Azərbaycan cavab tədbirləri görmək hüququnu özündə saxlayır
Ölkəmiz regionda sabitliyin və təhlükəsizliyin qorunmasına töhfə verən, qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq əsasında münasibətlərin inkişafını təşviq edən siyasət həyata keçirir. Azərbaycan heç vaxt öz ərazisindən hər hansı dövlətə qarşı təhdid mənbəyi kimi istifadə edilməsinə imkan verməmiş, əksinə regionda qarşıdurmaların deyil, əməkdaşlıq və dialoqun tərəfdarı kimi çıxış edib.
İran İslam Respublikası ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları ilə bağlı baş verən hadisə ciddi narahatlıq doğurur. Bu gün günorta saatlarında İran ərazisindən Naxçıvan istiqamətində həyata keçirilmiş dron hücumları nəticəsində bir pilotsuz uçuş aparatı Naxçıvan Muxtar Respublikasının hava limanının terminal binasına, digər dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hadisə nəticəsində hava limanının binasına ziyan dəyib, iki nəfər mülki şəxs xəsarət alıb. Azərbaycan tərəfi mülki infrastruktura və dinc əhaliyə təhlükə yaradan bu hücumu qətiyyətlə pisləyir. Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş bu addım beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipinə zidd olmaqla yanaşı, regionda gərginliyin artmasına xidmət edən ciddi təhlükəli presedentdir. Rəsmi Bakı İran tərəfinin qısa müddət ərzində baş vermiş hadisəyə aydınlıq gətirməsini, bununla bağlı rəsmi izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri və təxirəsalınmaz tədbirlər görməsini tələb edir. Eyni zamanda, Azərbaycan tərəfi beynəlxalq hüquqa uyğun olaraq müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxladığını da bəyan edib.
Azərbaycan hər zaman İran İslam Respublikası ilə qarşılıqlı hörmətə və mehriban qonşuluq münasibətlərinə əsaslanan əlaqələrin inkişafına önəm verib. Tarixi, mədəni və dini bağlarla bağlı olan iki xalq arasında münasibətlərin qarşılıqlı etimad və sabitlik müstəvisində inkişaf etməsi regionun ümumi maraqlarına xidmət edir. Bu baxımdan baş vermiş hadisənin tezliklə obyektiv şəkildə araşdırılması və bu kimi insidentlərin təkrarlanmaması üçün lazımi addımların atılması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın mövqeyi aydındır və prinsipialdır: ölkəmizin ərazisi heç bir halda başqa dövlətlərə qarşı fəaliyyət üçün istifadə edilə bilməz və istifadə olunmur. Azərbaycan dövləti bütün qonşularına qarşı hörmət və mehriban münasibət nümayiş etdirir, regionda gərginliyin artmasına səbəb ola biləcək addımlardan uzaq durur və bu prinsiplərə sadiqliyini daim nümayiş etdirir. Azərbaycanın ərazisindən İran və ümumiyyətlə heç bir ölkə üçün heç vaxt təhlükə olmayıb və yoxdur. Bu prinsip ölkəmizin xarici siyasət kursunun əsasını təşkil edir və bundan sonra da dəyişməz olaraq qalacaqdır.
Metin Hüseynov - siyasi sərhçi, politoloq
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video