"Maduronun başına gələnləri ikinci Səddam Hüseyn hadisəsi adlandırmaq olarmı?" - AÇIQLAMA
Son dövrlər Venesuela prezidenti Nikolas Maduronun üzləşdiyi daxili və beynəlxalq təzyiqlər siyasi dairələrdə və mediada geniş müzakirələrə səbəb olur. Hakimiyyətin legitimliyi, sanksiyalar, müxalifətin fəallaşması və mümkün ssenarilər fonunda "Maduronun başına gələnləri ikinci Səddam Hüseyn hadisəsi adlandırmaq olarmı?" sualı da tez-tez gündəmə gəlir.
Bu mövzunun geosiyasi və tarixi aspektlərini aydınlaşdırmaq üçün məsələyə ekspert rəyi ilə nəzər salmışıq.
Politoloq Tural İsmayılov məsələ ilə bağlı Sonxeber.az -a açıqlama verib:
"Nikolas Maduronun ölkəni tərk edə bilmədən ABŞ tərəfindən həbs edilməsi, müasir siyasi tarixin ən kəskin dönüş nöqtələrindən biridir. Bu hadisəni "ikinci Səddam Hüseyn hadisəsi" adlandırmaq üçün artıq daha möhkəm faktiki əsaslar yaranıb. Səddam Hüseyn kimi Maduro da uzun müddət özünü "anti-imperialist müqavimətin simvolu" kimi təqdim etdi, lakin sonda hər ikisi eyni aqibəti - hərbi-siyasi əməliyyat nəticəsində qandallanmağı paylaşdı. Lakin Maduronun həbsi Səddam hadisəsindən fərqli olaraq, birbaşa genişmiqyaslı işğal deyil, daha çox "hədəfli hüquqi-hərbi əməliyyat" (surgical operation) xarakteri daşıyır.
Bu hadisənin sosioloji və siyasi çəkisi Manuel Noryeqanın (Panama) taleyi ilə daha çox səsləşir. Lakin Maduronun həbsinin dünya üçün əsas mesajı "toxunulmazlıq mifinin çöküşüdür. Əgər Səddam Hüseynin həbsi regional bir diktaturanın sonu idisə, Maduronun ABŞ ədalət mühakiməsinə təslim edilməsi trans-milli cinayətkarlıqla (narko-terrorizm ittihamları) ittiham olunan dövlət başçıları üçün bir hökmdür. Bu, göstərir ki, XXI əsrin geosiyasi nizamında suverenlik artıq çox müzakirə edilmir təəssüf ki. Səddamın həbsi İraqda yeni bir xaotik dövrün başlanğıcı olmuşdusa, Maduronun həbsi Latın Amerikasında "solçu populizmin" ən radikal qanadının institusional süqutu deməkdir. Bu proses artıq sadəcə bir hakimiyyət dəyişikliyi deyil. Maduronun qaçmağı deyil, məhz həbs edilməsi onu Səddam Hüseynin taleyinə daha çox yaxınlaşdırır"
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!