Barselonada 700 il sonra İspan kraliçasının meyiti tapıldı
Barselonada qazıntılar zamanı İspan kraliçasının qalıqları tapılıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, XIV əsrdə əsası qoyulmuş Santa Maria de Pedralbes Monastery monastırının ərazisində aparılan qazıntılar aparılıb.
Tapılan skeletlər arasında Elisenda de Monkadanın qalıqları da olub. Araqon və Valensiya kraliçası, bu monastırın banisi və Cames II Araqonın həyat yoldaşı olub. Onun sümükləri kiçik taxta qutuda, kilsə ilə monastır arasında yerləşən geniş otağın küncündə tapılıb. Bu məkan alçaq divarla iki hissəyə bölünmüşdü ki, kraliça həm kilsə qarşısında hökmdar, həm də monastır qarşısında tövbə edən günahkar kimi təqdim olunsun.
Qalıqların ilkin təhlili göstərib ki, qadın öldüyü zaman təxminən 70 yaşında olub və sümüklərində osteoartrit əlamətləri aşkarlanıb. Kraliça rahibə geyimində dəfn edilsə də, məzarda qızılı tikmələrlə bəzədilmiş ipək parçalarının qalıqları tapılıb. Bundan əlavə, arxeoloqlar rozmarin ətirli otlar aşkar ediblər.
Elisendanın yaxın çevrəsinə aid məzarlarda isə hamilə qadının və deşici yaralar almış kişilərin qalıqları tapılıb. Monastırın ilk baş rahibəsi Sobirana Olzetin məzarında ehtimal olunan skelet üz nahiyəsində deşici yara izi ilə aşkarlanıb. Məqbərələrdən çıxarılan sənədlər və perqamentlər hazırda mütəxəssislər tərəfindən araşdırılır.
Arxeoloji işlər kral monastırının yaradılmasının 700 illiyi münasibətilə həyata keçirilib. Tədqiqat zamanı ikinci abbatisa, kraliçanın qardaşı qızı olan Francesca Saportellanın sərdabəsi də açılıb. Gözlənilən bir rahibə əvəzinə burada müxtəlif dövrlərdə dəfn edilmiş ən azı doqquz nəfərin qalıqları aşkar olunub.
Onların arasında deşici yara izləri olan dörd kişi kəlləsi, həmçinin hamiləliyin 20-23-cü həftəsində vəfat etmiş qadının qismən mumiyalaşmış cəsədi tapılıb. Məlumata görə, döl doğuş yollarında qaldığı üçün bu günədək qorunub saxlanılıb. Sərdabədə həmçinin orta əsr sənədləri və not yazılarının fraqmentləri aşkarlanıb; onlar hazırda bərpa olunur. Tədqiqatçılar genetik analizlərin tam nəticələrini 2027-ci ilin ortalarında təqdim etməyi planlaşdırırlar.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 443 Tarix: 02 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qızıl almaq istəyənlərin diqqətinə
Nyu-York birjasında qızıl və gümüşün qiymətində azalma qeydə alınıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızılın fyuçerslərinin qiyməti 0,78 faiz geriləyərək 4 373 ABŞ dollarına düşüb. Gümüşün fyuçerslərinin unsiya üzrə qiyməti isə 1,28 faiz azalaraq 64,09 ABŞ dolları təşkil edib
12 sentyabrAyla bağlı yeni kəşf: Alimləri təəccübləndirən an
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi 2024-cü ildə yaranan və diametri 22 metr olan yeni krater kəşf edib. xəbər verir ki, bu bu barədə ABŞ aerokosmik agentliyi məlumat yayıb. Bildirilib ki, "Science Advances" elmi jurnalının mütəxəssisləri bu tapıntını Günəş sistemində indiyədə
17 sentyabr65 və 82 faizli yağlar eyni deyil - Hansını harada istifadə etmək lazımdır?
Kərə yağında yağlılıq faizinin cəmi bir neçə faiz fərqlənməsi belə onun dadına, teksturasına və xüsusilə də bişirmə nəticəsinə ciddi təsir edə bilər. xəbər verir ki, kərə yağlarının əsas fərqi onların tərkibindəki suyun miqdarıdır. Məhsulda su nə qədər az olarsa, yağlılıq və dad bir o qədər yüksək olur
13 sentyabrBalıq bişirəndə edilən əsas səhvlər
Düzgün bişirilmiş balıq yalnız əla dadını qoruyub saxlamır, həm də orqanizm üçün çoxsaylı faydalı mikroelementlərlə zəngin olur. Balıq ən faydalı və dadlı qidalardan biri hesab edilir. Onu sobada bişirmək, qızartmaq və ya qaynatmaq mümkündür. Lakin hazırlanma prosesində bəzi səhvlərə yol verildikdə yeməyi
13 sentyabrSiqaret yalnız sağlamlığınız üçün zərərli deyil: yeni risk AŞKARLANDI
15 ölkədə aparılan genişmiqyaslı araşdırma bu vərdişin gözlənilməz təsirini üzə çıxarıb. Məlum olub ki, zaman keçdikcə siqaret çəkmək insanın həyatına ciddi şəkildə təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, siqaretin tanış olmaq, söhbəti davam etdirmək və ya həmkarlarla vaxt keçirmə
17 sentyabrTelevizorun qarşısında yatanlara BƏD XƏBƏR - Ürəyiniz təhlükədədir
Televizoru açıq saxlayaraq yatmaq yuxunun keyfiyyətini poza və ürək-damar sisteminə əlavə yük yarada bilər. xarici mediaya istinadən xəbər verir ki, kardioloqlar gecə televizor qarşısında yatmaq vərdişindən imtina etməyi məsləhət görürlər. Mütəxəssislərin sözlərinə görə, yuxu zamanı orqanizm, o cümlədə
14 sentyabrİtaliyalı qadın hakim sosial şəbəkədə gündəm oldu
İtaliya A Seriyasında keçirilən "Genoa" - "Frosinone" matçında köməkçi hakim kimi vəzifə alan Giuliana Vigile qarşılaşmadan sonra sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb. xarici mediaya istinadla xəbər verir ki, Vigile-nin matç zamanı hakim forması ilə çəkilmiş görüntüləri ilə yanaşı
14 sentyabrMətbəx çanağına sirkə püskürtsəniz nə baş verər? - SADƏ ÜSUL
Mətbəx çanağı hər gün yağ, qida qalıqları və su ilə təmasda olur. Buna görə də mütəmadi yuyulmasına baxmayaraq, onun üzərində ləkələr, ərp və xoşagəlməz qoxu yarana bilər. Məlum olub ki, hərtərəfli təmizlik üçün həmişə məişət kimyəvi vasitələrinə ehtiyac yoxdur. Adi sirkə də bu işdə kömək edə bilər
13 sentyabr