"Münhen Təhlükəsizlik Konfransı Azərbaycanın beynəlxalq sistemdə daha təsirli aktor kimi çıxış etdiyini ortaya qoydu" - DEPUTAT

"Münhen Təhlükəsizlik Konfransı Azərbaycanın beynəlxalq sistemdə daha təsirli aktor kimi çıxış etdiyini ortaya qoydu" - DEPUTAT"Münhen Təhlükəsizlik Konfransı (MTK) artıq təkcə təhlükəsizlik müzakirələrinin aparıldığı platforma deyil, həm də qlobal güc balansının, yeni siyasi narrativlərin və dövlətlərin mövqelərini açıq şəkildə nümayiş etdirdiyi əsas diplomatik səhnələrdən biridir. 2026-cı il Konfransının "Dağıdıcı siyasət dövrü - beynəlxalq nizama çağırışlar" mövzusu əslində mövcud beynəlxalq sistemin dərin böhran içində olduğunu təsdiqləyir. Qaydaların aşındığı, güc siyasətinin normativ diplomatiyanı sıxışdırdığı bir mərhələdə dövlətlər artıq daha açıq və prinsipial mövqelər sərgiləməyə məcburdurlar".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakı və xüsusilə France 24 kanalına verdiyi müsahibə siyasi baxımdan çoxölçülü əhəmiyyət daşıyır:

"Birincisi, Azərbaycan liderinin alicənablığıdır ki, adətən ölkəmizə qarşı qərəzli mövqe tutmuş Fransa mediasında öz baxışlarını birbaşa beynəlxalq auditoriyaya çatdırdı. Bu, həm də informasiya müharibəsində diplomatik üstünlükdür.
Dövlət Başçımızın müharibə cinayətləri ilə bağlı Azərbaycanın məhkəmə prosesini Nürnberq ilə müqayisə etməsi hüquqi və tarixi arqumentlərə söykənən güclü siyasi mesaj idi. Burada əsas narrativ ondan ibarətdir ki, ədalət və hüquq prinsipləri selektiv yanaşma ilə tətbiq oluna bilməz. Açıq məhkəmə, beynəlxalq müşahidə imkanları və hüquqi təminatlar - Azərbaycan beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək müharibə caniləri üçün lazımi şərait yaratmışdı. Lakin onları azad etmək Nürnberq prosesindəki faşistləri azad etmək kimidir, hətta daha pisdir.
ABŞ Vitse-prezidenti Ceyms D. Vens ölkəyə səfəri zamanı bu məsələni qaldırdı, ancaq ona Azərbaycanın haqlı mövqeyi izah olundu. Bəli, Azərbaycan ABŞ-dan istədiyi hər şeyi aldı, ancaq bu məsələdə prinsipiallıq qorundu. Budur, İlham Əliyev diplomatiyasının gücü - ABŞ kimi lider ölkə ilə sövdələşmədə belə müvəffəqiyyətlə milli maraqlarımız naminə strateji, gələcəyə-yönəli, düşünülmüş addımlar atır.
Qarabağdan köçən ermənilərin qayıdışı məsələsində Prezidentin mövqeyi balanslı və qarşılıqlı yanaşmaya əsaslanır. Qayıdış hüququna Azərbaycanın universal hüquq kimi yanaşması kontekstində - yüz minlərlə Qərbi azərbaycanlıların taleyinin cənab Prezident tərəfindən gündəmə gətirilməsi beynəlxalq diskursda kənarda saxlanılan mühüm bir ədalətsizliyi siyasi paralellərlə ön plana çıxardı. Qarabağdan köçən ermənilərin inteqrasiyası üçün lazımi şərait yaradılsa da, bugünki Ermənistandan zorla deportasiya olunmuş qərbi azərbaycanlılara heç bir hüquq tanınmamaqla yanaşı, onların çoxsaylı müraciətləri Ermənistan hökuməti tərəfindən cavabsız qalıb.
Fransa-Azərbaycan münasibətləri ilə bağlı səsləndirilən arqumentlər isə Parisin ikili standartlarını açıq şəkildə ifşa edir. Fransanın bir tərəfdən Ukrayna və digər ölkələrin ərazi bütövlüyünü müdafiə edib, digər tərəfdən Qarabağda separatizmi dolayısı ilə dəstəkləməsi ikili yanaşmadan xəbər verirdi. Sonda isə münasibətlərin bundan sonrakı taleyi şərh olunur: "Kopenhagendə ötən il Fransa Prezidenti Makronun dəvəti ilə görüş olub. Görüş müsbət keçib. Azərbaycanın da ən son istəyəcəyi hansısa ölkə ilə probleminin olmasıdır. İki tərəf də münasibətlərin normallaşmasına hazırdı. Yaxın gələcəkdə yenidən görüş ola bilər". Rəsmi Bakının normallaşmaya açıq mesajlar verməsi Azərbaycanın konstruktiv və praqmatik diplomatiyasının göstəricisidir".

Deputat onu da vurğuladı ki, Zəngəzur dəhlizi (TRİPP marşrutu) ətrafında aparılan müzakirələr isə Azərbaycanın regional deyil, qitələrarası strateji aktora çevrildiyini təsdiqləyir:

"Marta Kos Avropa İttifaqının bu layihədə maraqlı olduğunu bildirib, Naxçıvanın dəmiryolu layihəsinin texniki-iqtisadi qiymətləndirməsi aparılacaqdır. Bu Çindən başlayaraq Avropayadək uzanan ərazidə bütün coğrafiya boyunca ölkələrin bəhrələnəcəyi bir layihədir.
Nəticə etibarilə, Münhen Təhlükəsizlik Konfransı Azərbaycanın beynəlxalq sistemdə daha açıq, daha prinsipial və daha təsirli aktor kimi çıxış etdiyini ortaya qoydu. İlham Əliyevin diplomatiyası güc, hüquq və praqmatizmin balansına söykənir, bu isə belə çətin geosiyasi dövrdə Azərbaycanın mövqelərini möhkəmləndirən əsas faktordur".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 710   Tarix: 17 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Emoməli Rəhmon Azərbaycana yola düşüb

2026-cı il oktyabrın 14-də Tacikistan Respublikasının rəhbəri Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə toplantısına qatılmaq məqsədilə Azərbaycana yola düşüb. -ın məlumatına görə, bu barədə xəbəri Tacikistan dövlət başçısının mətbuat xidmət

14 oktyabr
.

Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

"Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı deyib. Dövlətimizin başçısı qey

15 oktyabr
.

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi

14 oktyabr
.

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql

14 oktyabr
.

"Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir" - Türkiyədən gələn tənqidlərə REAKSİYA

"Türkiyədən Azərbaycana qarşı yönələn informasiya hücumları, xüsusilə də Nazirlər Kabinetinin son qərarından sonra səsləndirilən açıqlamalar təsadüfi deyil. Bu hücumları iki istiqamətdə qiymətləndirmək olar. Birincisi, uzun müddətdir AKP iqtidarı dövründə Türkiyəyə sızmış və orada möhkəmlənmiş

15 oktyabr
.

Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir

Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind

14 oktyabr
.

"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə

Türkiyə Prezidentinin Ali Məsləhətləşmə Şurasının (Cumhurbaşkanlığı Yüksek İstişare Kurulu) üzvü, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri və keçmiş TBMM sədri Binəli Yıldırım Azərbaycan mediasına müsahibə verib. xəbər verir ki, B.Yıldırım tanınmış jurnalist

14 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətlərinə kölgə salan kampaniyaların pərdəarxası

Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət, milli yaddaş, qarşılıqlı etimad və çətin günlərdə nümayiş etdirilən həmrəylik dayanır. Məhz buna görə də Türkiyənin sosial media məkanında Azərbaycana qarş

15 oktyabr
.

Azərbaycanın Asiya strategiyasında yeni istiqamətlər

Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident

14 oktyabr