"Azərbaycanda konflikt jurnalistikasına heç vaxt sistemli və davamlı diqqət göstərilməyib" - SƏXAVƏT MƏMMƏD

"Azərbaycanda konflikt jurnalistikasına heç vaxt sistemli və davamlı diqqət göstərilməyib" - SƏXAVƏT MƏMMƏDMüasir dünyada münaqişələr artıq yalnız cəbhə xəttində deyil, informasiya məkanında da gedir. Bu mübarizədə isə ən önəmli fiqurlardan biri konflikt jurnalistləridir. Onlar yalnız hadisəni çatdıran deyil, eyni zamanda tarixin canlı şahidləri, ictimai yaddaşın daşıyıcılarıdır.

Müharibələr, regional gərginliklər və geosiyasi toqquşmalar fonunda konflikt jurnalistikası peşə seçimi yox, zərurətə çevrilir. Xüsusilə də onilliklər boyu müharibə şəraitində yaşamış, mürəkkəb və riskli bir regionda yerləşən Azərbaycan üçün bu sahənin əhəmiyyəti danılmazdır.

Bəs görəsən Azərbaycanda konflikt jurnalistika nə qədər inkişaf edib?

Hərbi jurnalist Səxavət Məmməd bu barədə Sonxeber.az -a danışıb:

"Azərbaycanda konflikt jurnalistikasına heç vaxt sistemli və davamlı diqqətin göstərildiyini müşahidə etməmişəm. Yalnız bir-iki qeyri-hökumət təşkilatının layihələri çərçivəsində bu istiqamətdə müəyyən təlimlər keçirilib. Ancaq bunlar heç vaxt kifayət etməyib. Bəzi jurnalistlər isə yalnız fərdi təşəbbüslə özlərini inkişaf etdirməyə çalışırlar: öz imkanları hesabına münaqişə bölgələrinə gedir, konflikt jurnalistikası ilə bağlı kurs və təlimlərdə iştirak edir, bu sahədə nəsə öyrənməyə cəhd göstərirlər.

Nəzərə almaq lazımdır ki, Azərbaycan 30 ilə yaxın müddətdə faktiki müharibə şəraitində yaşayıb. Regionumuz isə ümumilikdə son dərəcə həssas və təhlükəli coğrafiyadır. Bir tərəfdə İran, digər tərəfdə Rusiya kimi güclü və təsirli dövlətlər yerləşir. Reallıq ondan ibarətdir ki, hətta Ermənistan-Azərbaycan müharibəsinin taleyi belə bu dövlətlərin regional maraqlarından asılı olub və bu asılılıq hələ də qalmaqdadır. Bu dövlətlər bölgədə konflikt istədikləri anda, bu, baş verə bilər.

Bütün bunları nəzərə aldıqda, Azərbaycana peşəkar konflikt jurnalistlərinin nə qədər vacib olduğu aydın görünür. Amma bu istiqamətdə real və məqsədyönlü addımlar atılmır. Bəzən xaricdən hansısa ekspertlər, konflikt jurnalistləri dəvət olunur, qısa müddətli təlimlər təşkil edilir. Lakin üç-beş günlük təlimlə bu sahəni mənimsəmək mümkün deyil və bu cür yanaşmalar real nəticə də verə bilməz.

Konflikt jurnalistikası yalnız nəzəri biliklərlə öyrənilən sahə deyil. Burada əsas məsələ praktikadır. Bəs praktika harada qazanılır? Sahədə. Sahə haradır? Dünyada saysız-hesabsız münaqişə zonaları var. Dövlət və qurumlar isə çox vaxt jurnalisti həmin ərazilərə göndərməyin onun həyatını təhlükəyə atmaq olduğunu əsas gətirirlər. Halbuki reallıq fərqlidir. Məsələn, Rusiya-Ukrayna müharibəsi zamanı neçə-neçə jurnalist hadisələri işıqlandırarkən həyatını itirdi. Buna baxmayaraq, Avropanın aparıcı media qurumlarının əməkdaşları sahədə işləməkdə davam etdilər. Çünki bu sahə, acı da olsa, müəyyən itkilər bahasına inkişaf edir".

Ekspert bildirir ki, ölkədə bu sahəyə demək olar ki,maliyyə ayrılmır:

"Burada Azərbaycan mətbuatının da ciddi məsuliyyəti var. Məsələn, sabah desəm ki, Suriyada baş verən prosesləri işıqlandırmaq üçün gedirəm, hansı media qurumu buna görə qonorar ödəyəcək? Hansı qurum oradan göndərilən materiallara real dəyər verəcək? Maddi və mənəvi baxımdan konflikt jurnalistikası demək olar ki, sahibsiz qalıb.

İstəsək də, istəməsək də konflikt jurnalistikası bizə hər zaman lazım olacaq. Ona görə də bu məsələyə ciddi yanaşmaq, bu sahəni prioritetə çevirmək vacibdir. Azərbaycanda haradan başlamaq olar - bunu dəqiq demək çətindir. Amma bu sahəyə illərini vermiş, real təcrübəsi olan insanlar var. Mən özüm də ağlım kəsəndən bu sahənin içindəyəm və heç kəs deyə bilməz ki, bizi kimsə bu sahəyə gətirib, əlimizdən tutub yol göstərib.

Məsələn, dəfələrlə istəmişəm ki, həm Rusiya, həm də Ukrayna tərəfinə gedim. Bu hadisələri niyə yalnız xarici mediadan izləməliyik? Azərbaycan mediasının özü də bu məsələdə maraqlı olmalıdır. Təəssüf ki, belə deyil. Bu sahə faktiki olaraq kənarda qalıb. Biz, azərbaycanlı jurnalistlər informasiyanı sahədə olan xarici jurnalistlərdən alır, onların çəkdiklərini təhlil edirik. Bu isə normal yanaşma deyil. Bu sahənin adamları birbaşa sahədə olmalıdır.

"Azərbaycanda konflikt jurnalistikasına heç vaxt sistemli və davamlı diqqət göstərilməyib" - SƏXAVƏT MƏMMƏDÖlkədə konflikt junalistlərin təhlükəsizliyi nə dərəcədə təmin edilir?

"Televiziya kanalları və media qurumları adətən yalnız hadisə başlayan anda əməkdaşlarını əraziyə göndərir, bir neçə gün sonra isə geri çağırırlar. Bu yanaşma ilə bu sahəni inkişaf etdirmək mümkün deyil. Konflikt jurnalistikasında ənənə formalaşdırmaq və bu ənənəni davamlı şəkildə inkişaf etdirmək lazımdır.

Ən vacib məsələlərdən biri də təhlükəsizlik və sığortadır. Məsələn, bir amerikalı jurnalist münaqişə zonasına gedəndə onun sığortası bəzən 500 min dollara qədər olur. Bəs bizdə necədir? Azərbaycanlı jurnalistin hansı sığortası var? Təəssüf ki, bu barədə nə sistemli məlumat var, nə də real mexanizm.

Bütün bunlar göstərir ki, konflikt jurnalistikası Azərbaycanda hələ də lazımi qiymətini almayıb. Halbuki bu sahə nə qədər gec inkişaf etdirilərsə, gələcəkdə onun boşluğu bir o qədər ağır hiss olunacaq".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 888   Tarix: 23 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Misir Cumail oğlu Mərdanov "Şərəf" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama görə, o, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə "Şərəf"

2 oktyabr
.

Prezident dərman istehsalı müəssisəsinin açılışında - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Pirallahı Sənaye Parkında "Gen Pharma Caucasus Manufacturing Operations" MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına sənaye zonalar

5 oktyabr
.

YAP qurultayında yeni dövrün siyasi xəritəsi çəkildi

Azərbaycanın siyasi həyatında mühüm hadisələrdən biri baş verdi. Hakim Yeni Azərbaycan Partiyasının sayca VII qurultayı keçirildi. Prezident İlham Əliyevin çıxışı təkcə partiyanın qarşıdakı fəaliyyətinə deyil, Azərbaycanın daxili və xarici siyasətinin əsas istiqamətlərinə dair mühüm mesajlarla yadd

3 oktyabr
.

YAP-ın VIII Qurultayından əsas mesajlar

"Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident, YAP-ın Sədri İlham Əliyevin çıxışı Azərbaycanın son illərdə keçdiyi inkişaf yolunun nəticələri ilə qarşıdakı dövrün əsas vəzifələrinin vahid strateji xətt üzrə təqdim olunması baxımından diqqət çəkir. Qurultayın Azərbaycanın ərazi bütövlüyünü

3 oktyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyev Mərkəzində baş tutan Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultaydakı çıxışı ilə bağlı videoçarx paylaşılıb. xəbər verir ki, paylaşımda dövlət başçısının fikirləri yer alıb:. "Siyasətdə emosiyalara ye

4 oktyabr
.

Azərbaycan yaşıl enerji layihələrini genişləndirərək dayanıqlı enerji siyasətini gücləndirir

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında Azərbaycanın bütün əsas enerji resurslarını istehsal, hasil və ixrac edən nadir ölkələrdən biri olduğunu vurğulaması ölkəmizin enerji potensialının miqyasını aydın şəkildə göstərir. Bu gün Azərbaycan yalnız neft və qaz ixrac edə

3 oktyabr
.

Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir

ABŞ-İran qarşıdurması fonunda Vaşinqtonun Yaxın Şərqdə hərbi hazırlıqlarını artırdığı barədə yeni məlumatlar yayılıb. Prezident Donald Tramp noyabrda keçiriləcək aralıq seçkilərindən sonra İrana qarşı zərbələrin yenidən gücləndirilə biləcəyini bildirib. Bunun ardınca Axios ABŞ-ın Səudiyyə Ərəbistan

2 oktyabr
.

İlham Əliyev: "Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın"

"Ölkə daxilində hər hansı risklər mövcud deyil - nə fiziki risklər, nə ideoloji risklər, nə hansısa başqa. Bütün risklər hüdudlarımızın kənarında formalaşır". xəbər verir ki, bunu bu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Azərbayca

2 oktyabr
.

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizeri qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanda cüdonun inkişafına, həmçinin Bakıda bu idman növü üzrə dünya çempionatının keçirilməsin

3 oktyabr