Valideynlərin telefondan çox istifadəsi uşaqların nitq inkişafını ləngidə bilər

Valideynlərin telefondan çox istifadəsi uşaqların nitq inkişafını ləngidə bilərValideynlərin işdənkənar vaxtlarda mobil telefondan istifadə etməsi məktəbəqədər yaşlı uşaqların nitq inkişafına mənfi təsir göstərə bilər. Araşdırmaçılar bildirirlər ki, rəqəmsal cihazlara həddindən artıq diqqət uşaqlarla canlı ünsiyyət imkanlarını azaldır.

Sonxeber.az xəbər verir ki, bu nəticə Portuqaliyada RISE-Health və Aveiru Universitetinin alimlərinin apardığı araşdırmada üzə çıxıb.

Tədqiqatda 3-5 yaş arası uşaqları olan 93 ailənin məlumatları təhlil edilib. Nəticələrə görə, valideynlərin işdənkənar vaxtlarda telefondan istifadə etməsi və uşaqların gecə saatlarında planşetlə vaxt keçirməsi nitqin fonoloji inkişafının zəifləməsi ilə əlaqəlidir.

Araşdırmaçılar vurğulayırlar ki, problem yalnız ekran qarşısında keçirilən vaxtla bağlı deyil. Rəqəmsal cihazların istifadəsi zamanı valideynlərin diqqətinin uşaqlardan yayınması onların danışmaq, yeni sözlər öyrənmək və nitq səslərini mənimsəmək imkanlarını məhdudlaşdıra bilər.

Tədqiqatın müəlliflərindən Mariya İneş Qomeş valideynlərə uşaqları ilə daha çox söhbət etməyi, oynamağı, mahnı oxumağı və nağıllar danışmağı tövsiyə edib. Onun sözlərinə görə, uşaqlara fikirlərini ifadə etmək və söhbətə qoşulmaq üçün kifayət qədər vaxt verilməlidir.

Araşdırmada valideynlə uşaq arasında həddindən artıq asılı münasibətlərin də nitq inkişafına mənfi təsir göstərə biləcəyi qeyd olunub. Böyüklərin uşağın əvəzinə tez-tez cavab verməsi onun müstəqil ünsiyyət imkanlarını azalda bilər.

Alimlər əldə olunan nəticələrin bütün uşaqlara şamil edilməməli olduğunu vurğulayaraq, ailələrdə ekran vaxtının düzgün tənzimlənməsinin və canlı ünsiyyətə daha çox yer ayrılmasının vacibliyini bildiriblər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 180   Tarix: 24 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ən yaxşı işçilərin qəfil istefasının arxasındakı səbəblər - Psixoloqlar danışır

Həmişə işə vaxtında gələn, həmkarlarına kömək edən, son anda yaranan problemləri həll etməyə çalışan və üzərinə düşəndən daha çox məsuliyyət götürən əməkdaşlar bəzən gözlənilmədən işdən ayrılmaq qərarı verirlər. Psixoloqların fikrincə, bunun əsas səbəblərindən biri davamlı olaraq başqalarının yükün

23 noyabr
.

Ölümdən iki gün əvvəl orqanizmdə nə baş verir?

Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə

15 noyabr
.

Səhərlər zəngli saatı 5 dəqiqə ertələməyin - Zərəri açıqlandı

"Zəngli saatı beş dəqiqə ertələyib yenidən yatmaq vərdişi səhəri daha da ağırlaşdırır. İnsan əlavə istirahət əvəzinə kəsik-kəsik yuxu alır və nəticədə özünü əzgin hiss edir". "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim-somnoloq Pavel Kudinov bildirib. Mütəxəssisin sözlərinə görə

19 noyabr
.

Səhər yeməyində ŞİRİN ÇAY - Mütəxəssislərdən XƏBƏRDARLIQ

Səhər yeməyində şəkərli çay içmək bir çox insanın gündəlik vərdişidir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, çaya həddindən artıq şəkər əlavə etmək uzunmüddətli perspektivdə sağlamlığa mənfi təsir göstərə bilər. xəbər verir ki, xüsusilə acqarına çox şəkərli çay içmək qanda qlükozanın sürətlə yüksəlməsin

22 noyabr
.

Dünyanın ən dadlı pendiri hansı ölkədə hazırlanır?

Dünyanın müxtəlif ölkələrindən olan pendir istehsalçılarının qatıldığı nüfuzlu beynəlxalq müsabiqənin qalibi müəyyənləşib. Dünyanın ən nüfuzlu pendir müsabiqələrindən biri hesab olunan "World Cheese Awards 2026"nın nəticələri açıqlanıb. -ın xarici mediaya istinadən məlumatına görə, bu il müsabiqəni

22 noyabr
.

Özünü tənha hiss edənlərin yarısı bu risklə üz-üzədir

Xroniki tənhalıq 65 yaşdan yuxarı insanlarda demensiya (yaddaş zəifliyi) riskini 38 faiz artırır. "Qafqazinfo"nun xəbərinə görə, Fransanın Bordo Universitetinin alimləri tərəfindən aparılan 30 illik araşdırmanın nəticələri bunu deməyə əsas verir. "Aging & Mental Health" jurnalınd

20 noyabr
.

Evin divarlarındakı qara ləkələr - Gizli ölüm riski

Qış aylarında bir çox evin divarlarında, xüsusilə pəncərə kənarlarında, hamam otaqlarında və mebel arxalarında qara ləkələr əmələ gəlir. Bəziləri bunu adi nəmişlik hesab edərək əhəmiyyət vermir, digərləri isə ləkələrin üzərini boya ilə örtməklə problemin həll olunduğunu düşünür. Halbuki divarlarda yarana

22 noyabr
.

Musiqi insanları niyə yeniyetməlik illərinə qaytarır? - Alimlər səbəbini araşdırıb

Musiqi dinləmək insanlarda keçmişə, xüsusilə də yeniyetməlik dövrünə aid xatirələri canlandıra bilər. Yeni araşdırma göstərib ki, eyni janr və dövrə aid mahnılar fərqli insanlarda oxşar xatirələr oyadır. xəbər verir ki, bu nəticə ABŞ-ın Prinston Universitetinin alimlərinin apardığı tədqiqatda ortay

18 noyabr
.

Süni intellekt sayəsində insanlar 1400 ilədək yaşaya bilər - Alimdən sensasiyalı proqnoz

Süni intellekt texnologiyalarının inkişafı gələcəkdə insan ömrünün 1200-1400 ilə qədər uzanmasına imkan yarada bilər. Oksford Universitetinin keçmiş professoru Nik Bostrom belə bir ehtimalın mümkün olduğunu düşünür. xəbər verir ki, bu barədə "Business Insider" nəşri yazıb. Bostromun fikrincə

24 noyabr