Vaşinqton hava limanında iki sərnişin təyyarəsi toqquşub

Vaşinqton hava limanında iki sərnişin təyyarəsi toqquşubABŞ-ın paytaxtı Vaşinqtondakı Ronald Reyqan adına Milli Hava Limanında "American Airlines" aviaşirkətinə məxsus iki "Boeing 737" təyyarəsi qanadları ilə bir-birinə toxunub.

Sonxeber.az xəbər verir ki, hadisə noyabrın 27-də axşam saatlarında təyyarələr uçuşa hazırlaşarkən baş verib.

CNN-in məlumatına görə, Dallas istiqamətində hərəkət etməli olan 638 saylı reysin təyyarəsi hərəkət zamanı Çikaqoya uçacaq 2152 saylı reysin təyyarəsinə toxunub. İkinci təyyarə həmin vaxt uçuş növbəsini gözləyirmiş.

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) hadisə nəticəsində xəsarət alan olmadığını açıqlayıb. Toqquşma zamanı təyyarələrdən birinin qanadının yuxarıya doğru əyilən ucluq hissəsi - qanad ucluğu qopub.

Hadisə səbəbindən digər bir təyyarənin enişi dayandırılıb, bir neçə reysin heyətinə mümkün gecikmələr barədə xəbərdarlıq edilib. Qopmuş hissə ərazidən götürüldükdən sonra hər iki təyyarə dayanacağa aparılıb və texniki baxışdan keçirilib.

"American Airlines" sərnişinlərdən yaranan narahatlığa görə üzr istəyib. Hər iki reysin həmin gün daha gec saatlarda həyata keçirilməsi planlaşdırılıb.

ABŞ Federal Aviasiya Administrasiyası hadisə ilə bağlı araşdırmaya başlayıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 212   Tarix: 28 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kreml: Putin və Paşinyan Gümrüdəki Rusiya hərbi bazasının taleyini müzakirə edəcəklər

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan qarşıdakı danışıqlar zamanı Ermənistandakı Rusiya hərbi bazasının məsələsini qaldıracaqlar. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Paşinyanın Rusiyaya səfər

27 noyabr
.

Tramp Çinə qarşı yeni tariflər tətbiq etməyə hazırlaşır - Qlobal ticarətdə gərginlik artır

ABŞ Prezidenti Donald Tramp administrasiyasının Çin mallarına qarşı yeni gömrük tarifləri tətbiq etmək planı Vaşinqton və Pekin arasında ticarət gərginliyini yenidən artırıb. ABŞ hökuməti Çinin dünya bazarındakı iqtisadi təsirini azaltmaq və Amerika istehsalçılarını qorumaq məqsədilə yeni məhdudiyyətlər

26 noyabr
.

Pişiklər zəlzələdən saniyələr əvvəl hərəkətə keçdi

Rumıniyada baş verən zəlzələ zamanı evdəki pişiklərin davranışı marağa səbəb olub. Təhlükəsizlik kamerasına düşən görüntülərdə heyvanların yeraltı təkanlar başlamazdan saniyələr əvvəl hərəkətlənməsi, ardınca evdə yatan insanların da oyanması əks olunub. xəbər verir ki, bu barədə "Haber Global"

27 noyabr
.

Səudiyyə Ərəbistanı Ər-Riyada hücum edən kruiz raketini vurub

Husi mediasının Səudiyyə Ərəbistanının Yəmənə hücumları barədə məlumat verməsindən sonra Səudiyyə Ərəbistanı paytaxt Ər-Riyadı hədəf alan kruiz raketini vurduğunu bildirib. The Times of İsrael-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı koalisiyasının sözçüsü Turki əl-Malki X-də yazıb: "Hav

28 noyabr
.

Vanqanın 2027-ci il proqnozları üzə çıxdı -3 qorxulu iddia

1996-cı ildə vəfat edən bolqar görücü Vanqanın 2027-ci il üçün proqnozlrda Vladimir Putinin hakimiyyətdən gedəcəyi, qızılın bahalaşacağı və dünyada naməlum xəstəliyin yayılacağı iddia olunur. "Yeni Sabah" International Business Times-a istinadla xəbər verir ki, Rusiya Prezidentinə dair hə

27 noyabr
.

İraq ordusu ölkənin şimalında qüvvələrini yenidən dislokasiya edir

İraq ordusu ölkənin bir neçə bölgəsində, o cümlədən Kərkük əyalətində neft və neft məhsullarının qaçaqmalçılığının qarşısını almaq məqsədilə hərbi qüvvələrin dislokasiyasını həyata keçirir. "Report" xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general Yəhya Rəsul "As-Sumaria"

26 noyabr
.

Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ

Bayramların sevilən atributlarından olan Benqal atəşləri (red: qıvılcım çubuğu və ya sparkler) ciddi xəsarətlərə səbəb ola bilər. xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər bu kiçik atəşfəşanlıq verən çubuqların əsas təhlükəsinin ətrafa yayılan yüksək temperaturlu qığılcımlar olduğunu bildiriblər

27 noyabr
.

Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək

2026-cı ildə ilin ən qısa gündüzü dekabrın 21-də müşahidə olunacaq. xəbər verir ki, bu barədə rusiyalı astronom Lyudmila Koşman RİA Novosti-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, dekabrın 21-də qış gündönümü baş verəcək. Bu tarixdə Şimal yarımkürəsində ilin ən uzun gecəsi və ən qısa gündüz

26 noyabr
.

Türkiyə Şengen vizasız rejiminə keçmək üçün daha 6 şərti yerinə yetirməlidir

Türkiyənin Avropa İttifaqı ilə viza liberallaşdırılması prosesi çərçivəsində qarşılamalı olduğu 6 meyar üzrə işlər davam edir. 2013-cü ildə başlayan dialoq çərçivəsində müəyyənləşdirilən 72 şərtdən indiyədək 66-sı yerinə yetirilib. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Türkiyəni

27 noyabr