Evdə inyeksiya qadağası: Xəstələr üçün həyati çətinlik, yoxsa təhlükəsizlik tədbiri?

Evdə inyeksiya qadağası: Xəstələr üçün həyati çətinlik, yoxsa təhlükəsizlik tədbiri?Son günlər Azərbaycanda tibb bacılarının evdə inyeksiya (iynə) vurmasına qoyulan qadağa cəmiyyətdə müzakirələrə səbəb olub. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) açıqlamasına görə, venadaxili inyeksiya və digər tibbi prosedurlar yalnız rəsmi tibb məntəqələrində və həkim nəzarəti altında həyata keçirilməlidir. Məqsəd pasiyent təhlükəsizliyini təmin etmək olsa da, yataq xəstələri, hərəkət qabiliyyəti məhdud şəxslər və ambulator müalicə alan xəstələr üçün bu qadağa praktik problemlər yaradır.

Bu qadağadan sonra yüzlərlə tibb bacısı artıq evlərdə tibbi müdaxilədən imtina edib, binalarda divara vurulan tibb bacısı elanları isə yığışdırılıb.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Evdə inyeksiya qadağası: Xəstələr üçün həyati çətinlik, yoxsa təhlükəsizlik tədbiri?

"Səhiyyə müəssisələrində mümkündür"

TƏBİB-dən verilən məlumata görə, tibb bacılarının ev şəraitində inyeksiya və digər invaziv tibbi müdaxilələri həyata keçirməsi ilə bağlı məhdudiyyətlər səhiyyə sahəsində mövcud olan ümumi normativ-hüquqi çərçivədən irəli gəlir:

"Əsas məqsəd ev şəraitində tibbi müdaxilələr zamanı yarana biləcək risklərin - xüsusilə anafilaktik şok, kəskin allergik reaksiyalar, infeksiya və digər ağırlaşmaların qarşısının alınması, həmçinin pasiyent təhlükəsizliyinin təmin edilməsidir. Ambulator xəstələr üçün inyeksiyalar yalnız həkim tərəfindən verilmiş rəsmi tibbi təyinat əsasında həyata keçirilə bilər. Bu prosedurlar dövlət və ya özəl səhiyyə müəssisələrində - poliklinikalarda, ailə sağlamlıq mərkəzlərində, ambulator-prosedur otaqlarında, kənd həkim məntəqələrində və digər uyğun tibbi strukturlarda icra olunur. İnyeksiyanın icrası müvafiq ixtisaslı orta tibb işçiləri (tibb bacısı, feldşer) tərəfindən, müəyyən edilmiş tibbi standartlara, sanitariya-gigiyena və təhlükəsizlik qaydalarına uyğun şəkildə həyata keçirilir. Tibbi praktikada inyeksiya prosedurları zamanı aseptika, antiseptika və pasiyentin ümumi vəziyyətinin qiymətləndirilməsi vacib şərtlər hesab olunur. Bu tələblərin tam təmin edilməsi isə səhiyyə müəssisələrində mümkündür".

Evdə inyeksiya qadağası: Xəstələr üçün həyati çətinlik, yoxsa təhlükəsizlik tədbiri?

"Burada səhiyyə infrastrukturunun səviyyəsi bərabər deyil"

"Region və kənd yerlərində bu qərarın icrası üçün mövcud infrastruktur kifayət edirmi?" sualına gəldikdə, qurumdan bildirilib ki, regionlar və xüsusilə kənd yerləri üzrə səhiyyə infrastrukturunun səviyyəsi bərabər deyil:

"Bəzi yaşayış məntəqələrində prosedur otaqlarının, ambulator mərkəzlərin və ya tibb məntəqələrinin əlçatanlığı məhdud ola bilər. Bu isə praktiki baxımdan əlavə çətinliklər yaradır".

TƏBİB-dən bildirilib ki, tibbi baxımdan hərəkət qabiliyyəti məhdud və xroniki xəstələrdə belə invaziv müdaxilələrin ev şəraitində icrası xüsusi risk qiymətləndirilməsi aparılmadan məqsədəuyğun hesab edilmir.

"Tibb bacısının evdə xidmət göstərməsi zəruridir"

Adının açıqlanmasını istəməyən, 30 illik iş təcrübəsi olan tibb bacısı bildirir ki, TƏBİB-in bu qərarında mütləq düzəlişlər olmalıdır:

"Bəziləri yataq xəstəsidir və iynə üçün xəstəxanaya getməsi praktiki olaraq mümkün deyil. İnsanlar hər inyeksiya üçün xəstəxanaya üz tutmalıdırlar? Xəstəxana bu qədər insanı qarşılaya biləcəkmi? Bəzi xəstələr lift olmadan, çətinliklə hərəkət edirlər. O xəstələr gündə iki dəfə necə tibb müəssisəsinə gedə bilərlər? Bu baxımdan, tibb bacısının evə gedib xidmət göstərməsi həm praktik, həm də zəruridir".

"Qərara dəyişiklik edilməlidir"

Həmsöhbətimiz deyir ki, əgər tibb bacısı savadlı, sertifikatlı və dövlət xəstəxanasında işləyirsə, müəyyən protokollar əsasında evdə xidmət göstərə bilər:

"Təcrübəmdə elə xəstələr olub ki, əməliyyatdan sonra inyeksiyaları gecə saat 3-də lazım olurdu. Xəstəxanada tibb bacısı var, amma xəstə evə yazıldıqda həmin inyeksiyanı kim vuracaq? Əgər yaxınlıqda sertifikatlı tibb bacısı varsa, niyə ona xidmət göstərməyə icazə verilməsin? Əməliyyat olunmuş xəstə gecə saat 3-də yenidən xəstəxanaya getməlidir?"

Evdə inyeksiya qadağası: Xəstələr üçün həyati çətinlik, yoxsa təhlükəsizlik tədbiri?

"Məqsəd pasiyent təhlükəsizliyini qorumaqdır"

Deputat Müşfiq Məmmədli bildirib ki, qadağanın mahiyyəti ev şəraitində qeyri-rəsmi tibbi müdaxilələrin (iynə, sistem və s.) riskli olması ilə bağlıdır:

"Evdə tibb bacısı xidmətinə qoyulan qadağanın əsas səbəbləri arasında sterillik və infeksiya riski, anafilaktik şok kimi ciddi fəsadlar zamanı təcili yardım imkanının olmaması və tibbi sənədləşmənin qeyri-müəyyənliyi göstərilir. Yəni məqsəd cəzalandırmaq deyil, pasiyent təhlükəsizliyini qorumaqdır".

Cəzalandırma mexanizminə gəldikdə isə, deputat vurğulayıb ki, hazırda açıq mənbələrdə "evdə iynə vurduğuna görə konkret cərimə" tətbiqi barədə mexanizm yoxdur. Praktikada belə hallar "Lisenziyasız tibbi fəaliyyət" və ya "Sanitar-epidemioloji qaydaların pozulması" maddələri çərçivəsində qiymətləndirilə bilər ki, xəbərdarlıqdan cəriməyə qədər dəyişir.

"Ən böyük problem kənd və qəsəbələrdədir"

M.Məmmədli bildirib ki, bu qərarla bağlı ən böyük problem bəzi kənd və qəsəbələrdə tibb məntəqəsinin olmamasıdır:

"Olan yerlərdə isə iş saatları məhduddur. Yataq xəstələri, yaşlılar, əlillər üçün ora getmək faktiki mümkün deyil. Bu reallıqda "evə tibb bacısı gəlməsin" demək alternativ təqdim olunmadan sosial gərginlik yaradır. Qadağa ilə yanaşı mexanizmlər qurulmalıdır. Məsələn, ailə sağlamlıq mərkəzləri və poliklinikalar yanında evdə xidmət qrupları yaradılmalıdır. Tibb bacısı qurum adından və qeydiyyatla getməlidir. Həkim arayışı olan pasiyentlər üçün evdə inyeksiya istisna hal kimi qanuniləşdirilməlidir. "103" və ya "TƏBİB xətti" üzərindən planlı (təcili olmayan) evdə iynəvurma xidməti fəaliyyət göstərməlidir".

Evdə inyeksiya qadağası: Xəstələr üçün həyati çətinlik, yoxsa təhlükəsizlik tədbiri?

"Bu müdaxilələr klinik şəraitdə icra olunmalıdır"

Sosial ekspert İlqar Hüseynli deyib ki, dünyada bu cür müdaxilələr yalnız rəsmi, protokollu və klinik şəraitdə icra olunur:

"Məsələn, Almaniyada xüsusi təlim keçmiş tibb bacıları tam təchiz olunmuş nəqliyyat vasitələri ilə kənd və ucqar bölgələrdə belə təhlükəsiz xidmət göstərirlər. Azərbaycanda isə mərkəzləşdirilmiş belə sistemlər olmadığından evdə inyeksiya ciddi tibbi risk daşıyır".

Məlumat üçün bildirək ki, tibb müəssisəsindən kənarda tibbi xidmətin göstərilməsi Təcili və Təxirəsalınmaz Tibbi Yardım (TTTY) və İlkin Səhiyyə Xidməti (İSX) çərçivəsində mümkündür. Tibb bacısının həkimin müşahidəsi altında lazımi şərait olduqda evdə inyeksiyanı icra etməsi qanunvericiliklə məhdudlaşdırılmır.

Bəs xarici təcrübə nə deyir?

Böyük Britaniya, Almaniya, Fransa, İsveç və digər Avropa ölkələrində evdə tibbi xidmətlər (home care) geniş yayılıb. Ev şəraitində inyeksiya yalnız tibb bacısı və ya evdə xidmət göstərən həkim nəzarəti altında icra olunur. Evdə xidmətlər üçün rəsmi qaydalar və protokollar mövcuddur: tibb bacısının lazımlı avadanlıqları olmalı, fövqəladə vəziyyətlər üçün təcili yardım çağırışı mümkün olmalıdır. Bu xidmətlər ya dövlət tərəfindən, ya da sığorta çərçivəsində ödənilir, vətəndaşın şəxsi təhlükəsizliyi ön plandadır.

Evdə xidmətin olmadığı və ya qadağan edildiyi ölkələrdə, bu boşluğu kompensasiya etmək üçün regionlarda ambulator xidmətlər və mobil tibbi qruplar mövcuddur. Evdə inyeksiyanın qadağan edilməsi nadir hallarda olur və adətən risklərin çox yüksək olduğu yerlərdə tətbiq edilir.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 643   Tarix: 17 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ağıl dişlərinin zəka ilə əlaqəsi - Onlar nə üçün lazımdır?

Bu gün gənclər arasında ən çox edilən stomatoloji əməliyyatlardan biri ağıl dişlərinin çıxarılmasıdır. Halbuki bu dişlər bir vaxtlar insanın sağ qalması üçün vacib rol oynayıb. bu barədə xarici mediaya istinadla xəbər verir. Ağıl dişləri əvvəllər nə üçün lazım idi?. Mütəxəssislərin, o cümlədən Forbe

26 aprel
.

Maksimum lif verən 1 nömrəli səhər yeməyini açıqlandı

Yulafdan əlavə, liflə zəngin və asan hazırlanan başqa bir səhər yeməyi də var - çia toxumu pudinqi. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" platformasında qeyd edilir. Qeyd olunur ki, bu yemək yalnız bir neçə inqrediyentdən ibarətdir və onun dadını şəxsi zövqə uyğun dəyişmək mümkündür

27 aprel
.

Bəzi qadınlar niyə vaxtından əvvəl qocalır? - Gəncliyi oğurlayan 10 vərdiş

Həyat boyu qadınlar bir çox çətinliklərlə üzləşirlər. Bu zaman özünə qayğı çox vaxt prioritet olmur. Onlar ailənin təhlükəsizliyi və xoşbəxtliyi barədə özlərindən daha çox düşünə bilirlər və bu da orqanizmə mənfi təsir göstərərək daha sürətli qocalmaya səbəb ola bilər. Qaynarinfo xəvbər verir ki, b

30 aprel
.

Açıq şəraitdə satışa çıxarılan qidalar - Xəstəlik riski yüksəkdir

Açıq şəraitdə satışa çıxarılan qidalar hər zaman sağlam hesab olunmur. Türkiyə mətbuatına istinadla xəbər verir ki, qida təhlükəsizliyində əsas rol məhsulun istehsal və saxlanma şəraitinə aiddir. Açıq şəkildə satılan məhsullar çox vaxt nəzarət və qeydiyyat sistemindən kənarda qalır. Bu isə onların istehsa

18 aprel
.

Hansı şəxslərə idman etmək olmaz? - Həkimlər xəbərdarlıq edir

Mütəxəssislər bəzi hallarda fiziki aktivliyin sağlamlıq üçün riskli ola biləcəyini bildirir. Hipertoniya xəstəliyi nəzarətsiz olan şəxslərə ağır idman tövsiyə edilmir. Xüsusilə təzyiq kəskin yüksəldikdə məşq təhlükəli sayılır. xəbər verir ki, aşağıdakı hallarda idman məhdudlaşdırılmalıdır:. -ciddi ürək-dama

13 aprel
.

İki peşə üzrə çalışan insanların Altsheymer xəstəliyinə tutulma riski ən aşağıdır

Əksər insanlar uzun və sağlam ömür üçün düzgün qidalanma və idmanı əsas hesab edir. Lakin araşdırmalar göstərir ki, digər amillər, o cümlədən peşə fəaliyyəti də beyin sağlamlığına təsir edə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Your Tango" yazır. Yeni tədqiqatlara əsasən, iki konkre

17 aprel
.

​Çia toxumunun faydaları: sağlamlıq üçün güclü dəstək

Son illərdə sağlam qidalanmaya marağın artması ilə çia toxumu da gündəlik rasionlarda geniş istifadə olunmağa başlayıb. xəbər verir ki, kiçik ölçüsünə baxmayaraq, bu toxumlar orqanizm üçün olduqca zəngin və faydalı qida mənbəyi hesab olunur. Çia toxumu lif, protein, omega-3 yağ turşuları və müxtəli

12 aprel
.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır. xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasını itirməsi nəticəsində qanın ürəyə qayıtmasının çətinləşməsidir. Gün boyu ayaqlard

26 aprel
.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqda həyati təhlükə yarada bilər. Həkimlərin sözlərinə görə, bu infeksiya dərialt

25 aprel