Bu məktəblərdə təhsil haqqı YÜKSƏKDİR: Səbəb nədir? - AÇIQLAMA
Özəl məktəblərdə təhsil haqlarının yüksək olması əsasən müəllim heyəti, məktəbin maddi-texniki imkanları, beynəlxalq və əlavə tədris proqramları, nəqliyyat, qidalanma və digər xidmətlərlə əlaqələndirilir. Azərbaycanda özəl məktəblərin illik təhsil haqları məktəbdən məktəbə ciddi şəkildə dəyişir və bəzi müəssisələrdə kifayət qədər yüksək məbləğlərə çatır.
Bəs, özəl məktəblərdə yüksək təhsil haqqını formalaşdıran əsas amillər hansılardır, bu məbləğ müəllimlərin əməkhaqqı, maddi-texniki baza və əlavə xidmətlərin keyfiyyəti ilə nə dərəcədə əsaslandırılır və valideyn ödədiyi yüksək məbləğin qarşılığında hansı təhsil keyfiyyətini gözləməlidir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, özəl təhsil müəssisələri ilə bağlı bu kimi məsələlər hər il sentyabr ayında gündəmə gəlir.
"Azərbaycanda özəl təhsil müəssisələrinin təhsil haqları əhalinin aşağı gəlirli təbəqəsi üçün əlçatan deyil. Bu müəssisələrdə əsasən orta və yuxarı gəlirli ailələrin övladları təhsil alırlar. Hazırda özəl təhsil müəssisələri arasında da ciddi qiymət fərqləri mövcuddur. Təhsil haqları təxminən 7-8 min manatdan başlayaraq 50 min manatadək dəyişir. Daha yüksək imkanlara malik ailələr övladlarını prestijli liseylərdə, xüsusilə xarici universitetlərə qəbul üçün xüsusi proqramlar üzrə təhsil almağa yönləndirirlər. Bununla yanaşı, yerli kurikulum, MBA, Cambridge və SAT hazırlığı kimi proqramlar üzrə təhsil verən özəl müəssisələr də fəaliyyət göstərir".
Ekspert bildirib ki, özəl məktəblərdə təhsil haqlarının valideynlər üçün nə dərəcədə adekvat olması qiymətləndirilərkən bir sıra amillər nəzərə alınmalıdır:
"Buraya şagirdlərin təhlükəsizliyi, qidalanması, tədrisin təşkili və siniflərdə şagird sayının az olması daxildir. Məsələn, bəzi məktəblərdə bir sinifdə 12-15 şagird təhsil alır. Digər tərəfdən, özəl məktəblərdə əlavə məşğələlərin də təşkil olunması şagirdlərin repetitor yanına getmək ehtiyacını azalda bilər. Şagirdlər gün ərzində məktəbdə həm əsas dərslərdə iştirak edir, həm də əlavə məşğələlərə cəlb olunurlar. Təcrübə göstərir ki, özəl liseylərin məzunları qəbul imtahanlarında yüksək nəticələr göstərə bilirlər. Bu baxımdan bəzi valideynlər məktəbə ödədikləri təhsil haqqını əlavə repetitor xərcləri ilə müqayisə edirlər. Onlar hesab edirlər ki, həmin vəsaiti özəl məktəbə ödəməklə övladlarının həm təhlükəsizliyini, həm də əlavə hazırlıq imkanlarını təmin etmək mümkündür".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Professor Adilə Abbasova vəfat etdi
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Prezident onları təltif etdi - Adlar
Ən faydalı və ən zərərli balıq növləri
Məktəblərdə mühafizəçi ştatı niyə yaradılmır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA
"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV
Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA
WhatsApp hesabları necə ələ keçirilə bilər və vətəndaşlar özlərini necə qorumalıdırlar? - AÇIQLAMA
Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya