İlon Maskın sevdiyi bu mahnı 1963-cü ildə qadağan edildi, lakin hitə çevrildi və...

İlon Maskın sevdiyi bu mahnı 1963-cü ildə qadağan edildi, lakin hitə çevrildi və...1963-cü ildə yayımlanan "Puff, the Magic Dragon" mahnısı barədə maraqlı məlumatlar yayımlanıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, zamanın sınağından çıxaraq klassikaya çevrilən və böyük nəslin himninə çevirilən bu mahnının yayımı bir vaxtlar ABŞ-da radiolarda qadağan edilib.

Buna səbəb mahnıda narkotik vasitələrin təbliği ilə bağlı gizli mesajların olduğunun iddia edilməsi idi. Bu iddialar bir çoxlarına əsassız görünsə də, həmin dövrdə radio stansiyalarının mahnını efirdən çıxarması üçün kifayət etmişdi.

Mahnının müəllifləri isə illərlə əsərin yanlış anlaşıldığını bildiriblər. Amerikalı müğənni və bəstəkar Peter Yarrou açıqlamalarının birində bildirirdi ki, bu iddia olduqca absurddur:

"Bu, məni mahnını ifa etməkdən və uşaqları səhnəyə dəvət edib mənimlə birlikdə oxumağa təşviq etməkdən çəkindirməyəcək. Mahnı kifayət qədər dəyərlidir və onun unudulmasına imkan verməyəcəyəm".

Mahnı Leonard Liptonun yazdığı şeir əsasında Peter Yarrou tərəfindən bəstələnib və 1963-cü ilin yanvarında "Peter, Paul and Mary" qrupu onu ikinci albomu olan "Moving"da təqdim edib.

Yarrou sonradan xatırlayırdı:

"Biz bu mahnını alboma daxil edərkən onun böyük populyarlıq qazanacağını heç düşünmürdük. Lakin ABŞ-ın şimal-qərbində bir radio aparıcısı onu efirdə səsləndirməyə başladı və mahnı qısa müddətdə məşhurlaşdı".

Qısa zaman sonra "Puff, the Magic Dragon" qrupun ən böyük hitlərindən birinə çevrilib və ABŞ-ın məşhur "Billboard Hot" 100 hit-paradında ikinci yerə qədər yüksəlib.

Mahnı sonradan bütöv bir nəslin simvoluna çevrilib. Onun əsasında 1978-ci ildə animasiya televiziya filmi çəkilib, daha sonra filmi və kitab adaptasiyası hazırlanıb.

Maraqlıdır ki, İlon Mask da bu mahnının pərəstişkarlarından biridir. O, "SpaceX" şirkətinin kosmik kapsullarından birinə məhz bu mahnının adını verib.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 510   Tarix: 08 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə: Tromb qoparaq ölümə səbəb ola bilər

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovski bildirib. Ekspertin sözlərinə görə, qədim dövrlərdə insanın sağ qalması xəsarət zaman

14 sentyabr
.

Arvadına dediyi tək kəlimə başına dərd oldu

Türkiyənin Yargıtay 2-ci Hüquq Dairəsi boşanma işi üzrə mühüm qərar qəbul edib. xarici mediaya istinadla xəbər verir ki, məhkəmə arvadına "eşşəksən, heyvansan" deyərək təhqir edən kişinin daha ağır təqsirli olduğuna qərar verib. Şiddətli fikir ayrılığı yaşayan ər-arvad qarşılıqlı şəkildə boşanm

17 sentyabr
.

İtaliyalı qadın hakim sosial şəbəkədə gündəm oldu

İtaliya A Seriyasında keçirilən "Genoa" - "Frosinone" matçında köməkçi hakim kimi vəzifə alan Giuliana Vigile qarşılaşmadan sonra sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb. xarici mediaya istinadla xəbər verir ki, Vigile-nin matç zamanı hakim forması ilə çəkilmiş görüntüləri ilə yanaşı

14 sentyabr
.

İtinizə verdiyiniz ləzzətli yemək təhlükə yarada bilər: "10 faizi keçməməlidir"

İtlərə hər gün ləzzətli yemək vermək düzgün miqdarda və keyfiyyətli məhsullardan istifadə edildiyi halda faydalı vərdiş ola bilər. xəbər verir ki, kinoloq İrina Şarıpova bu barədə -ya danışıb. Mütəxəssis bildirib ki, dadlı yeməklər əsasən təlim və funksional məhsullara bölünür. Təlim zamanı verilən kiçi

14 sentyabr
.

Mumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili

Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər

17 sentyabr
.

Balıq bişirəndə edilən əsas səhvlər

Düzgün bişirilmiş balıq yalnız əla dadını qoruyub saxlamır, həm də orqanizm üçün çoxsaylı faydalı mikroelementlərlə zəngin olur. Balıq ən faydalı və dadlı qidalardan biri hesab edilir. Onu sobada bişirmək, qızartmaq və ya qaynatmaq mümkündür. Lakin hazırlanma prosesində bəzi səhvlərə yol verildikdə yeməyi

13 sentyabr
.

Plastik tullantılardan yol çəkildi- Asfalta nə əlavə edildi?

Çində plastik tullantıların təkrar istifadəsi ilə bağlı maraqlı layihə həyata keçirilib. Şanxayda 6 mindən çox istifadə olunmuş süd qabı və digər plastik tullantılar asfalt örtüyünün hazırlanmasında istifadə edilib. xarici mediaya istinadən xəbər verir ki, layihə 2021-ci ildə Şərqi Çin Elm və Texnologiy

15 sentyabr
.

Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen

İstilik mövsümü başlamazdan əvvəl radiatorları üzərində və içərisində yığılan tozdan təmizləmək lazımdır. Bunu radiatoru sökmədən, adi tullantı paketi və saçqurudan fen vasitəsilə etmək mümkündür. xarici mediaya istinadən xəbər verir ki, uzun müddət istifadə olunmayan radiatorların dar aralıqlarınd

14 sentyabr
.

Pis yuxu insan beynini qocaldır?

"Yuxu beynin təmizlənmə vaxtıdır. Heyvan modellərində göstərildiyi kimi, dərin yuxu zamanı beyin hüceyrələri arasındakı məsafə genişlənir və qlimfatik sistem adlanan axın gün ərzində yığılan metabolik tullantıları, o cümlədən beta-amiloidi yuyub aparır". Bu fikirləri Səhiyyə Nazirliyinin rəsm

13 sentyabr