Ramazanda fitrə pulu nə qədər olacaq? - MƏBLƏĞ

Ramazanda fitrə pulu nə qədər olacaq? - MƏBLƏĞMərhəmət, paylaşmaq və mənəvi saflaşma ayı olan Ramazan fevralın 19-dan etibarən başlayır. Ramazan ayı təkcə oruc ibadəti ilə deyil, eyni zamanda ehtiyacı olanlara yardım etmək, iftar süfrələri açmaq və xeyriyyəçilik ənənələrinin gücləndiyi bir dövr kimi yadda qalır. Bu baxımdan, oruc ibadətinin ayrılmaz tərkib hissəsi sayılan fitrə zəkatı da xüsusi əhəmiyyət daşıyır. Müqəddəs Ramazan ayının yaxınlaşması ilə birlikdə bu il fitrə zəkatının məbləğinin nə qədər olacağı da əsas suallardan birinə çevrilir.

Modern.az mövzu ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayevlə əlaqə saxlayıb.

O bildirib ki, Ramazan ayının başlanmasına bir həftə qalmış fətva elan ediləcək və həmin vaxt fitrə zəkatının məbləği ilə bağlı tövsiyələr ictimaiyyətə açıqlanacaq.

Saytımıza açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov isə qeyd edib ki, Ramazan ayı ibadət ayı olmaqla yanaşı, dua və mənəvi saflaşma zamanıdır.

Deputat əlavə edib ki, Ramazana kompleks bir ibadət kimi yanaşdıqda görürük ki, bu ay bir çox dini ayinləri özündə birləşdirir. O həmçinin vurğulayıb ki, fitrə zəkatını imkanı olan, özünün və ailəsinin gündəlik azuqəsini təmin edə bilən hər bir şəxs verməlidir:

"Bu baxımdan Ramazan ayının əsas əhəmiyyəti və önəmi də məhz burada ortaya çıxır. Hər bir müsəlman Ramazan ayının sonunda bu zəkatı mütləq şəkildə verməlidir.

Fitrə zəkatı bir neçə növ ərzaqla verilə bilər. Bunlara düyü, buğda, xurma və digər əsas qida məhsulları daxildir. Bu səbəbdən fitrə zəkatının məbləği də dəyişə bilir. Əgər daha ucuz ərzaq seçilərsə, məbləğ az olur, daha bahalı məhsul seçildikdə isə məbləğ artır. Tövsiyə olunan orta məbləğ təxminən 10 manat hesab edilir. İmkanı çatan hər bir müsəlmanın bu məbləğdə fitrə zəkatı verməsi məsləhət görülür".

C.Məmmədov eyni zamanda bildirib ki, bununla yanaşı, fitrə zəkatı üçün nəzərdə tutulan məbləğ dəyişə də bilər:

"Məsələn, seçilən ərzağın növünə və bazar qiymətinə uyğun olaraq fitrə zəkatı daha az və ya daha çox ola bilər. Əsas prinsip ondan ibarətdir ki, təqribən 3 kiloqram əsas ərzağın (xurma, buğda və s.) dəyəri nəzərə alınsın. Bəzi yanaşmalara görə fitrə zəkatı mütləq ərzaq şəklində verilməlidir. Bu, Peyğəmbər dövründə də belə idi. Lakin nəzərə alsaq ki, müasir dövrdə insanların ehtiyacları fərqlidir. Bəzən ehtiyacı olan şəxs üçün düyü və ya xurmadan daha çox başqa qida məhsulları və ya ümumi maddi dəstək daha faydalı olur.

Məhz bu səbəbdən bir çox alimlər fitrə zəkatının pul şəklində verilməsi mümkün hesab edir. Qeyd edilən kimi, bu məbləğ təxminən 10 manatdır. Minimum ərzaq dəyəri nəzərə alındıqda isə fitrə zəkatı 5 manat civarında da ola bilər. Bununla belə, tövsiyə ondan ibarətdir ki, imkan daxilində maksimal məbləğ seçilsin və proses bunun əsasında nəzərə alınsın",- deyə deputat qeyd edib.

Qeyd edək ki, martın 8-i, 10-u, 12-si və 16-sı Qədr gecələridir. Şəvval ayının 1-i və 2-si (martın 20-si və 21-i) Azərbaycanda Ramazan bayramı (Fitr bayramı) kimi qeyd olunacaq.

Xatırladaq ki, fitrə zəkatı ailə üzvlərinin sayına uyğun olaraq verilməlidir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 759   Tarix: 15 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto

DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama

"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin

1 noyabr
.

Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR

Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat

2 noyabr
.

"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb

"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt

2 noyabr
.

Göbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA

Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə

2 noyabr
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr
.

İşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA

İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin

2 noyabr
.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr