idmanın bütün sahələrinin inkişaf etdirilməsində, yeni və möhtəşəm idman saraylarının inşasında, ayrı-ayrı idman növlərinə dövlət büdcəsindən maliyyə dəstəyinin ayrılmasında, həmçinin idmançı gənclərin inkişafı üçün hər cür şəraitin yaradılmasında özünü təcəssüm etdirir. Xüsusilə gənclərimizin idmana cəlb edilməsi, onların sağlam inkişafı, cəmiyyətə və dövlətə yararlı və layiqli vətəndaş kimi yetişdirilməsi Ölkə Başçısının qarşısına qoyduğu əsas məsələlərdən hesab olunur", - bunları Sonxeber.az -a açıqlama verən deputat Pərvanə Vəliyeva deyib:
"Bu gün gənclərimizin fiziki gücə sahib olması, eyni zamanda cəmiyyətə faydalı və vətənpərvər ruhda yetişməsi həm Ölkə Başçısının, həm də xalqımızın illər ərzində çəkdikləri əziyyətin nəticəsidir. Belə bir əziyyətin nəticəsi olaraq biz, xalqının və gənclərinin gücünə söykənən qüdrətli dövlətimizin olmasını bütün dünyaya sübut etmişik.
Bakı şəhərində ən müasir idman infrastrukturları, idman kompleks və zalları inşa edilmiş və bu quruculuq işləri hələ də davam etdirilir. Ötən illərdə Bakıda mötəbər Avropa Oyunlarının, eləcə də İslam Həmrəylik Oyunlarının yüksək səviyyədə keçirilməsinin şahidi olmuşuq. Bundan başqa, təkcə Bakıda yox, həmçinin ölkənin bir çox iri rayon və şəhərlərində də idmanın inkişafı məqsədilə müxtəlif komplekslər inşa edilmiş, fəal gənclər həmin komplekslərdən istifadəyə cəlb edilmişlər.
Bu il Azərbaycan idmanı tarixində ən uğurlu dövrlərdən biri kimi yadda qalıb. İdmançılarımızın beynəlxalq arenalarda qazandığı 2000-dən artıq medal, o cümlədən 600-dən çox qızıl medal ölkədə idmanın inkişafının sistemli və məqsədyönlü dövlət siyasəti nəticəsində mümkün olduğunu açıq şəkildə göstərir. Keçən illə müqayisədə nəticələrin daha da yaxşılaşması idmana göstərilən diqqətin, maliyyə və institusional dəstəyin davamlı xarakter daşıdığını təsdiqləyir.
Azərbaycanda idmanın inkişafı strateji dövlət siyasəti kimi formalaşıb. Son illər ərzində idman infrastrukturu faktiki olaraq yenidən qurulub, regionlarda müasir Olimpiya İdman Kompleksləri istifadəyə verilib. Bu il Gəncə və Yevlaxda iki yeni kompleksin açılması ilə bölgələrdə bu cür obyektlərin sayı 46-ya çatıb ki, bu da gənclərin idmana cəlb olunması üçün bərabər imkanlar yaradır. Yaradılan şərait gənc nəslin sağlam böyüməsinə, peşəkar idmançıların yetişməsinə və kütləvi idmanın genişlənməsinə xidmət edir.
İdman eyni zamanda gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Beynəlxalq yarışlarda Azərbaycan bayrağının ucaldılması xalqda qürur hissi yaradır, idmançıların məsuliyyətini artırır və onları müzəffər xalqın layiqli nümayəndələri kimi çıxış etməyə təşviq edir. Sağlam bədən və sağlam ruhun vəhdəti ölkənin davamlı inkişafının əsas şərtlərindən biri kimi təqdim olunur.
Beynəlxalq idman tədbirlərinin ölkəmizdə keçirilməsi Azərbaycanın artan potensialını nümayiş etdirir. MDB ölkələrinin III Oyunlarının bir neçə şəhərdə, o cümlədən Gəncə və Xankəndidə təşkil olunması regionların inkişaf səviyyəsini və qonaqpərvərliyini dünyaya göstərdi. İlk dəfə Bakıda keçirilən UFC turniri, eləcə də Formula 1 yarışları Azərbaycanın qlobal idman xəritəsində mövqeyini daha da möhkəmləndirdi, ölkənin tanıdılmasına və turizmin inkişafına mühüm töhfə verdi.
Qış idmanı sahəsində də mühüm addımlar atılır. Qusarda, Şahdağ Xizək Kurortunda Xizək üzrə Dünya Kubokunun keçirilməsi Azərbaycanın beynəlxalq qış idmanı təqviminə daxil olmasını təmin edir. Bu, həm idmanın şaxələndirilməsi, həm də regionlarda məşğulluğun və turizmin artması baxımından böyük əhəmiyyət daşıyır.
İdman siyasəti sağlam cəmiyyətin formalaşmasına, gənclərin düzgün tərbiyəsinə, ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edir. Dövlət tərəfindən idmançıların və mütəxəssislərin mütəmadi şəkildə qiymətləndirilməsi isə bu sahədə motivasiyanı daha da gücləndirir və gələcək uğurlar üçün möhkəm zəmin yaradır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!