Bir həftəyə Bakı-Tiflis qatarı açılacaq (RƏSMİ)
Azərbaycan və Gürcüstan Bakı-Tiflis-Bakı marşrutu üzrə sərnişin qatarlarının bərpası barədə razılığa gəlib.
Sonxeber.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Razılaşmaya əsasən, mayın 26-dan Bakı-Tiflis-Bakı istiqamətində gündəlik sərnişin qatarları yenidən fəaliyyətə başlayacaq.
Müvafiq sənədlər mayın 18-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə imzalanıb.
Sənədlər enerji, nəqliyyat və iqtisadi əməkdaşlıq sahələrini əhatə edir. Onların arasında Gürcüstana təbii qaz və elektrik enerjisinin tədarükü, Azərbaycan qazının beynəlxalq bazarlara daşınması, həmçinin Gürcüstan üzərindən Türkiyəyə elektrik enerjisinin tranziti ilə bağlı razılaşmalar var.
Bundan başqa, Bakı-Tiflis-Qars dəmir yolu layihəsi üzrə modernləşdirmə işlərinin başa çatdığı da təsdiqlənib. Dəmir yolu infrastrukturunun idarə olunması "BTKI Dəmir Yolları" MMC Birgə Müəssisəsinə həvalə olunub.
Tərəflər bildiriblər ki, imzalanan sənədlər Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın genişlənməsinə, eləcə də regionda nəqliyyat bağlantılarının güclənməsinə xidmət edəcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 48 %-ə yaxın artırıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 43,067 milyon ABŞ dolları dəyərində polad idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 47,8 % çoxdur. Apreldə Türkiyə Azərbaycana 15,457 milyon ABŞ dolları dəyərind
9 mayAzərbaycanda nağdsız ödənişlər il ərzində 46 % artıb
Bu ilin mart ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 46 % artaraq 9 milyard 560 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 8,291 milyard manatı (86,7 %-i) elektron ticarətin payına düşüb. Ödənişləri
3 mayWUF13 üçün Bakıda 42 kilometrlik yaşıl nəqliyyat zolaqları yaradılıb
WUF13 çərçivəsində Bakıda 42 kilometrlik yaşıl nəqliyyat zolaqları salınıb. xəbər verir ki, Ümumdünya Şəhərsalma Forumunun (WUF13) keçirilməsi ilə əlaqədar Bakı şəhərində xüsusi nəqliyyat infrastrukturu yaradılıb. Bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat şöbəsinin müdiri Vüqar Aslano
5 mayMetro problemi taksi qiymətlərini 3 dəfə artırdı
Bakı metropolitenində baş verən texniki nasazlıq digər nəqliyyat vasitələrindən istifadəyə də təsir edib. Trend-in məlumatına görə, hazırda taksi xidmətlərindən istifadə ilə bağlı çətinliklər müşahidə olunur. Sərnişinlər tətbiqlər vasitəsilə taksi tapmaqda çətinlik çəkdiklərini bildirirlər. Yüksək tələba
21 aprelPrezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
Bu gün Prezident İlham Əliyev Azərbaycanın iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup sahibkara "Tərəqqi" medalı verilməsi barədə sərəncam imzalayıb. Prezidentin təltif etdiyi sahibkarlar arasında xarici ölkə vətəndaşları da yer alıb
28 aprelMüslüm Cabbarzadə nazir müavini TƏYİN EDİLDİ - FOTO
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinə yeni müavin təyin olunub. Qurumun mətbuat xidmətindən -a verilən məlumata görə, bu vəzifəyə Müslüm Əli oğlu Cabbarzadə gətirilib. Bildirilib ki, M.Cabbarzadə bundan əvvəl Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətind
16 aprelNaxçıvanda xarici valyutada əmanətlər 40 %-dən çox artıb
Bu il mayın 1-nə Naxçıvanda əhalinin əmanətləri 41 milyon 421,8 min manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,9 %, ilin əvvəli ilə müqayisədə 8,2 %, ötən il mayın 1-nə nisbətən isə 47,3 % çoxdur. Ümumi əmanət portfelinin 9
9 mayAzərbaycandan Ermənistana buğda göndəriləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək. Qaynarinfo xəbər verir ki, bu gün Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə 5 vaqon buğda Ermənistan Respublikasına yola salınacaq
24 aprel