Səhər yeməyinə hansı qidanı əlavə etmək lazımdır? - Kardioloqdan məsləhət

Səhər yeməyinə hansı qidanı əlavə etmək lazımdır? - Kardioloqdan məsləhətKardioloq Sara Aleksander səhər yeməyinə avokadonu əlavə etməyi məsləhət görüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə o, "Daily Mirror" nəşrinə müsahibəsində danışıb.

Sara Aleksander bu qidanın ürək üçün faydalarından bəhs edib.

Mütəxəssis qeyd edib ki, avokado xolesterin səviyyəsinin aşağı düşməsinə və normal qan təzyiqinin qorunmasına kömək edir. Araşdırmalara görə, həftədə ən azı iki avokado yeyən insanlarda ürək-damar xəstəlikləri və ürəyin işemik xəstəliyinə daha az rast gəlinir.

Həkim qeyd edib ki, avokadonun faydalı xüsusiyyətləri onun tərkibindəki bitki sterolları ilə əlaqəlidir. Bu maddə xolesterinin səviyyəsini aşağı salır və bu yolla da ürək-damar xəstəliklərinin profilaktikasına kömək edir. Bundan əlavə, bu meyvənin ətində antioksidantlar, E vitamini və damarların sağlamlığını dəstəkləyən digər zəngin mikro və makronutrientlər mövcuddur.

Sara Aleksander meyvənin daha bir üstünlüyü kimi onun yüksək lif tərkibinə malik olmasını göstərib. Yarım avokado tövsiyə olunan gündəlik qida lifləri normasının təxminən dörddəbirini təmin edir. Həmçinin onun tərkibində bananda olduğundan daha çox kalium var ki, bu da orqanizmə artıq duzun qan təzyiqinə mənfi təsirlərinin qarşısını almağa kömək edir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 407   Tarix: 07 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qədim şəhərlər niyə yerin altında tikilib - Maraqlı SƏBƏB

Qədim yaşayış məskənlərində aparılan arxeoloji qazıntıları ziyarət edənlərin diqqətini iki məqam xüsusilə cəlb edir. Birincisi, antik dövrə aid binaların əksəriyyəti torpağın dərin qatlarında yerləşir. İkincisi isə onların çoxundan yalnız divarların təməl hissəsi və ya bir neçə cərgə daş və kərpic qalıb

25 iyul
.

Yayda ən çox edilən səhv - Kondisionerin yaratdığı təhlükələr

Yay aylarında sərinləmək üçün geniş istifadə olunan kondisionerlər düzgün istifadə edilmədikdə müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, ani temperatur dəyişiklikləri, quru hava və baxımsız kondisionerlərdə toplanan mikroorqanizmlər tənəffüs yolu infeksiyaları, allergiya, sinusi

25 iyul
.

Avtomobili maksimum sürətə çatdırsanız nə baş verər?

Bir çox sürücü avtomobilinin maksimal sürət həddinə çatdıqda nə baş verdiyini düşünür. Maraqlıdır ki, müasir avtomobillərdə maksimum sürəti çox vaxt mühərrikin gücü deyil, elektron sistemlər məhdudlaşdırır. xarici mediaya istinadən xəbər verir ki, nəzəri baxımdan avtomobil spidometrdə göstərilən həddə

26 iyul
.

Mətbəxdəki bu məhsul tıxanmış boruları açır

Mətbəxdə istifadə olunan xörək duzu yavaş axan və tıxanmağa başlayan kanalizasiyaları açmağa kömək edə bilər. Bu üsul əsasən borularda yığılan yağ və sabun qalıqlarına qarşı təsirlidir. Bunun üçün boruya 3-4 xörək qaşığı duz tökülür, üzərinə isə 1-2 litr isti su əlavə edilir. Bir neçə dəqiqə gözlədikdə

26 iyul
.

Uşaqların telefonuna nəzarət: Hansı yaşa qədər düzgündür?

Uşaqların şəxsi yazışmalarına nəzarət onların yaşından asılı olaraq fərqli yanaşma tələb edir. xəbər verir ki, məktəbəqədər yaşlı və aşağı sinif şagirdlərinin onlayn fəaliyyətinə valideyn nəzarəti vacibdir. Bu yaşda uşaqlar kiberdələduzluq, şəxsi məlumatların paylaşılması və internetdəki digər təhlükələr

25 iyul
.

Qatil balinaların qeyri-adi davranışı alimləri təəccübləndirdi

Alimlər Meksika sahillərində qatil balinaların qeyri-adi davranışını qeydə alıblar. Yırtıcılar nəhəng balıqları elə güclə toqquşdururlar ki, ovun cəsədi güclü hidrodinamik zərbədən parçalanır. Tədqiqatçılar bunun oyun forması və ya balaları öyrətmə üsulu ola biləcəyini ehtimal edirlər. xəbər verir ki

24 iyul
.

İtaliyanın mirvarisi - Az adamın bildiyi nağıl evləri olan ada

İtaliyanı izdihamsız, sakit və daha autentik şəkildə kəşf etmək istəyənlər üçün Neapol körfəzində yerləşən Proçida adası ideal seçim hesab olunur. Əksər turistlər məşhur Kapri adasına üz tutduğu halda, Proçida rəngarəng küçələri, sakit atmosferi və təbii gözəlliyi ilə diqqət çəkir. xarici mediaya istinadl

23 iyul
.

Erkən qarpız və yemiş yemək təhlükəlidirmi? - Alarkən bunlara diqqət edin

Yay istisində qarpız və yemiş ən çox sevilən mövsümi meyvələrdən biridir. Lakin mövsüm başlamazdan əvvəl satışa çıxarılan məhsullar alıcılarda bir sıra suallar yaradır. Onlar haradan gətirilir, təhlükəsizdirmi və alarkən nələrə diqqət etmək lazımdır?. xəbər verir ki, qarpız və yemiş mövsümü avqust ayınd

24 iyul
.

"WhatsApp"dan YENİLİK: Telefon nömrəsini paylaşmağa...

"WhatsApp" istifadəçilərin məxfiliyini artıracaq yeni funksiya üzərində işləyir. Yenilik sayəsində artıq insanlarla əlaqə yaratmaq üçün telefon nömrəsini paylaşmaq məcburiyyəti aradan qalxacaq. -a istinadən xəbər verir ki, yeni sistemdə istifadəçilər özlərinə unikal istifadəçi adı (username

25 iyul