Ağız xərçəngi çox vaxt nəzərə çarpmayan bir əlamətlə başlayır - nəyə diqqət yetirmək lazımdır?
Bir çox insan ağız boşluğunda yaranan yaraları müvəqqəti problem hesab edərək onlara əhəmiyyət vermir. Lakin bəzi hallarda bu əlamət orqanizmdə daha ciddi dəyişikliklərin göstəricisi ola bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ağız boşluğundakı yaraların əksəriyyəti sağlamlıq üçün təhlükə yaratmır və bir-iki həftə ərzində öz-özünə sağalır. Ancaq yara sağalmırsa, qanayırsa və ya mütəmadi olaraq eyni nahiyədə yenidən əmələ gəlirsə, bu, əlavə müayinəyə ehtiyac yarada bilər.
Xorvatiyanın Dentum klinikasının çənə-üz cərrahı Andrey Bojiç bildirib ki, bu cür dəyişikliklər çox vaxt stress, selikli qişanın qıcıqlanması və ya yanağın təsadüfən dişlənməsi nəticəsində yaransa da, bəzi hallarda ağız boşluğu və ya boğaz xərçənginin erkən mərhələləri ilə əlaqəli ola bilər. Mütəxəssis qeyd edib ki, bu xəstəliklərin yaranma riski siqaret çəkənlərdə, müntəzəm olaraq alkoqol qəbul edənlərdə, həmçinin insan papilloma virusuna (HPV) yoluxmuş şəxslərdə daha yüksəkdir.Ağız Sağlamlığı Fondunun məlumatına görə, Böyük Britaniyada son 20 ildə ağız boşluğu xərçəngi hallarının sayı iki dəfə artıb. Həmçinin HPV ilə əlaqəli boğaz xərçənginin yayılması, xüsusilə kişilər arasında sürətlə artır. Əsas problemlərdən biri odur ki, xəstəlik erkən mərhələlərdə demək olar ki, heç bir əlamət verməyə bilər. İnsan ağrı və ya digər ciddi simptomlar hiss etmədiyindən Həkimə müraciəti gecikdirir və problemin öz-özünə keçəcəyini düşünür.
Bojiçin sözlərinə görə, profilaktik müayinələr zamanı stomatoloqlar əlavə yoxlama tələb edən dəyişiklikləri aşkar edə bilərlər. Buraya uzun müddət sağalmayan yaralar, selikli qişada yaranan ağ və ya qırmızı ləkələr, eləcə də ağız boşluğunda toxumaların qalınlaşması daxildir.
Mütəxəssis aşağıdakı hallarda həkimə müraciət etməyi tövsiyə edir:
Yara iki həftədən artıq müddətdə sağalmırsa;
Ağızda eyni yerdə davamlı ağrılı nahiyə yaranırsa;
Udqunma zamanı çətinlik meydana çıxırsa;
Boyunda və ya çənə altında bərkimə və ya şişkinlik hiss olunursa.
Riskləri azaltmaq üçün o, mütəmadi stomatoloji müayinələrdən keçməyi, ağız boşluğunun gigiyenasına diqqət yetirməyi, tütün məhsullarından uzaq durmağı və alkoqol istifadəsini məhdudlaşdırmağı tövsiyə edir. Həkim xüsusilə gənclərin HPV-yə qarşı peyvənd olunmasının vacibliyini vurğulayıb.
Mütəxəssisin fikrincə, ağız boşluğunda yaranan yaraların əksəriyyəti təhlükəli deyil. Lakin uzun müddət keçməyən dəyişiklikləri diqqətdən kənarda qoymaq olmaz. Xəstəliyin erkən aşkar olunması uğurlu müalicə şansını əhəmiyyətli dərəcədə artırır.
Xatırladaq ki, daha əvvəl qəhvə ilə birlikdə qəbul edildikdə mədədə narahatlıq yarada və ya vacib qida maddələrinin mənimsənilməsinə mane ola bilən 5 məhsul barədə məlumat vermişdik.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 723 Tarix: 08 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili
Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər
17 sentyabrPlastik tullantılardan yol çəkildi- Asfalta nə əlavə edildi?
Çində plastik tullantıların təkrar istifadəsi ilə bağlı maraqlı layihə həyata keçirilib. Şanxayda 6 mindən çox istifadə olunmuş süd qabı və digər plastik tullantılar asfalt örtüyünün hazırlanmasında istifadə edilib. xarici mediaya istinadən xəbər verir ki, layihə 2021-ci ildə Şərqi Çin Elm və Texnologiy
15 sentyabrEv yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır
Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var
20 sentyabrSaatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı
11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy
20 sentyabrAncelina Colinin səmimi müsahibəsi: Nələri etiraf etdi?
Ancelina Coli "L'Officiel" jurnalına səmimi müsahibə verib. -ın xəbərinə görə, 51 yaşlı aktrisa və rejissor övladları böyüdükdən sonrakı həyatı, yeni yaradıcılıq planları, humanitar missiyası və daha çox səyahət etmək istəyi barədə danışıb. Fotosessiya üçün Coli Fendi, Ferragamo brendlərini
15 sentyabrEşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri
20 sentyabrBeyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi
ABŞ-da alimlər insan beyin hüceyrələrini siçanların beyninə köçürərək insan toxumasının üstünlük təşkil etdiyi yeni model yaradıblar. xəbər verir ki, Stanford Universitetinin tədqiqatçıları insan beyninin inkişafını və nevroloji xəstəliklərin mexanizmlərini araşdırmaq məqsədilə genetik modifikasiya edilmi
19 sentyabrAyaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri
19 sentyabrDolab seçimində görünüş və funksionallıq necə qorunmalıdır?
Dolab modeli otağın mebellərinə uyğun olmalı, eyni zamanda kifayət qədər saxlama sahəsi təqdim etməlidir. Geyimlərin sayı çoxdursa, asılqan hissəsi geniş olan dolab seçmək daha rahatdır. Qatlanmış paltarlar üçün rəflər, kiçik əşyalar üçün isə siyirmələr faydalıdır. Dolabın ölçüsü də otağa uyğun olmalıdır
20 sentyabr