Mağazanın önündə tapdığı pişiklə hər gün qucaqlaşır - VİDEO

Mağazanın önündə tapdığı pişiklə hər gün qucaqlaşır - VİDEOTürkiyənin Rize vilayətinin Ardeşen rayonunda məişət əşyaları mağazası işlədən Ferhat Hayat ilə sahibləndiyi pişik arasındakı bağ sosial şəbəkələrdə maraq doğurub. Balaca vaxtı mağazasının qapısında tapdığı pişiyi himayəsinə götürən mağaza sahibi ilə heyvan arasında yaranan münasibət diqqət çəkib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, təxminən 1 il əvvəl iş yerini ilk açdığı günlərdə qapısının önündə halsız vəziyyətdə pişik balası görən Ferhat Hayat heyvanı içəri alaraq ona qulluq edib. Baytar müayinəsi və müalicəsindən sonra sağlamlığına qovuşan pişik zamanla mağazanın ayrılmaz hissəsinə çevrilib.

Hər gün eyni saatda mağazaya gələn pişik kassanın olduğu hissəyə tullanaraq pəncələrini Ferhat Hayatın boynuna dolayır və onu qucaqlayır. Həmin anların görüntüləri sosial şəbəkələrdə böyük maraq görüb.

Ferhat Hayat pişiklə aralarındakı bağı belə izah edib:

"Bir gün kassanın üstündə idi. Heç bir səbəb olmadan göz-gözə gəldik. Qollarımı açanda birdən boynuma atıldı. Həmin gündən sonra hər dəfə qollarımı açanda gəlib boynuma sarılır."

Pişiyin günün böyük hissəsini mağazada keçirdiyini deyən Ferhat Hayat bildirib:

"Mağazanı ilk açdığımız vaxtlarda ovuc içi boyda idi. Gözlərini yeni açmışdı və anası yox idi. Biz də içəri götürdük. Təxminən 1 ildir bizimlə yaşayır. Hər səhər eyni saatda gəlir. Mağazanı bizimlə açıb bizimlə bağlayır. Xəstələnəndə də baytara aparıb müalicə etdirmişəm."


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 974   Tarix: 19 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu iki paltarı heç vaxt bir yerdə yumayın

Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala

10 oktyabr
.

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso

4 oktyabr
.

Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi

"Heç vaxt qəzaya düşməmiş və saz vəziyyətdə olan elektromobil dərin su gölməçələrindən və su maneələrindən daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə daha yaxşı keçə bilir". xəbər verir ki, bunu rusiyalı avtomobil eksperti Yevgeni Laduşkin RT-yə müsahibəsində bildirib. Onun sözlərin

11 oktyabr
.

Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları

Mütəxəssislər uzun illərdir gecələr yatmazdan əvvəl ayaq altına limon sürtməyi tövsiyə edirlər. Tərkibindəki limonene, sitrik turşu və C vitamini sayəsində təbii vasitə olan limonun bu üsulu bir çox problemdən qurtulmağa kömək edir. xəbər verir ki, sitrik turşu gecə boyunca işləyərək dabanlardakı öl

10 oktyabr
.

Belə pomidorları almayın

Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər

11 oktyabr
.

Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu

Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma

11 oktyabr
.

Azərbaycanda ən gənc müəllimin neçə yaşı var?

2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib

4 oktyabr
.

Pulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb

Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund

3 oktyabr
.

Yaş saçla yatmayın: Bu riski artıra bilər

Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş

4 oktyabr