Lyuks avtomobili ölən sahibi ilə birlikdə basdırdılar - VİDEO
Çində baş verən qeyri-adi dəfn mərasimi həm yerli, həm də beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurub.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Liaoyang şəhərində qeydə alınıb və qısa müddətdə sosial şəbəkələrdə yayılıb. Çin mediasında yer alan görüntülərdə "8888" nömrə nişanlı 20 milyonluq qara rəngli Mercedes-Benz S450L markalı avtomobilin məzarın yanına endirilərək dəfn edildiyi əks olunub.
Kadrlardan aydın olur ki, sözügedən lüks avtomobil dəfn mərasiminin bir hissəsi kimi torpağa verilib. Bildirilir ki, bu cür hallar Çinin bəzi bölgələrində mövcud olan qədim inanclarla əlaqəlidir. Həmin inanclara görə, dünyasını dəyişən şəxslərin qiymətli əşyalarla birlikdə dəfn olunması "son borc" kimi qəbul edilir.
Ekskavatorla qazılan məzar sahəsinə endirilən avtomobilin üzərinə qırmızı örtük salınaraq mərasimlə torpağa gömülməsi diqqət çəkib. Görüntülərin yayılması ilə hadisə sosial mediada geniş müzakirələrə səbəb olub.
Avtomobildəki "8888" nömrə nişanı isə ən çox müzakirə olunan detallardan biri olub. Çin mədəniyyətində "8" rəqəmi var-dövlət və rifah rəmzi sayılır və bu cür nömrələrin yüksək maddi dəyərə malik olduğu bilinir.
Hadisə cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəzi şəxslər bunu köklü ənənələrin bir hissəsi kimi qiymətləndirsə də, digərləri bu addımı israfçılıq və nümayiş kimi dəyərləndirib.
Hadisədən sonra Liaoyang şəhərinin yerli mülki işlər orqanları araşdırmaya başladığını açıqlayıb. Rəsmilər bu cür tətbiqlərin müasir dövrdə təşviq olunmadığını və "uyğunsuz davranış" kimi qiymətləndirilə biləcəyini bildiriblər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1483 Tarix: 14 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili
Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər
17 sentyabrGözlər insult riskini illər əvvəl xəbər verə bilər - Yeni araşdırma
Gözün tor qişasının skan edilməsi qulaqcıqların fibrilyasiyasını (QF) diaqnoz qoyulmazdan bir neçə il əvvəl müəyyən etməyə və beləliklə, insult riski yüksək olan şəxsləri vaxtında aşkarlamağa imkan verə bilər. London Universitet Kollecinin Oftalmologiya İnstitutunun tədqiqatçıları bu qənaətə gəliblər
17 sentyabrİnşaat işçilərinin iplə yuxarı qaldırılması görüntüləri gündəm oldu - VİDEO
Misirdə çəkildiyi bildirilən görüntülər inşaat sahələrində əməyin mühafizəsi məsələsini yenidən gündəmə gətirib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda çoxmərtəbəli binanın xarici hissəsində çalışan işçilərin təhlükəsizlik avadanlığı əvəzinə, yük qaldırmaq üçün istifadə edilən kəndir sistem
18 sentyabrBaşları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto
ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y
19 sentyabrNeptunun o tayında 27 naməlum obyekt aşkarlandı
"Habbl" və "Ceyms Uebb" kosmik teleskopları daha əvvəl məlum olmayan 27 transneptun obyekti (TNO) - Neptunun orbitindən xeyli uzaqda Günəş ətrafında fırlanan cisim aşkarlayıblar. Onların hər birinin diametri 40 kilometrdən azdır, ən kiçiyinin diametri isə cəmi 10 kilometrdir. xəbə
15 sentyabr84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"
Müasir həyatı elektrik enerjisi, su xətti, soyuducu və internetsiz təsəvvür etmək çoxları üçün çətindir. Lakin 84 yaşlı irlandiyalı Marqaret Qallager bütün ömrünü məhz belə yaşayıb və bu gün də həyatında heç nəyin əskik olmadığını deyir. xarici mediaya istinadən xəbər verir ki, Marqaret İrlandiyanı
14 sentyabr