Məişət zorakılığı niyə azalmaq əvəzinə artır? - ARAŞDIRMA

Məişət zorakılığı niyə azalmaq əvəzinə artır? - ARAŞDIRMAƏvvəlki illərlə müqayisədə son illərdə məişət zorakılığı halları artmaqda davam edir. Belə ki, rəsmi statistikaya görə, 2024-cü ildə 1 022, 2025-ci ildə isə 1 137 nəfərdə məişət zorakılığı halları qeydə alınıb. Qeyd etmək lazımdır ki, bu yalnız rəsmi şəkildə bildirilən hadisələrin sayıdır və reallıqda bu rəqəmlər daha yüksək ola bilər. Məişət zorakılığının artmasının başlıca səbəbləri nələrdir və bu halların qarşısını almaq üçün hansı psixoloji və sosial müdaxilələr effektiv ola bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan psixoloq Samirə Bağırova açıqlamasında qeyd edib ki, məişət zorakılığının artmasının əsas psixoloji səbəbləri müxtəlif amillərlə bağlıdır:

Məişət zorakılığı niyə azalmaq əvəzinə artır? - ARAŞDIRMA"Bu, insanın qəzəb, qısqanclıq, qorxu və nəzarət ehtiyacını sağlam şəkildə idarə etməyi bacarmadığını göstərir. Hər hansı stres anında emosiyalar nəzarətdən çıxaraq zorakı davranışa yönələ bilər.

Səbəblərdən biri uşaqlıq travmaları ilə əlaqəli ola bilər. Zorakılığa məruz qalan uşaq böyüdükdə bunu "normal münasibət forması" kimi qəbul edib təkrarlaya bilər. Beyin nəyi öyrənir və nəyi görürsə, onu da tətbiq edir.

Digər səbəblərdən biri qarşı tərəf üzərində hakimiyyət qurmaq istəyidir. Yəni insan nəzarəti əldə saxlamaq, qarşı tərəfi özünə tabe etdirmək üçün zorakı davranış nümayiş etdirə bilər. Adətən daxildə özünü zəif hiss edən insanlar qarşı tərəfi sıxışdıraraq "üstünlük hissi" qazanmağa çalışırlar.

Zərərli vərdişlərə və asılılıqlara (alkoqol və narkotik maddə istifadəsi) meyillilik də zorakılığa səbəb ola bilir. Bəzən isə uzunmüddətli ailə problemləri, maddi gərginlik və ya sosial təcrid, evə qapanma halları bu davranışların yaranmasına zəmin yaradır".

Psixoloq qeyd edib ki, məişət zorakılığının qarşısının alınması üçün maarifləndirmə kampaniyalarının keçirilməsi vacibdir:

"Bu kampaniyalar zorakılığın "ailədaxili məsələ" deyil, ciddi hüquq pozuntusu olduğu mesajını cəmiyyətə çatdırmalıdır. Məktəblərdə emosional savadlılıq və psixoloji bilikləri əhatə edən fənnin yaradılması da mühüm addım ola bilər.

Düşünürəm ki, ümumiyyətlə, təhsil proqramlarına psixoloji savadlanma fənni və ya modul kimi daxil edilməlidir. Bu, insanların erkən yaşlardan emosiyalarını tanımasına, sağlam ünsiyyət qurmasına, münaqişələri zorakılığa yol vermədən həll etməsinə və şəxsi sərhədləri qorumağı öyrənməsinə kömək edər. Belə biliklər gələcəkdə həm ailədaxili münasibətlərin sağlam qurulmasına, həm də cəmiyyətdə zorakılıq hallarının azalmasına real təsir göstərə bilər".

Mövzuya sosial aspektdən yanaşan sosioloq Yusif Nəbiyev Sonxeber.az-a açıqlamasında qeyd edib ki, məişət zorakılığının əsas səbəbləri arasında iqtisadi gərginlik, işsizlik, sosial status itkisi və patriarxal güc münasibətləri dayanır:

Məişət zorakılığı niyə azalmaq əvəzinə artır? - ARAŞDIRMA"Rəsmi statistikanın artımı iki şeyi eyni anda göstərir: həm zorakılığın real miqyasını, həm də cəmiyyətin bunu artıq bir az daha çox "deməyə başlamasını". İohan Qaltunqun məşhur "struktur zorakılıq" anlayışına əsasən, zorakılıq təkcə fərdin aqressiyası deyil, həm də onu istehsal edən sosial-iqtisadi mühitin nəticəsidir. Sadə dillə desək, təzyiq altında qalmış həyat, öz həyatına nəzarət və idarə ehtiyacı və eyni zamanda öyrənilmiş şiddət dili bir yerə yığılır və nəticə olaraq da partlayır.

Digər mühüm məsələ isə normallaşdırmadır. Cəmiyyət bəzi davranışları "ailədaxili məsələdir" adı ilə legitimləşdirəndə, zorakılıq görünməz hala gəlir. Bu səbəbdən rəsmi rəqəmlər həmişə reallığın yalnız görünən hissəsidir. Qurbanlar utanc, qorxu, iqtisadi asılılıq və "ayıb olar" düşüncəsi ilə susdurulur ya da susmağı seçirlər. Təəccüblü və kədərli olanı isə budur ki, zorakılıq baş verəndə bu "şəxsi məsələdir", buna "qarışmaq olmaz" amma faciə ortaya çıxanda hamı təəccüblənir, hamı fikir bildirir, hamı məsələyə necəsə daxil olur".

Sosioloq onu da vurğuladı ki, bu vəziyyətin qarşısının alınması üçün müdaxilə təkcə cəza ilə məhdudlaşmamalıdır:

"Effektiv yanaşma psixoloji dəstək, erkən maarifləndirmə, ailə münasibətləri üzrə icma əsaslı proqramlar və real olaraq işləyən reabilitasiya modelləridir. Düşünürəm ki, problemi yalnız pis insanlara bağlamaq yox, onu yaradan sosial strukturları dəyişmək lazımdır. Əks halda, statistika artmağa davam edəcək və biz də hər il yeni amma eyni statistika üzərində fikir alış-verişi və müzakirələrə davam edəcəyik".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 734   Tarix: 04 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto

DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə

2 noyabr
.

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı

1 noyabr
.

Azərbaycanda aliment artırılacaq

2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı

1 noyabr
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

1 noyabr
.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr
.

Göbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA

Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə

2 noyabr
.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr