ABŞ-Çin münasibətlərində yeni mərhələ: Dünyanı nə gözləyir? - POLİTOLOQDAN AÇIQLAMA
ABŞ ilə Çin arasında münasibətlər son illərdə təkcə iki ölkənin deyil, bütün dünyanın diqqət mərkəzindədir. Ticarət müharibələri, texnologiya sahəsində rəqabət, Tayvan ətrafında artan gərginlik və qlobal təsir uğrunda mübarizə Vaşinqton-Pekin xəttini beynəlxalq gündəmin əsas mövzularından birinə çevirib.
Bu münasibətlərdə atılan hər bir addım dünya iqtisadiyyatına, təhlükəsizlik mühitinə və beynəlxalq siyasətin gələcək istiqamətinə təsir göstərir. Bəs ABŞ-Çin münasibətlərində hazırkı vəziyyət necə qiymətləndirilir və qarşıdakı dövrdə hansı ssenarilər ön plana çıxa bilər?
Mövzu ilə bağlı politoloq Rəsul Tağıyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, ABŞ və Çin arasında münasibətlər artıq yalnız ikitərəfli əlaqələr çərçivəsində qiymətləndirilmir. Söhbət dünyanın iki ən böyük iqtisadi və hərbi gücü arasında strateji rəqabətdən gedir. Onun sözlərinə görə, tərəflər ticarət, süni intellekt, yarımkeçiricilər, hərbi texnologiyalar və Hind-Sakit okean regionunda təsir imkanlarını artırmağa çalışırlar: "Bununla yanaşı, Vaşinqton və Pekin açıq qarşıdurmadan da yayınmağa çalışır. Çünki belə bir ssenari qlobal iqtisadiyyata ciddi zərbə vura, təchizat zəncirlərini poza və maliyyə bazarlarında qeyri-sabitliyi daha da dərinləşdirə bilər. Bu səbəbdən rəqabət davam etsə də, tərəflərin dialoq kanallarını açıq saxlaması beynəlxalq sabitlik baxımından mühüm əhəmiyyət daşıyır.
Yaxın perspektivdə ABŞ-Çin münasibətlərində tam normallaşma gözlənilmir. Əksinə, strateji rəqabət davam edəcək, lakin bunun idarəolunan çərçivədə saxlanılması hər iki tərəfin maraqlarına uyğundur".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 693 Tarix: 05 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr
Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb
17 sentyabr20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən
17 sentyabrRegionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabrPrezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"
"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir
17 sentyabrBu gün ölkəmiz tarixinin ən şanlı mərhələsini yaşayır
2023-cü il sentyabrın 19-da Azərbaycan tarixində yeni bir qəhrəmanlıq səhifəsi yazıldı. Qarabağda hələ də mövcud olan Ermənistan silahlı qüvvələrinin və separatçı dəstələrin törətdiyi təxribatlar Azərbaycanın səbir kasasını daşırmışdı. Məhz bu mərhələdə Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətl
17 sentyabr